Niyə mənim Samsung soyuducum səs salır

Son yeniləmə tarixi : 31-01-2025

Soyuducu işlədiyi zaman müxtəlif səs-küy gələ bilər. Uğultular və ya vızıltılar soyuducunun içindəki kompressorun çıxardığı normal səslərdir. Kompressor maksimal dövriyyə ilə işlədiyi zaman siz daha güclü səslər eşidə bilərsiniz. Kameralardakı temperatur təyin edilmiş temperatur göstəricisinə çatdıqdan sonra, o, daha aşağı dövrlərdə işləməyə başlayacaq və səs-küy azalacaq.

Soyuducu işlədiyi zaman kompressorun taqqıldamadığı, soyuducunun qıcıltı və ya cingilti səsi vermədiyi səlis səs eşitdiyiniz, lakin səs sizə həddindən artıq çox gəldiyi zaman sizə aşağıdakı məqalədə qeyd olunan bir neçə hərəkəti yerinə yetirməyi tövsiyə edirik. 

Adam Samsung soyuducusuna baxır

Soyuducudan gələn səsi necə ölçməli

Soyuducudan gələn səsin həqiqətən də çox yüksək olduğundan əmin olmaq üçün, onu ölçə bilərsiniz. Lakin, dəqiq məlumatı yalnız səsi peşəkar avadanlıqla ölçməklə əldə etmək olar. Siz səsin ölçülməsi üçün qadcetlərdən və ya smartfondan istifadə etsəniz, sadəcə təxmini məlumat əldə edəcəksiniz.

SanPin (Sanitariya Qaydaları və Normaları) üzrə yol verilən səs səviyyəsi 46 dB (Desibel), təşkil edir. Bu da səs səviyyəsinə görə iki nəfərin adi söhbətinin səs səviyyəsinə bərabərdir.

İstifadəçi təlimatına əsasən, soyuducular üçün Samsung soyuducuları işləyərkən, orta səs səviyyəsi təxminən 35-39 dB təşkil edir.

Qeyd: 

Spesifikasiyalarda və təlimatda qeyd olunan səs səviyyəsi laboratoriya şəraitində peşəkar avadanlıqlarla ölçülür. Ev şəraitində, bir çox kənar amillərin təsirini nəzərə alsaq, səs daha yüksək olur.

Soyuducudan gələn səsi ölçərkən, aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: 

  1. İmkan daxilində, kənar səs mənbələri (radio, televizor, açıqpəncərələr və s.) istisna edilməlidir;
  2. Ölçmələr döşəmədən 1 m məsafədə və soyuducudan 1 m məsafədə həyata keçirilməlidir;
  3. Ölçmələr ən azı 60 saniyə ərzində həyata keçirilməlidir;
  4. Ölçmələr həyata keçirildiyi an soyuducu normal rejimdə işləməlidir («Power Freeze» və «Power Cool» rejimləri aktiv olmamalıdır);
  5. Ölçmələr kompressorun müəyyən edilmiş iş rejimində, o, işə salındıqdan 5-10 dəqiqə sonra həyata keçirilir.

Soyuducunun kompressoru niyə səs salır

Kompressor maksimal səviyyədə işləyirsə, soyuducunun səsi daha çox olur. Belə məhsuldarlığın aşağıdakı səbəbləri ola bilər:

  • Soyuducu yenidirsə, işə salındıqdan sonra bir müddət ərzində kompressor, sönmədən, yüksən dövrlərlə, daha uzun müddət işləyə bilər. Təxminən on gündən sonra soyuducunun işləmə səsi xeyli azalır.
  • Soyuducu düz yerdə quraşdırılmayıb. Məsələn, sağa və ya sola maillik var. Belə quraşdırma kompressorun yanlış işləməsinə səbəb olur.
  • Soyuducunun ətrafında boş sahənin olmaması. Cihazın yan, yuxarı və arxa tərəfində boş yerin olması zəruridir, əks halda, bu, kompressorun həddindən artıq yüklənməsinə və onun qızmasına gətirib çıxaracaq.
  • Elektrik şəbəkəsində aşağı/ qeyri-sabit gərginlik və soyuducunun, uzadıcılardan/keçiricilərdən istifadə etməklə qoşulması.
  • Elektrik enerjisinin tez-tez kəsilməsi. İşə salındıqdan sonra kompressor bütün gücü ilə işləyir ki, lazım olan temperaturu qısa müddət ərzində təmin edə bilsin. 
  • Soyuducu boş otaqda və ya mebelin az olduğu otaqda quraşdırılıb.
  • Soyuducu yaşayış otağında quraşdırılıb, buna görə onun səsi daha çox eşidilir.
  • Soyuducu suya qoşulmayıb (və ya qabda/çəndə su yoxdur), buz generatoru isə, söndürülüb.

