Samsung tozsoranı işə düşmürsə, nə etməli
Tozsoran aşağıda sadalanan bir sıra səbəblərlə işə düşməyə bilər. Onların hər birini növbə ilə yoxlayın.
- Tozsoranın qızması. Tozsoran uzun müddət ərzində işlədiyi halda.
- Robot tozsoranlar və Stick modelləri (simsiz modellər) üçün akkumulyator enerji yığmadığı halda.
- Elektrik yuvasının və ya tozsoranın nasaz olması.
Qızma
Tozsoran uzun müddət ərzində işləyibsə, o, həddindən artıq qıza bilər. Tozsoranı elektrik yuvasından ayırın, 10-15 dəqiqə gözləyin və təkrar işə salın.
- Tozsoran işə düşsə, deməli qaydasındadır, onu istifadə etməyə davam edə bilərsiniz.
- Tozsoran işə düşmədiyi halda, aşağıdakı tövsiyəni yoxlayın.
Elektrik yuvasının nasaz olması.
Bu nə qədər bayağı səslənsə də, elektrik yuvası sınmış ola: kontaktı pis ola və ya gərginliyi zəif ola bilər. Elektrik yuvasını yoxlayın. Bunun üçün ona çaydan və ya fen qoşa bilərsiniz, yaxud tozsoranı başqa elektrik yuvasına qoşun.
- Tozsoran işə düşsə, deməli qaydasındadır, onu istifadə etməyə davam edə bilərsiniz.
- Tozsoran işə düşmədiyi halda, aşağıdakı tövsiyəni yoxlayın.
Batareyaların zəifləməsi
Bəzi tozsoranları onların şlanqın birləşdiyi qulpundakı düymə ilə işə salmaq olur. Sizdəki tozsoran bu cür tozsoranlardandırsa, onu korpusdakı düymədən işə salmağa çalışın.
- Tozsoran korpusdakı düymə ilə işə düşsə, qulpdakı batareyaları dəyişdirin və tozsorandan istifadə etməyə davam edin.
- Tozsoran korpusdakı düymə ilə işə düşməsə, aşağıdakı tövsiyəyə keçin.
Tozsoranın nasazlığı
Yuxarıdakı tövsiyələr kömək etmirsə, deməli, tozsoran sınıb. Ev şəraitində və xüsusi biliklər olmadan nasazlığı müəyyən etmək qeyri-mümkündür, ona görə servis mərkəzinin müdaxiləsi tələb olunur.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.