Samsung Galaxy əsas ekranına vidjeti necə əlavə etmək olar

Son yeniləmə tarixi : 10-09-2024

Vidjet - smartfonda quraşdırılmış tətbiqə əlavədir. Müxtəlif funksiyalardan istifadə etmək üçün onu əsas ekrana əlavə etmək olar. Məsələn, tıxacları izləmək, zəngli saat qurmaq, hava haqqında və ya təqvimdə planlaşdırılan tədbirlər haqqında məlumatlar əldə etmək olar.

Vidjeti əsas ekrana necə əlavə etmək olar

Vidjeti əsas ekrana əlavə etmək üçün aşağıdakı addımları yerinə yetirin:

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

1-ci addım. Əsas ekranın boş yerinə vurun və saxlayın.

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

2-ci addım. "Vidjetlər" seçin.

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

3-cü addım. Açılan pəncərədə lazımi tətbiqin vidjetini tapın və üzərinə vurun.

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

4-cü addım. "Əlavə et" düyməsinə vurun.

Hazırdır. Vidjet əsas ekranda görünəcək.

Vidjeti əlavə edə bilmirsinizsə, bu o deməkdir ki, smartfonda əsas ekranın bloklanması funksiyası aktivdir. Onu deaktiv edin.

Qeyd:

Tətbiq üçün vidjetin yaradılması, onun necə görünəcəyi və hansı funksiyaları yerinə yetirəcəyinə dair qərar tərtibatçı tərəfindən verilir. Tətbiq siyahıda yoxdursa, onun üçün vidjetlər mövcud deyil.

Vidjetin görünüşünü necə tənzimləmək olar

Siz vidjetin ölçüsünü, fon rəngini və şəffaflığını tənzimləyə bilərsiniz.

Vidjetin ölçüsünü tənzimləmək üçün üzərinə vurun və gözləyin, vidjetin ətrafında çərçivə görünəcək. Ölçünü tənzimləmək üçün onun kənarından çəkin və sonra dəyişiklikləri yadda saxlamaq üçün ekranda istənilən boşluğa toxunun. 

Vidjetin fon rəngini və şəffaflığını tənzimləmək üçün aşağıdakı addımları yerinə yetirin:

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

1-ci addım. Vidjet üzərinə vurun və saxlayın.

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

2-ci addım. Tənzimləmələr seçin.

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

3-cü addım. Ekranda tənzimləmələr pəncərəsi açılacaq. Uyğun opsiyaları seçin.

İki fon variantı təklif ediləcək: ağ və ya qara

Fon üçün rəng intensivliyini də tənzimləmək olar:

  1. Aşağı intensivlik: vidjet haqqında məlumatlar fonsuz göstərilir. 
    İntensivliyi azaltmaq üçün düyməni sola çəkin.
  2. Yüksək intensivlik: vidjet haqqında məlumatlar kontrastlı  fonda göstərilir.
    İntensivliyi artırmaq üçün düyməni sağa çəkin.

 

Vidjetin ölçüsü dəyişmirsə və tənzimləmələr düyməsi aktiv deyilsə, bu o deməkdir ki, telefonunuzda Əsas ekranın bloklanması funksiyası aktivdir. Onu deaktiv edin.

Vidjetin yerini necə dəyişmək olar

Vidjetin yerini dəyişmək üçün üzərinə vurun və 1-2 saniyə gözləyin. Vidjetin ətrafında çərçivə görünəcək, vidcetin yerini dəyişin.

Vidjeti əsas ekranda başqa səhifəyə köçürmək üçün onu ekranın kənarına yaxınlaşdırın, səhifə dəyişəcək. 

Vidjetin yeri dəyişmirsə, bu o deməkdir ki, tənzimləmələrdə əsas ekranın bloklanması funksiyası aktivdir. Onu deaktiv edin.

Vidjeti necə silmək olar

Vidjet üzərinə vurun və gözləyin, bundan sonra "Silmək" opsiyasını seçin.

"Silmək" opsiyası aktiv deyilsə, bu o deməkdir ki, tənzimləmələrdə əsas ekranın bloklanması funksiyası aktivdir. Onu deaktiv edin.

Vidjetin yerini necə sabitləşdirmək olar

Tətbiq işarələri və ya vidjetlərin yerinin dəyişməməsi üçün Əsas ekranın görünüşü bloklaşdırıla bilər. Belə olan halda, təsadüfən ekranın üzərinə vurduqda, onları silə və ya yerlərini dəyişə biləcəksiniz. 

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

1-ci addım. Əsas ekranın boş yerinə vurun və saxlayın.

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

2-ci addım. Tənzimləmələr seçin.

Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli Samsung Galaxy-nin əsas ekranına vidjeti necə əlavə etməli

3-cü addım. Əsas ekranın bloklanması funksiyasının düyməsini aktivləşdirin.

İndi vidjetin yerini dəyişmək istədikdə ekranda əsas ekranın bloklanması haqqında mesaj görünəcək.

Əsas ekranda işarələri silmək və ya onların yerini dəyişmək üçün eyni üsuldan istifadə etməklə funksiyanı deaktiv edin. 

Şərhiniz üçün təşəkkür edirik!