Samsung Galaxy smartfonları və aksessuarlar üçün təlimatları necə tapmaq olar

Son yeniləmə tarixi : 21-05-2024

Samsung cihazınızla komplektdə qısa rəhbərlik də təqdim olunur. Aşağıda siz Samsung Galaxy və digər Samsung cihazları üçün tam rəhbərliyin elektron şəkildə necə endirilməli olduğuna dair məlumat əldə edəcəksiniz.

Samsung Galaxy üçün istifadə üzrə təlimatı smartfonun menyusunda tapmaq olar

Sizə elektron şəkildə Samsung Galaxy smartfonunun istifadəsi üzrə tam təlimat lazımdırsa, onu telefonun menyusunda tapa bilərsiniz.

Qeyd:

Əvvəlcədən telefonu internetə qoşun.

1-ci addım Tənzimləmələri açın, addım Tövsiyələr və istifadəçi rəhbərliyi (və ya İstifadəçi rəhbərliyi) əlavəsinə keçin.

2-ci addım İstifadəçi rəhbərliyi bölməsinə basın.

3-ci addım Rəhbərlikdən istifadə edin.

Qeyd:

Bəzi modellərdə (J1, J1-mini, J3-2016) menyuda ayrıca Sorğu tətbiqi mövcud olur.

Daşınan Samsung cihazları üçün istifadə rəhbərliyini smartfondakı Galaxy Wearable tətbiqi vasitəsilə tapmaq olar

Aşağıda siz daşınan Samsung cihazları (Galaxy Buds, Galaxy Watch) üçün təlimatların endirilməsi yoluna baxa bilərsiniz.

Qeyd:

Təlimatı endirməzdən öncə əmin olun ki, smartfonunuz və daşınan cihazınız Bluetooth vasitəsilə bir-birinə bağlanıb.

1-ci addım Galaxy Wearable tətbiqini açın və Tövsiyələr və vəsait bölməsinə basın.

2-ci addım Üç nöqtəni seçin.

3-ci addım İstifadəçi rəhbərliyini açın.

4-ci addım Rəhbərlikdən istifadə edin.

Şərhiniz üçün təşəkkür edirik!