Samsung Galaxy-də əlaqə nömrəsi üçün müəyyən zəng melodiyasını necə təyin etmək olar
Samsung Galaxy smartfonunda konkret əlaqə nömrəsindən gələn zəng üçün müəyyən bir melodiya qoya bilərsiniz. Həmin adam sizə zəng vuranda məhz onun üçün təyin etdiyiniz melodiya çalacaq.
Mövzu üzrə:
Əlaqə nömrəsinə melodiya təyin etmək üçün onun şəxsi kartoçkası telefonun yaddaşında, Samsung və ya Google hesabında saxlanmalıdır. SIM-kartda saxlanılmış əlaqə nömrələri üçün xüsusi melodiya təyin etmək olmur.
Android əməliyyat sisteminin versiyasından asılı olaraq, gələn zəng üçün melodiyanın tənzimlənmə qaydası fərqli ola bilər. Smartfonunuzdakı Android versiyasını yoxlayın və ona uyğun gələn təlimatı açın.
Android GO əməliyyat sistemli smartfonlarda əlaqə nömrəsi üçün melodiya təyin etmək mümkün deyil.
Android 14-13 üçün təlimatı açmaqdan ötrü bura basın
• Əlaqə nömrəsindən gələn zəng üçün standart melodiyanı necə təyin etməli
• Əlaqə nömrəsindən gələn zəng üçün xüsusi melodiyanı necə təyin etməli
Öz melodiyanız üçün (2-ci addım) melodiyanın başdan və ya sizə lazım olan yerdən oxunmasını tənzimləyə bilərsiniz.
- Melodiya başdan oxunsun deyə — "Seçilmiş parçanın oxunması" sürüngəcini deaktiv edin..
- Melodiya lazımi yerdən oxunmağa başlasın deyə — "Seçilmiş parçanın oxunması" sürüngəcini aktivləşdirin və onun adının altındakı şkalada kompozisiyanın oxunmağa başlayacağı yeri təyin edin.
Qeyd:
- Lazımi melodiyanı tapmaq üçün Fayllar üzrə axtarışdan istifadə edə bilərsiniz - bunun üçün ekranın sağ yuxarı küncündə lupa işarəsinə basın və musiqinin adını daxil edin.
- Əgər musiqinin adını dəqiq xatırlamırsınızsa, onu albomun, ifaçının adı üzrə tapa və ya onun saxlandığı qovluğu aça bilərsiniz. Bunun üçün melodiyanın seçilməsi ekranında müvafiq kateqoriyaya keçin.
• Əlaqə nömrəsindən gələn zəng üçün titrəyişi necə təyin etməli
Android 12-9 üçün təlimatı açmaqdan ötrü bura basın
• Əlaqə nömrəsindən gələn zəng üçün standart melodiyanı necə təyin etməli
1-ci addım. Kontaktlar tətbiqini açın və melodiyasını dəyişmək istədiyiniz kontaktın adının üzərinə basın.
2-ci addım. Redaktə et düyməsinə basın.
3-cü addım. Bütün əlçatan meyarları açmaq üçün "Aç" düyməsinə basın.
4-cü addım. Zəng melodiyasının üzərinə basın. Kontaktlar tətbiqinin musiqi və səs fayllarına girişini təmin etmək üçün ilk tənzimləmədə İcazə ver düyməsinə basın.
5-ci addım. Siyahıdakı musiqi kompozisiyaları və ya səslərdən birini seçin. Sonra < (Geri) düyməsini sıxın.
6-cı addım. Yadda saxla düyməsinə basın.
• Əlaqə nömrəsindən gələn zəng üçün xüsusi melodiyanı necə təyin etməli
1-ci addım. Əlaqə nömrəsi üçün melodiya tənzimləmələrini açın (1-4-cü addımlar) və siyahıdan melodiya seçmək əvəzinə + (Əlavə et) işarəsinə basın.
2-ci addım. Lazımi kompozisiyanı tapıb seçin, sonra Hazırdır düyməsini sıxın.
3-cü addım. < (Geri) düyməsini sıxın.
4-cü addım. Yadda saxla düyməsinə basın.
Öz melodiyanız üçün (2-ci addım) melodiyanın başdan və ya sizə lazım olan yerdən oxunmasını tənzimləyə bilərsiniz.
- Melodiya başdan oxunsun deyə — "Seçilmiş parçanın oxunması" sürüngəcini deaktiv edin.
- Melodiya lazımi yerdən oxunmağa başlasın deyə — "Seçilmiş parçanın oxunması" sürüngəcini aktivləşdirin və onun adının altındakı şkalada kompozisiyanın oxunmağa başlayacağı yeri təyin edin.
