Samsung Galaxy-də silinmiş əlaqə nömrələrini necə bərpa etməli
Son yeniləmə tarixi : 17-10-2024
Samsung Galaxy telefonunuzdan səhvən sildiyiniz əlaqə nömrələrini bərpa edə bilərsiniz.
Silinmiş əlaqə nömrəsi SIM kartda yadda saxlanılmışdısa, onu bərpa etmək mümkün olmayacaq.
Zibil qutusundakı əlaqə nömrələrini necə bərpa etməli
Telefonun yaddaşından silinən əlaqə nömrələri müvəqqəti olaraq zibil qutusuna yerləşdirilir.
Silinmiş əlaqə nömrələrinin zibil qutusunda saxlanma müddəti 30 gündür.
Google ehtiyat surətindən əlaqə nömrələrini necə bərpa etməli
Əgər Google-da əlaqə nömrələrinizin ehtiyat surətini yaratmısınızsa, əlaqə nömrələrini oradan bərpa edə bilərsiniz.
Google-da əlaqə nömrələrinin ehtiyat surətini necə yaradacağınız barədə məlumatla aşağıdakı məqalədə tanış ola bilərsiniz:
Google kontaktlarını FK vasitəsilə necə bərpa etmək olar
1
FK-də Google poçtunu açın. Sağ yuxarı küncdə üç nöqtənin üzərinə basın və "Əlaqə nömrələri" bəndini seçin.
Və ya brauzerdə açın: contacts.google.com.
Və ya brauzerdə açın: contacts.google.com.
2
Sağ yuxarı küncdə dişli çarxın üzərinə basın, "Dəyişiklikləri ləğv et" bəndini seçin.
3
Bərpa dövrünü seçin və "Bərpa et" düyməsinə basın. Cihaz hesabla sinxronlaşdıqdan sonra əlaqə nömrələri avtomatik bərpa olunacaq.
Google zibil qutusundakı əlaqə nömrələrini necə bərpa etməli
1
"Parametrlər" > "Google" > "Google hesabının idarə edilməsi" menyusunu açın.
2
"Giriş tənzimləmələri" > "Əlaqə nömrələri" hissəsini seçin.
3
"Menyu" > "Zibil qutusu" ardıcıllığını icra edin.
4
Lazımi əlaqə nömrəsini seçib "Bərpa et" düyməsini sıxın.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.