Samsung paltaryuyan maşını suyu qızdırmır

Son yeniləmə tarixi : 13-02-2025

Nə baş verir

Maşın suyu qızdırmır, qapının şüşəsi soyuq qalır. Yuma tam həyata keçir, xəta yaranmır.

Maşını necə yoxlamaq lazımdır

1 ELektrik şəbəkəyə qoşulmanın düzgünlüyünü yoxlayın. Qoşulma yanlış olduqda, suyun qızdırılması üçün güc kifayət etməyə bilər. Uzadıcılar və üçlüklər gücü xüsusilə çox aşağı salır.
2 Paltaryuyan maşın «Pambıq» rejimində və 95ºС temperaturla işə salın.
3 25 - 30 dəqiqədən sonra şüşənin isibnib-isinmədiyini yoxlayın. Ehtiyatlı olun, şüşə çox isti ola bilər!
  • Şüşə ilıq və ya istidirsə, deməli paltaryuyan maşın saz vəziyyətdədir. Digər rejimlərdə suyun temperaturu daha aşağı olur, buna görə şüşədən suyun soyuq olduğunu düşünə bilərsiniz.
  • Şüşə soyuq olarsa, paltaryuyan maşını söndürməyin və xəta çıxana qədər gözləyin. Daha sonra «Samsung paltaryuyan maşınlarının xəta kodları» məqaləsindən istifadə edin.
  • Yuma zamanı şüşə isinmir, xəta da çıxmırsa, ola bilər ki, boruşəkilli elektrik qızdırıcı (TEN) sıradan çıxıb. Samsung xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!