Niyə Samsung Galaxy S25 Ultra smartfonunda S Pen ilə kontekst hərəkətləri işləmir?

Son yeniləmə tarixi : 21-02-2025

S Pen Galaxy S25 Ultra-da aşağı enerji istifadəli Bluetooth texnologiyasını (BLE) dəstəkləmir. Bu səbəbdən daha S Pen qələmini şarj etməyə və smartfona qoşmağa ehtiyac yoxdur. 

Siz əvvəlki kimi smartfonu daha dəqiq idarə etmək, əl yazısı daxil etmək, şəkil çəkmək, sürətli qeydlər yaratmaq və bir çox başqa şeylər üçün S Pen qələmindən istifadə edə bilərsiniz. Aşağıdakı bölmədə S Pen-in imkanlarının tam siyahısına baxa və onları tənzimləyə bilərsiniz: Tənzimləmələr Əlavə funksiyalar S Pen.

S Pen qələmi və Galaxy S25 smartfonu

Təəssüf ki, "Kontekst hərəkətləri" (Air Actions) funksiyası artıq əlçatan deyil. S Pen qələminin köməyi ilə daha smartfonu kilidən çıxarmaq və ya uzaqdan foto çəkmək mümkün olmayacaq. Həmçinin qələm artıq əsas ekranda və tətbiqlərdə (məsələn, Samsung Notes) uzaqdan edilən jestləri müəyyən edə bilmir.

Şərhiniz üçün təşəkkür edirik!