Galaxy smartfonundan istifadə zamanı ekran sönərsə, nə etməli

Son yeniləmə tarixi : 05-09-2024

Əgər smartfonunuzun ekranı çox tez və ya əksinə, çox gec sönürsə, ekranın avtomatik sönmə — gözləmə vaxtı göstəricisini yoxlayın.

Əgər ekrana baxdığınız müddətdə onun sönməməsini istəyirsinizsə — Baxış zamanı söndürməmək funksiyasını aktivləşdirin.

Əgər smartfonun ekranı istifadə zamanı qeyri-ixtiyari sönürsə, cihazın işini yoxlayın.

Smartfonun ekranının iş vaxtını dəyişmək və onun işini yoxlamaq barədə məlumat almaq üçün aşağıdakı təlimatı oxuyun.

Galaxy smartfonundan istifadə zamanı ekran sönərsə, nə etməli?
Aşağıdakı tövsiyələri sınamazdan əvvəl cihazınızdakı proqram təminatı və sistem tətbiqlərinin son versiyaya qədər yeniləndiyindən əmin olun.

Ekranın gözləmə vaxtını necə təyin etmək olar

Ekranın gözləmə vaxtı — batareyanın enerjisini qorumaq üçün müəyyən vaxtdan bir ekranı avtomatik söndürən funksiyadır.

Susmaya görə tənzimlənən vaxt 15 saniyədir. Əgər bu göstərici sizə uyğun deyilsə və ekran çox tez sönürsə, ekranın gözləmə vaxtını daha uzun vaxta dəyişə bilərsiniz.

Ekran bölməsinə keçin Ekran bölməsinə keçin

1-ci addım. Tənzimləmələri açın və Ekran bölməsinə keçin.

Ekranın gözləmə vaxtı düyməsinə basın Ekranın gözləmə vaxtı düyməsinə basın

2-ci addım. Ekranın gözləmə vaxtını seçin.

Ekranın sizə lazım olan gözləmə vaxtını təyin edin Ekranın sizə lazım olan gözləmə vaxtını təyin edin

3-cü addım. Sizə lazım olan gözləmə vaxtını təyin edin.

Qeyd:

  • Ekran nə qədər uzun müddət yanılı qalırsa, telefonun batareyası da bir o qədər tez tükənir. 
  • Siz ekranın gözləmə vaxtını 15 saniyədən 30 dəqiqəyə qədər təyin edə bilərsiniz (telefonun modelindən asılı olaraq). Ekranın həmişə yanılı qalmasını təmin etmək mümkün deyil.

Siz baxdığınız müddətdə ekranın sönməməsi üçün nə etmək lazımdır

Telefona toxunmadıqca batareyanın enerjisinə qənaət üçün ekran avtomatik sönür. Amma ekrana toxunmamaq həmişə o demək deyil ki, telefondan istifadə olunmur.

Samsung Galaxy smartfonları Baxış zamanı söndürməmək funksiyası ilə təchiz olunub. Bu funksiya ön kamera vasitəsilə üzünüzü tanıyacaq və ona baxdığınız müddətdə ekranı sönməyə qoymayacaq.

Ekran bölməsinə keçin Ekran bölməsinə keçin

1-ci addım. Tənzimləmələri açın və Ekran bölməsinə keçin.

Ekranın gözləmə vaxtı düyməsinə basın Ekranın gözləmə vaxtı düyməsinə basın

2-ci addım. Ekranın gözləmə vaxtını seçin.

Baxış zamanı söndürməmək funksiyasını aktivləşdirmək üçün sürüngəcin üzərinə basın. Baxış zamanı söndürməmək funksiyasını aktivləşdirmək üçün sürüngəcin üzərinə basın.

3-cü addım. Baxış zamanı söndürməmək funksiyasını aktivləşdirmək üçün sürüngəcin üzərinə basın.

Qeyd:

  • Cihazların ekran şəkilləri və menyu bəndləri, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişə bilər.

Əgər smartfondan istifadə zamanı ekran sönürsə, nə etməli

Əgər cihazın ekranı istifadə etdiyiniz vaxt (ekrana toxunduğunuz vaxt) sönürsə, onun işini yoxlamaq üçün aşağıdakı addımları yerinə yetirin:

1 Telefonun çexolunu çıxarın.

Əgər telefonun çexolu kitab şəklindədirsə, çexolun qapağı smartfonun arxa səthinə toxunanda ekran kilidlənə bilər.. Bu, cihazın daxili quruluşu ilə bağlı məsələdir.

Çexolu telefondan çıxarıb işini müşahidə edin.

Əgər çexol olmadan telefonun ekranı qeyri-ixtiyari sönməyə davam edirsə, növbəti tövsiyəyə keçid edin.

2 Jestlərlə idarə etməni söndürün.

Telefonda jestlərlə idarəetmə yanılıdırsa, ekrana iki dəfə toxunduqda ekran sönəcək.

Məqalədəki tövsiyələrə əməl etdikdən sonra funksiyanın söndüyündən əmin olun.

3 Smartfonun işini təhlükəsiz rejimdə yoxlayın.

Telefonun işinə yüklənmiş tətbiqlərdən biri təsir edə bilər. Bunu yoxlamaq üçün smartfonu təhlükəsiz rejimdə yükləyin. Bu rejimdə bütün yüklənmiş tətbiqlər sönür və cihazın işinə təsir etmir. Onun işini müşahidə edin və ekranın qeyri-ixtiyari sönüb-sönmədiyini yoxlayın.

Əgər telefon təhlükəsiz rejimdə normal işləyirsə, bu o deməkdir ki, problem yüklənmiş tətbiqlərin hansısa birindədir.  Yüklənmiş tətbiqləri bir-bir silin və cihazın işini yoxlayın. Son quraşdırdığınız tətbiqlərdən başlamaq daha yaxşıdır.

  • Əgər təhlükəsiz rejimdə problem qalırsa, aşağıdakı tövsiyələrə keçin.
4 Smartfonun tənzimləmələrini sıfırlayın.

Smartfonun və ya planşetin tam sıfırlanması onu zavod vəziyyətinə qaytaracaq və proqram fasilələrini istisna edəcək.

Tənzimləmələrin sıfırlanması cihazınızdan bütün verilənlərin silinməsinə gətirib çıxaracaq.
Biz, sıfırlanmanı həyata keçirməzdən öncə bütün əhəmiyyətli məlumatların ehtiyat surətini yaratmağınızı israrla tövsiyə edirik.

Yuxarıda qeyd olunan tövsiyələr probelimin aradan qaldırılmasına kömək etmədiyi halda, sizə smartfonunuzun diaqnostikası üçün ən yaxın servis mərkəzinə müraciət etməyinizi təklif edirik.


Şərhiniz üçün təşəkkür edirik!