Paltaryumadan sonra Samsung paltaryuyan maşınının barabanına su yığıldığı halda nə etmək lazımdır

Son yeniləmə tarixi : 17-02-2025

Nə baş verib

Paltaryumadan sonra Samsung paltaryuyan maşınının barabanına su yığılır.

Ən yaxın servis mərkəzini tapmaq

Səbəblər

Su paltaryuyan maşına iki yolla daxil ola bilər:

  1. Su boşaltma şlanqından (suyun verildiyi şlanqdan).

    Belə olan halda, adətən, barabandakı su təmiz olur. Əsas səbəb giriş (suyun girişində) klapanının nasazlığıdır: zavod qüsuru və ya yanlış istismar. Paltaryumadan sonra suyun verildiyi kran bağlanmadığı halda, klapanda, suyun daima ona təzyiq göstərməsi səbəbi ilə, nasazlıq baş verə bilər.


  2. Çirkab su şlanqı vasitəsilə kanalizasiyadan.

    Çirkab su şlanqı yanlış quraşdırıldıqda, ondan axan su paltaryuyan maşına daxil ola bilər. Belə olan halda, barabandakı su çirkli və ya sabunlu olur.

Nə etməli

  • Siz suyun verildiyi kranı həmişə bağlayır və çirkab su şlanqı kanalizasiya qoşulmayıbsa, su, kimsə (məsələn, uşaq) barabana özü su tökmədikcə, maşına daxil ola bilməz.

  • Siz suyun verildiyi kranı bağlamırsınızsa və çirkab su şlanqı kanalizasiyaya qoşulmayıbsa, suyun girişindəki giriş klapanı nasazdır. Texnikanı təmir etmək lazımdır..

  • Siz ümumiyyətlə suyun verildiyi kranı bağlamır və ya bunu həmişə etmir və çirkab su şlanqı kanalizasiyaya qoşulmayıbsa, aşağıdakı göstərişlərə riayət edin:

 

1 Suyun verildiyi kranı bağlayın.
2 Suyu tamamilə maşından boşaldın.
Bunun üçün, əvvəlcə, suyun təcili boşaldılmasını həyata keçirin, daha sonra, çirkab su filtrini maşından çıxarın.
Suyu maşından tamamilə boşaltdıqdan sonra, çirkab su filtrini geri quraşdırın, təcili boşaltma üçün şlanqın ağzını bağlayın, onu qarmağın üzərində təsbit edin və filtrin qapağını bağlayın.
3 Yoxlama məqsədilə maşını 2 sutkalıq bu vəziyyətdə saxlayın.
  • Bu müddət ərzində paltaryuyan maşını işə salmayın.
  • Paltaryuyan maşın çanağın altında sifona qoşuludursa, daha dəqiq diaqnostika üçün bu müddət ərzində krandan/qarışdırıcıdan (sifonun üstündə yerləşən) istifadə etməyi tövsiyə edirik. 1-2 sutkadan sonra paltaryuyan maşında suyun əmələ gəlib-gəmədiyini yoxlayın.
  • Eyni sifona həmçinin suyu boşalda bilən başqa bir texnika da (məsələn, qabyuyan maşın və ya quruducu) qoşulubsa, bu müddət ərzində onu işə salmağı tövsiyə edirik. İşləyib qurtardıqdan sonra, paltaryuyan maşında suyun əmələ gəlib-gəlmədiyini yoxlayın.
4 Maşında suyun olub-olmadığını yoxlayın.
Əvvəlcə suyun təcili boşaldılması üçün şlanqda suyun olub-olmadığını yoxlayın, daha sonra çirkab su filtrini çıxarın.
  • Çirkab su filtri çıxarıldıqdan sonra maşında su olarsa, səbəb çirkab su şlanqının yanlış qoşulmasıdır və su çənin içərisinə məhz oradan daxil olur.
  • Çirkab su filtri çıxarıldıqdan sonra maşında su yoxdursa, səbəb suboşaltma klapanındadır. Texnikanın fəaliyyətinin diaqnostikası və təmiri üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!