Samsung Galaxy-də tətbiqin qovluğu itibsə, nə etməli

Son yeniləmə tarixi : 10-09-2024

Tətbiqlərin qovluqları Samsung smartfonunun ekranından müxtəlif səbəblərdən yoxa çıxır. Məsələn, əgər tətbiqi gizlədiblərsə, söndürüblərsə və ya təsadüfən siliblərsə.

Əvvəlcə tətbiqin quraşdırıldığını yoxlayın. Tənzimləmələr > Tətbiqlər menyusunu açın.

  • Əgər tətbiq yoxdursa, o, silinib. Onu yenidən yükləyin.
  • Əgər tətbiq siyahıda varsa, növbəti addımlara keçin.
1 Gizli tətbiqlərin siyahısını yoxlayın.
Əsas ekran un üzərinə basın; Əsas ekran un üzərinə basın;

1-ci addım. Tənzimləmələr > Əsas ekran menyusunu açın.

Gizli tətbiqlər"-un üzərinə basın Gizli tətbiqlər"-un üzərinə basın

2-ci addım. Gizli tətbiqlərin üzərinə basın.

Gizli tətbiqlərin siyahısından lazım olanı götürün Gizli tətbiqlərin siyahısından lazım olanı götürün

3-cü addım. Gizli tətbiqləri siyahıdan silin: tətbiqin işarəsinin yanındakı mənfi düyməsini, sonra dəyişikliyi yadda saxlamaq üçün Hazırdır düyməsini sıxın.

Android 10, 9, 8 üçün:

Tənzimləmələr > Ekran > Əsas ekran > Tətbiqi gizlətmək menyusunu açın. Sizə lazım olan gizli tətbiqləri siyahıdan silin.

2 Söndürülmüş tətbiqləri yoxlayın.
Tətbiqlər-un üzərinə basın; Tətbiqlər-un üzərinə basın;

1-ci addım. Tənzimlənmələr > Tətbiqləri açın.

Çeşidləmə işarəsinə basın Çeşidləmə işarəsinə basın

2-ci addım. Çeşidləmə işarəsinə basın.

Söndürülüb  filtrini seçin; Söndürülüb  filtrini seçin;

3-cü addım. Söndürülüb filtrini seçin və OK basın.

Tətbiqi seçin Tətbiqi seçin

4-cü addım. Lazım olan tətbiqi siyahıdan seçib üzərinə basın.

Tətbiqi yandırın Tətbiqi yandırın

5-ci addım. Tətbiqi yandırmaq üçün Yan. düyməsinə basın.

Android 10, 9, 8 üçün:

Tənzimləmələr > Tətbiqlər menyusunu açın.  Bölmənin yuxarı hissəsindəki menyunun üzərinə basın və Söndürülüb çeşidləmə rejimini seçin. Sizə lazım olan tətbiqləri yandırın.

3 Əgər oyunun işarəsi itibsə, ola bilsin, Game Launcher-ə köçürülüb.

1-ci addım. Tənzimləmələri açın.

2-ci addım. Əlavə funksiyaların üzərinə basın.

3-cü addım. Game Launcher funksiyası aktivdirsə, onu söndürün. Ya da Game Launcher-ə daxil olun və Mənim oyunlarım bölməsində tətbiqi tapın.

4 Əgər qovluqlar yalnız əsas ekranda əks olunmursa:

1-ci addım. Tənzimləmələri açın.

2-ci addım. Əsas ekran düyməsinə basın.

3-cü addım. Əgər Tətbiqlərin işarələrini əlavə et funksiyası aktiv deyilsə, onu yandırın.

Android 10, 9, 8 üçün:

Tənzimləmələr > Ekran > Əsas ekran menyusunu açın > və Əsas ekrana əlavə etmə düyməsini yandırın.

5 Əgər telefonda valideyn nəzarəti yaradılıbsa, Google-un bəzi xidmətləri əsas ekranda əks olunmur.
Google hesabınızda valideyn nəzarəti tənzimləmələrini yoxlayın.
6 Əsas ekran One UI tətbiqinin məlumatlarını təmizləyin.
7 Əgər öncəki addımlar kömək etmədisə və yeni tətbiqlərin qovluqları əsas ekranda görünmürsə, tam sıfırlamanı həyata keçirin.

Tənzimləmələrin sıfırlanması cihazınızdakı bütün məlumatların silinməsinə gətirib çıxaracaq. Bununla bərabər səhvlər də yoxa çıxır. Biz sıfırlamadan əvvəl bütün vacib məlumatlarınızın ehtiyat sürətini yaratmağı təkidlə tövsiyə edirik.

Şərhiniz üçün təşəkkür edirik!