Note9 cihazının akkumulyatorunun enerjisaxlama müddəti və yaddaş həcmi nə qədər təşkil edir

Son yeniləmə tarixi : 17-02-2025

Note9 cihazının təkmilləşdirilmiş akkumulyator imkanlarını və artırılmış yaddaş həcmini qiymətləndirin.

Akkumulyatorun enerjisaxlama müddəti

4000 mAsaat həcmində akkumulyator sizə daha çox imkan verir. O, bütün gün ərzində əlavə enerji doldurmadan fəaliyyəti təmin edir, çünki onun akkumulyatorunun həcmi, əvvəlki modellə müqayisədə, 21% çoxdur.

Qidalanma bloklarını, kabelləri unudun, diqqətinizi Note9 cihazınızın istifadəsi üzərində cəmləyin, istər ismarışlar göndərin, istər oyun oynayın və ya çoxtapşırıq rejimindən istifadə edin.

24 saat enerji

Diqqət edin: Cihazın zədələnməsinin qarşısının alınması və onun tam işləmə qabiliyyətinin təmin edilməsi üçün yalnız Samsung şirkəti tərəfindən tövsiyə olunan enerjidoldurma qurğularından, akkumulyatorlardan və kabellərdən istifadə edin.

S Pen-in akkumulyatorunun enerjisaxlama müddəti

Note9 üçün S Pen elektron qələminin akkumulyatoru yoxdur və o, quraşdırılmış superkondensator sayəsində işləyir.

Qələm, cihaza taxılan kimi, simsiz rejimdə enerji yığır. Onun tam enerji yığması üçün cəmi 40 saniyə lazımdır.

Tam enerji yığdıqdan sonra S Pen qələminin sərbəst işləmə vaxtı 30 dəqiqə təşkil edir, bu zaman «Qələm» düyməsi 200 dəfə istifadə oluna bilər.

Yaddaş həcmi

Sizə artıq dolu yaddaşla bağlı narahat olmaq lazım deyil. 128 GB quraşdırılmış və 6 GB operativ yaddaşlı modeli və ya daha güclü olan 512 GB quraşdırılmış və 8 GB operativ yaddaşlı modeli seçin və bütün faylları və fotoşəkilləri smartfonunuzun yaddaşında saxlayın.

Siz video və endirmələr üçün daha çox yaddaş lazımdırsa, siz Note9 cihazınızın həcmini, əlavə yarımterabayt (512 GB) yaddaş həcmi ilə xarici microSD kart vasitəsilə artıra bilərsiniz.

128 GB və 512 GB yaddaşlı modellər

Diqqət edin: Faktiki mövcud saxlanc yeri, ölkədən və modeldən asılı olaraq, dəyişə bilər.

Şərhiniz üçün təşəkkür edirik!