Jet 75 complete, Naqilsiz tozsoran

VS20T7536T5/EV

  • Əlavə fırçalar və başlıqlar
  • Yüksək sorma gücü
  • 2-si-1-də şarj stansiyası

Rəng seçin

Rəng :
  • Güclü və effektiv təmizləmə
    Güclü və effektiv təmizləmə
  • İnvertor tipli mühərrik.
    İnvertor tipli mühərrik.
  • Siklon tipli “Jet Cyclone” filtri
    Siklon tipli “Jet Cyclone” filtri
  • 5 pilləli HEPA filtrasiya sistemi*
    5 pilləli HEPA filtrasiya sistemi*

Güclü və effektiv təmizləmə

İnvertor tipli mühərrik 200 Vt-a qədər sorma gücü yaradır*. Havanın aerodinamik hərəkətini təmin edən sistem hava axınlarını optimallaşdırır, multi-siklon tipli filtrasiya sistemi isə keçən hava axınındakı ən kiçik toz zərrəciklərini belə tutub saxlayır.

Powerful cleaning Powerful cleaning

*Sorma gücünün ölçülən qiymətləri IEC62885-2.standartına əsasən həyata keçirilmiş sınaqlar nəticəsində əldə edilmişdir. Maksimum güc rejimində sınaqlar aparılarkən xüsusi ucluqdan istifadə edilmişdir.

Yüksək sorma gücü

İnvertor mühərrik.

200 Vt-a qədər sorma gücü ilə effektiv təmizlik*. İnvertor tipli mühərrik xüsusi qanadcıq sayəsində havanın optimal axınını təmin edir. Onun nazik pərləri ultrasəs qaynağı üsulu ilə mərkəzi milə birləşdirilmişdir. Bu, mühərrikin gücünü 550 Vt səviyyəsinə qədər çıxarmağa imkan verir və nəticədə 200 Vt- qədər sorma gücü yaranır*.

Strong suction power Strong suction power

*Məlumatlar Samsung şirkətində həyata keçirilmiş sınaqların nəticələrinə əsaslanır. Sorma gücünün ölçülən qiymətləri IEC62885-2 standartına əsasən həyata keçirilmiş sınaqlar nəticəsində əldə edilmişdir. Maksimum güc rejimində sınaqlar aparılarkən xüsusi ucluqdan istifadə edilmişdir. **Məlumatlar Samsung şirkətində aparılan sınaqların nəticələrinə əsaslanır. Sınaqlar IEC60335-1 standartına əsasən həyata keçirilmişdir.

Siklon tipli “Jet Cyclone” filtri

Yüksək effektivliyə malik “Jet Cyclone” siklon texnologiyası sayəsində tozsorandan çıxan hava təmiz olur və cihaz sorma gücünü sabit səviyyədə qoruyub saxlayır. Siklon sisteminin 27 dəliyi optimal hava axınını formalaşdırır və nəticədə sorma gücünün itkiyə getməsinin qarşısını alır. Eyni zamanda hava ən kiçik toz zərrəciklərindən təmizlənir.

Bütün növ səthlərin, örtüklərin effektiv şəkildə təmizlənməsi.

“Turbo Action Brush” ucluğu

“Turbo Action Brush” ucluğu həm xalçanın üzərindən, həm də bərk səthlərdən ən kiçik toz zərrəciklərini belə effektiv şəkildə uzaqlaşdırır. Ucluğun rotorunun fırlanma sürəti dəqiqədə 3750 dövrdür*. Fırça öz oxu ətrafında 180 dərəcə dönür ki, bu da hərəkət istiqamətini asanlıqla dəyişdirməklə yanaşı otağın hər küncünün effektiv şəkildə təmizlənməsini təmin edir. Fırlanan barabanı cəmi bir hərəkətlə sökərək fırçanı asanlıqla təmizləyə bilərsiniz.

* Min, Mid və Max (“Minimal”, “Orta” və “Maksimal”) rejimlərində həyata keçirilmiş sınaqların nəticələrinə əsasən. Faktiki nəticələr fərdi istifadə xüsusiyyətlərindən asılı ola bilər.

Daima təmiz hava

5 pilləli HEPA filtrasiya sistemi*

5 pilləli HEPA filtrasiya sistemi sayəsində təmiz hava ilə nəfəs alın*. Filtrin əsas siklonu və metal toru iri hissəcikləri, HEPA mikrofiltr isə ən kiçik toz zərrəciklərinin və allergenlərinin, o cümlədən 0,3-10 mikron*** böyüklüyündə zərrəciklərin 99,999 %-ə** qədərini tutub saxlayır.

Releases clean air Releases clean air

* HEPA filtrasiya sistemi: Havanı yüksək effektivli filtrasiyadan keçirən sistem. ** IEC62885-2 standartına əsasən “Max” (Maksimal) rejimində sınaqdan keçirilmişdir. ***0,3-10 mikron böyüklüyündə zərrəciklər gözlə görünməyən zərrəciklərdir. Məsələn, yuyucu toz və ya kif göbələkləri.

