Samsung paltaryuyan maşınının lyukundan sızma baş verdiyi halda, nə etmək lazımdır
Son yeniləmə tarixi : 13-02-2025
Nə baş verir
Paltaryuyan maşının lyukunun qapısından su axır.
Səbəblər
- kipləşdiricinin zədələnməsi
- kipləşdiricinin çirklənməsi
- kipləşdirici ilə şüşə arasında paltarın sıxışıb qalması
Nə etməli
1
Paltaryuyan maşının əlavə Add Wash qapısı varsa, suyun Add Wash qapısından deyil, məhz əsas qapıdan axdığından əmin olun.
2
Kipləşdiricidə zədələnmələrin: kəsiklərin, qopmuş hissələrin olub-olmadığını yoxlayın. Aşağı mərkəzi hissəni xüsusi diqqətlə yoxlayın.
- Əgər zədə yoxdursa, növbəti bəndə keçin.
- Zədələr varsa, xahiş edirik, servis mərkəzinə müraciət edin.
3
Rezin kipləşdiricini təmizləyin. Tez-tez rezin kipləşdiricidə paltarın xovu yığılır və çirkab su dəliklərini tutur, suyun axıb getməsinə imkan vermir.
Kipləşdiricinin necə təmizlənməli olduğu ilə bağlı aşağıdakı məqalədə məlumat əldə edə bilərsiniz.
Kipləşdiricinin necə təmizlənməli olduğu ilə bağlı aşağıdakı məqalədə məlumat əldə edə bilərsiniz.
4
Tövsiyələri yerinə yetirdikdən sonra yoxlamaq üçün paltaryuyan maşını işə slaın. Yoxlama yuma zamanı paltaryuyan maşına paltar atmayın. Bununla siz paltarın kipləşdirici ilə şüşə arasında sıxışın qalması ehtimalını istisna etmişolacaqsınız (paltarın sıxışıb qalması sızmaya səbəb ola bilər).
- Sızma yoxdursa, paltaryuyan maşın saz vəziyyətdədir, ondan istifadə etməyə davam edə bilərsiniz.
- Sızma varsa, xahiş edirik, servis mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.