Samsung texikasının displeyi, ekranı, matrisi sındığı zaman nə etmək lazımdır

Son yeniləmə tarixi : 17-02-2025
1 Samsung servis mərkəzlərinin səhifəsini açın.
Servis mərkəzlərinin səhifəsini açın
2 Cihazınızın növünü seçin. Məsələn, biz smartfon seçirik.
Cihazın növünü seçin
3 Müraciət etməyiniz üçün ən rahat servis mərkəzini seçin. Bəzi servis mərkəzlərinin üstünlüklərinə diqqət yetirin:
  • «Bir saata təmir» — ehtiyat hissələri mövcud olduğu halda, cihazı bir saat ərzində təmir edəcəklər;
  •  «Səyyar servis» — texnikanı evdə təmir edəcək və ya özləri servis mərkəzinə çatdıracaqlar.
4 Seçdiyiniz servisə zəng edin və təmirin dəyərini və vaxtını dəqiqləşdirin. Bir neçə servis mərkəzinə zəng edə və ən yaxşı şərtlərin təklif olunduğu servisi seçmək olar.

Servis mərkəzləri ehtiyat hissələrinin və təmirin qiymətini özləri təyin edir. Buna görə Samsung şirkətində təmirin dəyəri ilə bağlı məlumatı yoxdur. Xahiş edirik, qiymətləri servis mərkəzlərində yerindəcə dəqiqləşdirin.

Şərhiniz üçün təşəkkür edirik!