Samsung Galaxy-də brauzer məlumatlarını: keşi, tarixçəni, kukiləri necə silməli
Keş, kuki və digər brauzer məlumatları nədir
Brauzerdən istifadə prosesində müxtəlif sistem faylları və qeydlər yaranır. Aşağıda onlardan bəziləri göstərilib.
Baxış tarixçəsi - bu cihazda açılmış səhifələrin jurnalı.
Cookie (kuki) — sayta baş çəkərkən onun yaratdığı kiçik xidmət faylları. Siz növbəti dəfə daxil olarkən saytın sizi "tanıması" üçün lazımdır (məsələn, bundan əvvəl baş çəkdiyiniz zaman internet mağazanın səbətinə əlavə etdiyiniz malları göstərdi).
Keş — sayta baş çəkərkən ondakı məlumatların bir hissəsi müvəqqəti olaraq cihazın yaddaşında saxlanılır (məsələn, şəkillər). Bu, həmin saytı növbəti dəfə daha tez açmaq üçün lazımdır.
Parollar — əgər siz hansısa saytda loginlər/parollar daxil edirsinizsə, əksər brauzerlər onları yadda saxlaya bilir. Növbəti dəfə parolu daxil etməyə ehtiyac olmur, o artıq cihazınızda saxlanılacaq.
Brauzerin məlumatlarını nə vaxt silmək lazımdır
Adi istifadə zamanı məlumatları silmək lazım deyil. Məlumatları, adətən, iki halda silirlər:
- Cihazı başqa adama verəndə;
- Əgər əvvəllər qaydasında işləyən hansısa saytla bağlı problem varsa (məsələn, yüklənmə xətaları, bəzi elementlərin əks olunması ilə bağlı problemlər və s.). Bu hallarda kuki və keşi silirlər.
"İnternet" brauzerində məlumatları necə silməli
Chrome brauzerində məlumatları necə silməli
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.