Samsung paltaryuyan maşınında paltar yuyulan zaman vaxt uzanırsa, nə etmək lazımdır
Son yeniləmə tarixi : 13-02-2025
Paltaryuyan maşının proqramında hər bir ssenari üçün müəyyən vaxt təyin olunub. Xarici amillərdən asılı olaraq, bu vaxt bir neçə dəqiqə arta və ya azala bilər.
Paltaryuma müddətinin uzanmasına səbəb olan əsas amillər:
- Suyun qızması. Evinizdə gərginlik səviyyəsi sabit deyilsə, su daha zəif qıza bilər. Eyni zamanda qışda su borularından axan su, yayla müqayisədə, daha soyuq olur. Buna görə paltarların yüksək temperaturda yuyulması üçün suyun qızdırılmasına daha çox vaxt tələb olunacaq.
- Suyun təzyiqi. Suyun təzyiqi zəifdirsə, paltaryuyan maşına çəni paltaryuma üçün lazım olan səviyyəyə qədər doldurmaq üçün daha çox vaxt lazım olacaq. Suyun təzyiqi güclü olduğu zaman çən daha tez dolacaq və paltaryuma vaxtı qısalacaq.
- Paltarların həcmi. Paltaryuyan maşına həddindən çox paltar yüklənmişdirsə, ona həmin paltarın, sıxmadan öncə, paylanması üçün daha çox vaxt lazım ola bilər. Paltar az olduğu zaman isə, paltaryuma müddəti qısala bilər.
Paltaryuma zamanı təxmini vaxt dəyişə bilər – bu, paltaryuyan maşının normal işləməsi hesab olunur.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.