Samsung televizorunu necə sıfırlamaq olar
Son yeniləmə tarixi : 23-05-2024
Tənzimləmələr sıfırlandıqdan sonra televizorla nə baş verəcək
- Bütün tənzimləmələr (şəbəkə tənzimləmələrindən başqa) zavod tənzimləmələrinə qaytarılacaq;
- Tənzimlənmiş bütün kanallar silinəcək;
- Mikroproqramda dəyişiklik baş verməyəcək.
DİQQƏT!
Televizorunuzun sertifikatlaşdırıldığından əmin olun. Əks halda, tənzimləmələrin sıfırlanması Smart TV funksionalının məhdudlaşmasına səbəb ola bilər.
TV-nizin seriyasını dəqiqləşdirin və aşağıdakı təlimatlardan uyğun olanını açın.
Təlimatlar pultdan idarəetmə üçün qeyd olunub. Pultunuz işləmirsə, siz tənzimləmələri televizorun korpusundakı düymələrin köməyi ilə sıfırlaya bilərsiniz. Hərəkət qaydası eyni olaraq qalır.
R, T, A, B, C və daha yuxarı seriyalı (2019-cu il və daha yeni) televizorda sıfırlamanın necə həyata keçirilməli olduğunu öyrənmək üçün buraya keçin.
1
Televizoun menyusuna daxil olun:
- pultdan asılı olaraq ya Home, Menu, More və ya Keypad düyməsinə basın,
- və televizorun ekranında "Parametrlər" bölməsini seçin.
2
Ümumi bölməsini seçin.
3
İlkin vəziyyətə bərpa et bölməsini seçin.
4
PIN kodu daxil edin (kod dəyişikliyə məruz qalmayıbsa, 0000 daxil edin).
5
Təsdiq üçün Bəli bəndini seçin.
6
Tənzimləmələr sıfırlandı. Televizor sönüb- işə düşəcək.
E, F, H, J, K, M, N seriyalı (2012-2018-ci illər) televizorda tənzimləmələrin necə sıfırlanmalı olduğunu öyrənmək üçün buraya keçin
1
Televizoun menyusuna daxil olun: pultdan asılı olaraq ya Menu düyməsinə, ya da Menu/123 düyməsinə basın.
2
Dəstək bölməsini seçin.
3
Özünüdiaqnostika bölməsini seçin.
4
İlkin vəziyyətə bərpa et bölməsini seçin.
5
PIN kodu daxil edin (kod dəyişikliyə məruz qalmayıbsa, 0000 daxil edin).
6
Təsdiq üçün Bəli bəndini seçin.
7
Tənzimləmələr sıfırlandı. Televizor sönüb- işə düşəcək.
B, C, D seriyalı (2009-2011-ci illər) televizorda tənzimləmələrin necə sıfırlanmalı olduğunu öyrənmək üçün buraya keçin
1
Televizorun pultunda EXIT düyməsini, bütün tənzimləmələrin sıfırlanması barədə məlumat çıxana qədər 20-30 saniyə ərzində basıb saxlayın.
2
Sıfırlamanı təsdiqləmək üçün OK düyməsini seçin.
3
Televizor söndü. Tənzimləmələr sıfırlandı.
2009-cu ildən əvvəl istehsal olunmuş televizorda tənzimləmələrin necə sıfırlanmalı olduğunu öyrənmək üçün buraya keçin
1
Televizorun menyu bölməsinə daxil olun.
2
Quraşdırma bölməsini seçin.
3
Plug and Play bölməsini seçin.
4
"Plug and Play-i işə sal" məlumatı çıxacaq, ОК düyməsinə basın.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.