Samsung Galaxy S25-in ekranının və kamerasının daxilində nəm
Galaxy S25 seriyasından olan smartfonlar IPX8 standartına görə sudan müdafiə sisteminə malikdirlər. Ventilyasiya dəliyi suburaxmayan, amma havanın dövr etməsinə imkan verən Gore-Tex® materialı ilə təchiz edilib. Amma yenə də havanın rütubəti cihazın içərisinə daxil ola bilər.
Temperaturun kəskin dəyişilməsi səbəbindən, ekranda və kamerada (eynəklərdə isti məkandan soyuğa çıxdıqda yarandığı kimi) kondensat əmələ gələ bilər. Bu, bütün modellərdə rast gəlinən keçici haldır.
Buğ əmələ gəlməsin deyə çalışın cihazı kəskin temperatur dəyişikliklərinə məruz qoymayasınız. Əgər kondensat əmələ gəlibsə, onu otaq temperaturunda qurumağa qoyun.
Satışa buraxılmazdan əvvəl smartfonlar ciddi sukeçirməzlik sınağından keçirilir. Amma cihazın zərbəyə məruz qalması və yerə düşməsi müdafiəyə zərər verə bilər ki, bu da onun içərisinə nəm düşməsinə gətirib çıxaracaq.
Əgər problem həll olunmursa, xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.