Samsung Galaxy-nin operativ yaddaşını necə təmizləmək olar
Operativ yaddaş (və ya OYQ - operativ yaddaş qurğusu) smartfonun məhsuldar və sürətlə işləməsinə cavabdehdir. Çoxtapşırıq rejimində işləmək üçün OYQ tətbiqlərin və Android əməliyyat sisteminin məlumatlarını yadda saxlayır.
Operativ yaddaş dolanda tətbiqlər yavaş işləyə və hətta dona bilərlər. Buna yol verməmək üçün müntəzəm olaraq OYQ-ni boşaldın və fonda olan tətbiqlərin işinə son. verin. Bunu necə etmək barədə məlumat almaq üçün aşağıdakı tövsiyələri oxuyun.
Smartfonun operativ yaddaşını necə təmizləmək olar
Samsung Galaxy-nin operativ yaddaşını kənar tətbiqlər və servislər quraşdırmadan təmizləmək olar. Bunun üçün Cihaza xidmət funksiyasından istifadə edin.
Bağlamaq istəmədiyiniz lazımlı tətbiqləri istisnalar siyahısına əlavə edə bilərsiniz, belə etdikdə bu tətbiqlərin fon prosesləri operativ yaddaş təmizlənərkən dayanmayacaqlar.
Smartfonun operativ yaddaşını əsas ekrandan necə təmizləmək olar
Cihazınızın operativ yaddaşının təmizlənməsinə sürətli giriş əldə etmək üçün əsas ekrana vidjet əlavə edin.
Vidjet telefonun əsas ekranında görünəcək. Artıq siz işarəyə vurmaqla operativ yaddaşda olan bütün fon proseslərini asanlıqla bitirə biləcəksiniz.
Smartfonun virtual yaddaşını "RAM Plus" funksiyası ilə necə artırmaq olar
"RAM Plus" funksiyası operativ yaddaşın həcmini artırmaq üçün daimi yaddaşdan (daxili saxlancdan) yaddaşın bir hissəsini götürür.
"RAM Plus" funksiyasını aktiv etmək üçün aşağıdakı hərəkətləri edin:
Qeyd:
Funksiya bütün cihazlarda dəstəklənmir. Funksiyanın mövcudluğunu Samsung Galaxy-nin konkret modelinin istifadəçi təlimatında dəqiqləşdirmək olar.
Bəzi modellərdə vitual yaddaş üçün rezerv ediləcək saxlanc həcmini seçmək mümkündür: 2 GB, 4 GB, 6 GB və ya 8 GB.
Əgər həcmi seçmək mümkün deyilsə, "RAM Plus" funksiyası işə salındıqda smartfon effektiv iş üçün ehtiyac olan optimal operativ yaddaş həcmini avtomatik olaraq tənzimləyəcək.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.