 

Kompressorun maksimal dövrlərlə işlədiyi müddət aşağıdakı amillərdən asılı olur:

  • Soyuducunun yanında başqa texnika (məsələn, soba, kondisioner, plitə) quraşdırılbsa, bu, korpusun əlavə qızmasına və kompressora həddindən artıq yükün düşməsinə səbəb ola bilər.
  • Soyuducuya eyni zamanda böyük həcmdə məhsul yüklənmişdirsə, kompressor tam gücü ilə işləməyə başlayır ki, lazım olan temperatur qısa müddət ərzində əldə edilmiş olsun;
  • Qapı/qapılar uzun müddət açıq qalmışdırsa (bundan sonra kompressor tam gücü ilə işləməyə başlayır ki, lazım olan temperatur qısa müddət ərzində əldə edilmiş olsun);
  • Soyuducunun üzərinə birbaşa günəş şüaları düşür və onun korpusunu isidirsə, bu, kompressora həddindən artıq yükün düşməsinə səbəb olur;
  • Soyuducunun quraşdırıldığı otaqda temperatur yüksəlmişdirsə. Məsələn, qızdırıcıya görə;
  • Bölmələr üçün minimal temperatur təyin edilmişdirsə. Məsələn: +1°C (soyutma üçün) və -23°C (dondurucu üçün), yaxud «Power Freeze» və ya «Power Cool» funksiyası aktivləşdirilibsə;
  • Soyuducunun donu açıldıqdan sonra kompressor bütün gücü ilə işləyir ki, lazım olan temperaturu qısa müddət ərzində təmin edə bilsin.

Soyuducu səs salırsa, nə etməli

Soyuducudan gələn səsi azaltmağa çalışmaq üçün aşağıda qeyd olunan bir neçə hərəkəti yerinə yetirməyi tövsiyə edirik. 

1 Soyuducunun inşaat tərəzisi ilə quraşdırıldığından və yan, arxa və yuxarı aralıqlara riayət edildiyindən əmin olun

Soyuducunun necə quraşdırıldığını yoxlayın. O, inşaat tərəzisi ilə, sola və sağa maillik olmadan, quraşdırılmalıdır. Soyuducunun yanında, təlimatda qeyd edildiyi kimi, boş yer olmalıdır. Bu, kompressorun səs səviyyəsini azaltmağa kömək edəcək, lakin kompressorun fəaliyyət səsi tamamilə aradan qalxmayacaq.

Mövzu üzrə: 

2 Soyuducunun birbaşa elektrik yuvasına qoşulduğundan və elektrik şəbəkəsində gərginliyin sabit olduğunda əmin olun

Soyuducu elektrik şəbəkəsinə uzadıcının köməyi ilə qoşulubsa, onu birbaşa qoşmağı, habelə, elektrik şəbəkəsində gərginliyin sabitliyini yoxlamağı tövsiyə edirik. Bunun üçün elektrik dəvət edin.

3 Soyuducuda məhsulları bərabər şəkildə yerləşdirin.

Məhsulları elə yerləşdirin ki, onlar arasında kifayət qədər yer olsun. Məhsulları soyuducunun arxa divarına və bir-birinə sıx şəkildə söykəməyin, soyuducunun qapı ciblərini həddindən çox yükləməyin.

Adətən, soyuducuda cingiltinin mənbəyi kimi bir-birinə toxunan metal və ya şüşə qablar olur. 

Soyuducuda məhsulları bərabər şəkildə yerləşdirin.
4 Soyuducunun qapısının düzgün durduğundan əmin olun.

Soyuducunun qapıları səhv quraşdırıldığı zaman da soyuducudan metal cingilti səsi gələ bilər. Yaxınlarda qapının açılma istiqamətini dəyişmişsinizsə və səs ondan sonra əmələ gəlibsə, böyük ehtimalla, qapı səhv durur.

Soyuducunun qapısını düzgün asdığınızdan əmin olun. Bunun üçün aşağıdakı məqalədən istifadə etməyinizi tövsiyə edirik.

5 Soyuducunun donunu tam açın.

Soyuducunun pərində sonradan donmuş və buza çevrilmiş kondensat yığılmış ola bilər.

Onu təmizləmək üçün soyuducunun donunu tam açın.

  1. Soyuducunu şəbəkədən ayırın, ondan bütün ərzaqları çıxarın və bütün kameraların qapısını açın.

  2. Soyuducunu minimum 24 saat sönülü saxlayın. Əgər onu dava əvvəl yandırsanız, bütün buz əriyə bilər.

  3. Soyuducunun bütün kameralarını isti sabun məhlulu ilə yuyun.

  4. Soyuducunu bağlayın və onu qoşun. Soyuducu təyin olunan temperaturdan asılı olaraq 6-8 saatdan sonra işə hazır olacaq. Temperaturun yığılması dondurucu kameradan başlayacaq, sonra soyuducu kameranın sərinləməsi başlayacaq.

  5. Temperaturun yığılmasından sonra ərzaqları doldurun. Əgər ərzaqları soyuducunu qoşarkən dərhal doldursanız, kameraların sərinləmə vaxtı artacaq.
6 Deodorayzer filtrini yoxlayın.

Cingilti səsi soyuducu bölmənin içində deodorayzer filtrindən, o, pazlara kip otuzdurulmadığı halda, gələ bilər.

Filtrin üstünə barmağınızla yüngülcə basmağa çalışın və səsin itib-itmədiyini yoxlayın. 

Deodorayzer filtrini

Şərhiniz üçün təşəkkür edirik!