Qeyd:
- Lazımi melodiyanı tapmaq üçün Fayllar üzrə axtarışdan istifadə edə bilərsiniz — bunun üçün ekranın sağ yuxarı küncündə Axtarışın üzərinə basın və musiqinin adını daxil edin.
- Əgər musiqinin adını dəqiq xatırlamırsınızsa, onu albomun, ifaçının adı üzrə tapa və ya onun saxlandığı qovluğu aça bilərsiniz. Bunun üçün melodiyanın seçilməsi ekranında müvafiq kateqoriyaya keçin.
• Əlaqə nömrəsindən gələn zəng üçün titrəyişi necə təyin etməli
1-ci addım. Əlaqə nömrəsinin kartoçkasına məlumat əlavə edən zaman (1-3-cü addımlar) Zəng zamanı titrəmə növü tənzimləməsinə keçin.
2-ci addım. Siyahıdakı titrəmə variantlarından birini seçin. Sonra < (Geri) düyməsini sıxın.
3-cü addım. Yadda saxla düyməsinə basın.
Android 8 üçün təlimatı açmaqdan ötrü bura basın
• Əlaqə nömrəsindən gələn zəng üçün standart melodiyanı necə təyin etməli
1-ci addım. Kontaktlar tətbiqini açın və melodiyasını dəyişmək istədiyiniz kontaktın adının üzərinə basın.
2-ci addım. Əlaqə nömrəsinin kartoçkasını açmaq üçün Məlumatların üzərinə basın.
3-cü addım. Redaktə et düyməsinə basın.
4-cü addım. Bütün əlçatan meyarları açmaq üçün "Daha çox" düyməsinə basın.
5-ci addım. Zəng melodiyasının üzərinə basın. Kontaktlar tətbiqinin musiqi və səs fayllarına girişini təmin etmək üçün ilk tənzimləmədə İcazə ver düyməsinə basın.
6-cı addım. Siyahıdakı musiqi kompozisiyaları və ya səslərdən birini seçin. Sonra < (Geri) düyməsini sıxın.
7-ci addım. Yadda saxla düyməsinə basın.
8-ci addım. Əlaqə nömrəsinin kartoçkasında zəng üçün təyin olunmuş melodiya haqqında məlumat görünəcək.
• Əlaqə nömrəsindən gələn zəng üçün xüsusi melodiyanı necə təyin etməli
1-ci addım. Əlaqə nömrəsi üçün melodiyanın tənzimləmələrini açın (1-5-ci addımlar) və siyahıdan kompozisiya seçmək əvəzinə Əlavə et düyməsinə basın.
2-ci addım. Musiqi seçmək üçün quraşdırılmış Səs seçimi tətbiqindən istifadə edin. Smartfonda Səs seçimi tətbiqi üçün fayllara giriş sorğusu çıxsa, İcazə ver düyməsinə basın.
3-cü addım. Lazımi kompozisiyanı tapıb seçin, sonra Hazırdır düyməsini sıxın.
4-cü addım. Yadda saxla düyməsinə basın.
Öz melodiyanız üçün (2-ci addım) melodiyanın başdan və ya sizə lazım olan yerdən oxunmasını tənzimləyə bilərsiniz.
- Melodiya başdan oxunsun deyə — "Ancaq seçilmiş fraqmentlər" sürüngəcini deaktiv edin.
- Melodiya lazımi yerdən oxunmağa başlasın deyə — "Ancaq seçilmiş fraqmentlər" sürüngəcini aktivləşdirin və onun adının altındakı şkalada kompozisiyanın oxunmağa başlayacağı yeri təyin edin.
Qeyd:
- Lazımi melodiyanı tapmaq üçün Fayllar üzrə axtarışdan istifadə edə bilərsiniz — bunun üçün ekranın sağ yuxarı küncündə lupa işarəsinə basın və musiqinin adını daxil edin.
- Əgər musiqinin adını dəqiq xatırlamırsınızsa, onu albomun, ifaçının adı üzrə tapa və ya onun saxlandığı qovluğu aça bilərsiniz. Bunun üçün melodiyanın seçilməsi ekranında müvafiq kateqoriyaya keçin.
• Əlaqə nömrəsindən gələn zəng üçün titrəyişi necə təyin etməli
1-ci addım. Əlaqə nömrəsinin kartoçkasına məlumat əlavə edən zaman (1-4-cü addımlar) Titrəyişli zəngin üzərinə basın.
2-ci addım. Siyahıdakı titrəmə variantlarından birini seçin. Sonra < (Geri) düyməsini sıxın.
3-cü addım. Yadda saxla düyməsinə basın.
4-cü addım. Əlaqə nömrəsinin kartoçkasında titrəmənin təyin olunmuş növü haqqında məlumat görünəcək.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.