Uzunömürlü, dəyişdirilə bilən batareya.

Batareyanın yüksək tutumu sayəsində (3000 mAh-saat) tozsoranı 60 dəqiqə işlədə bilərsiniz*. Batareya 500 boşalma doldurma dövrəsindən sonra ilkin nominal tutumunun 70 %-ə qədərini qoruyub saxlayır**. Bundan başqa onu ehtiyat batareyalarla*** dəyişdirərək təmizlik işlərinin müddətini 2 saata qədər uzada bilərsiniz.

Clean up to 1 hour** Clean up to 1 hour**

* Göstərilən işləmə müddəti mühərrikli ucluq taxılmamış vəziyyətdə sorma gücünün minimum səviyyəsinə aiddir. **5 il istifadədən sonra batareyanın tutumu ilkin qiymətin 70 %-ni təşkil edir (tozsorandan ildə 100 dəfə istifadə edildiyi təqdirdə). 1 dövrə: 100 % dolu batareyanın tamamilə boşalması. Tozsoranın istismar qaydasından asılı olaraq ayrı-ayrı hallarda nəticələr fərqli ola bilər. Məlumatlar şirkətin həyata keçirdiyi sınaqların nəticələrinə əsaslanır. *** Ayrıca aksessuar qismində əlavə batareya satın ala bilərsiniz.

İntuitiv idarəetmə

Rəqəmsal displey

Tutacağa inteqrasiya edilmiş rəqəmsal displeyə baxaraq tozsoranın optimal rejimdə işləyib-işləmədiyini asanlıqla müəyyən edə bilərsiniz. Həmin displey vasitəsi ilə tozsoranın vəziyyətini, o cümlədən cari gücünü və taxılmış ucluğun tipini asanlıqla yoxlamaq mümkündür. Bundan başqa displeydə filtrin və ya fırçanın tıxana biləcəyi barədə xəbərdarlıq bildirişi göstərilə bilər.

Erqonomik batareya doldurma stansiyası

“2-si 1-də” doldurma stansiyası

İstənilən mənzilin dizaynı ilə uzlaşan “2-si 1-də” doldurma stansiyası sayəsində tozsoranı saxladığınız yerdə onun batareyasını da doldurun. Doldurma stansiyasını divara quraşdıra, tozsoranı da elə həmin nöqtədə divara bərkidə bilərsiniz və yaxud da ayrıca batareyanı doldurmaq üçün istədiyiniz başqa nöqtəyə yerləşdirə bilərsiniz.

Tamamilə yuyulub təmizlənən konteyner

Tozsoranınızın tozyığanını təmiz saxlamaq çox asan və sadədir. Multi-siklon sistemi də daxil olmaqla tozsoranı su ilə asanlıqla yuya bilərsiniz. Tozyığan hissə teleskopik quruluşlu borunu tozsoranın korpusundan ayırmadan asanlıqla açılıb çıxarılır.

Asan təmizləmə

Yüngülləşdirilmiş konstruksiya

Tozsoranın yüngül, idarəetməni asanlaşdıran, istifadə rahatlığını təmin edən, habelə biləklərinizə təsir edən yükü azaldan konstruksiyası sayəsində təmizlik sizin üçün daha asan məşğuliyyət olacaq. Tozsoranın korpusunun ağırlığı cəmi 1,48 kq-dır, ki bu da Samsung tozsoranlarının adi Naqilsiz versiyalarından 21% yüngüldür.

* Samsung VS8000 tozsoranı ilə müqayisədə. Korpusun çəkisi: VS7000 - 1,48 kq, VS8000 - 1,89 kq.

* Samsung VS8000 tozsoranı ilə müqayisədə. Korpusun çəkisi: VS7000 - 1,48 kq, VS8000 - 1,89 kq.

Xüsusiyyətlər

  • Maks. enerji istehlakı 550 Vt
  • Sorma gücü 200 Vt
  • İşləmə müddəti (maks.) 60 dəq
  • Çəki 2,8 kg

Dəstək

Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.

Məhsul dəstəyi Daha çox göstər

{{family.currentModel.displayName}}

{{family.currentModel.modelCode}}

Rəng : {{chip.displayName}}
{{model.prices.currentPriceDisplay}}
Aylıq {{model.prices.monthlyPrice}} - dan . Aya {{model.prices.months}}
və ya {{model.prices.currentPriceDisplay}}
Price without VAT: {{model.prices.vatFreePriceFormatted}}

Price with discount: {{model.prices.currentPriceDisplay}}

Price before: {{model.prices.priceDisplay}}

{{model.prices.priceDisplay}} {{model.prices.savePrice}}
  • {{summary.title}}

    {{summary.value}}{{summary.unit}}

  • {{summary.title}}

Modelləri müqayisə et

Oxşar məhsullarla müqayisə et

SON BAXILANLAR

Əsas funksiya əsas xüsusiyyətdən fərqlənə bilər.