Samsung paltaryuyan maşınında yuyucu tozu, kondisioneri və ağardıcını hara əlavə etməli
Yuyucu toz, kondisioner, ağardıcı və digər vasitələri xüsusi konteynerə əlavə edirlər. Samsung paltaryuyan maşınlarında konteyner sol yuxarı hissədə yerləşir.
Paltaryuyan maşına yuyucu toz, kondisioner və ya digər vasitələri necə əlavə olunur
Konteyner üç bölməyə ayrılıb:
Bölmə |
Necə istifadə etməli |
---|---|
Önyuma |
Bu bölməyə ancaq "Önyuma" seçimi qoşulubsa yuyucu toz səpin. Əsas yuma üçün olan yuyucu tozdan istifadə etmək olar. Yuyucu tozun tövsiyə edilən miqdarı - bir xörək qaşığı.
Əgər "Önyuma" seçimi qoşulmayıbsa, bu bölməyə yuyucu toz əlavə etməyin.
Yuyucu tozu yuma işə düşənə qədər səpin. Bölməyə yuyucu tozdan başqa heç nə səpməyin və tökməyin. |
Əsas yuma |
Bu bölməyə əsas yuma üçün yuyucu vasitələr əlavə edin:
Yuma işə düşənə qədər yuyucu vasitələri əlavə edin.
Yuma üçün vasitələri konteynerə tabletka, kapsul, tor və şar formasında əlavə etməyin. Onların istifadə üsulunu yuyucu vasitənin qablaşmasında oxuyun.
Əgər siz maye vasitədən istifadə edirsinizsə, onu tökməzdən əvvəl bu bölməyə dəstin içərisində gələn, maye yuyucu vasitələr üçün xüsusi dozator qoyun.
Həmçinin siz maye yuyucu vasitəni bilavasitə paltaryuyan maşının barabanına da tökə bilərsiniz. |
Kondisioner |
Bu bölməyə ancaq kondisioner tökün. Əgər kondisioner qatıdırsa, onu su ilə durulaşdırın.
MAX sərhəd göstəricisini keçməyin ("A" hərfi ilə də işarələnə bilər).
Əgər kondisioneri yuma ərzində əlavə etməyə qərar vermisinizsə (maşın "Yaxalama" mərhələsində kondisionerdən istifadə edir):
|
Yuyucu vasitələr üçün konteyneri mütəmadi təmizləmək lazımdır.
Avtodozatorlu modellərdə yuyucu vasitələri hara əlavə etməli
Avtomatik dozatorlu modellərdə üç bölməli dozatordan istifadə edilir: ikisi vasitənin avtomatik paylanması üçün və biri əllə tökmək üçün. Əgər "Yuma üçün vasitənin avtoverilirişi" və "Kondisionerin avtoverilişi" funksiyaları qoşuludursa, paltaryuyan maşın hər yükləmədə yuma üçün zəruri miqdarda vasitə və kondisioner əlavə edir.
Aşağıdakı sxemdə göstərilib:
- Yuma üçün vasitələrin avtodozatoru. Ancaq maye yuyucu vasitələrdən istifadə edin.
- Kondisionerin avtodozatoru. Ancaq kondisionerdən istifadə edin.
- Yuma üçün vasitə. Zərurət olduqda yuma üçün vasitəni əlinizlə əlavə edin.
Əl dozatorundan istifadə edərkən avtodozatorun sönülü olduğundan əmin olun. "Avtodozator" funksiyasının göstəriciləri sönənə qədər "Yuma" düyməsini basın.
Yuma üçün toz vasitədən istifadə edərkən maksimal hədd qeydini keçməyin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.