Samsung Galaxy S25 üçün MPP - naqilsiz enerji doldurma nədir?

Son yeniləmə tarixi : 21-02-2025

Müasir smartfonlar getdikcə istifadədə daha rahat olurlar, naqilsiz enerji doldurma da əsas funksiyalardan biridir.  Samsung Galaxy S25 seriyasında MPP texnologiyası dəstəklənir. Gəlin onun necə işlədiyini, digər texnologiyalardan nə ilə fərqləndiyini və nələrə diqqət yetirmək lazım olduğunu aydınlaşdıraq. 

Samsung S25 üçün MPP çexolu

MPP -naqilsiz enerji doldurma

MPP (Magnetic Power Profile) — telefonun və enerji cihazının enerji elementlərini dəqiq birləşdirmək üçün maqnitlərdən istifadə edən naqilsiz enerjidoldurma texnologiyasıdır.  Onun işi üçün maqnitli çexol və ya lövhə lazımdır ki, bunlar cihazın enerji doldurulan zaman düzgün yerləşməsinə kömək edir. 

Bu aksessuarlar olmadan telefon enerji yığa bilməyəcək və ya bunu fasilələrlə edəcək.  Bu onunla əlaqədardır ki, sistem cihazı tanıya və stabil əlaqəni dəstəkləyə bilməyəcək. 

Galaxy S25-in yeni seriyasında MPP-ni dəstəkləyən, yenilənmiş Qi 2.1 standartında istifadə edilir. Onun sayəsində::

  • Enerji yığımı daha stabil olub
  • Cihaz maqnitlərlə kip yerləşdirilir. 
  • Enerji yığımının kəsilmə riski aşağı enib.

MPP və MagSafe® arasındakı fərq

MPP və MagSafe® oxşar prinsip üzrə işləyir, amma mühüm fərq ondadır ki:

  • MagSafe® — patentləşdirilmiş Apple texnologiyası olub, onun cihazları üçün nəzərdə tutulmuşdur. 
  • MPP — Qi 2.0 və daha yuxarı versiyaları dəstəkləyən enerji doldurma ilə uyğunlaşa bilən açıq standartdır. 

Əgər siz Samsung Galaxy S25-i MagSafe® enerjidoldurma cihazı ilə şarj etməyə çalışsanız, aşağıdakı problemlər yarana bilər:

  • Yavaş enerji doldurma,
  • Prosesdə dayanmalar,
  • Qeyri-stabil əlaqə.

Ona görə də enerjidoldurma cihazını seçərkən onun Qi 2.0 (və ya daha yuxarı) və MPP-ni dəstəklədiyindən əmin olmaq lazımdır. 
Sertifikasiyadan keçmiş məhsulun üzərində Qi2 loqotipi var.

Qi2 loqotipi

Samsung Galaxy S25-in enerji yığımında qeyri-müntəzəmlik

Telefon hətta maqnitli çexolla da stabil enerji yığa bilmirsə, bu, maqnitlərin səhv yerləşməsi ilə əlaqəli ola bilər. Onlar cihazın daxili enerji yığımına dəqiq uyğun gəlməlidir.

Problemlərdən necə qaçınmaq olar?

  • Enerjidoldurma cihazının Qi 2.0 və daha yuxarı seriyaları dəstəklədiyindən əmin olun.

  • Orijinal Samsung aksesuarlarından və ya SMAPP (Samsung Mobile Accessory Partnership Program) tərəfindən sertifikasiyadan keçmiş məhsuldan istifadə edin. 
  • SMAPP məhsullarının qablaşdırmasında loqotip var.
loqotip «Samsung üçün yaradılıb»

Şərhiniz üçün təşəkkür edirik!