Samsung paltaryuyan maşınında yuduqdan sonra paltarda ləkə əmələ gəlirsə, nə etməli

Son yeniləmə tarixi : 14-06-2024

Əgər paltaryuyan maşında yuduqdan sonra əşyalarınızda əvvəl olmayan ləkə əmələ gəldisə, bu, maşının işi ilə əlaqəli olmayan müxtəlif səbəblərə görə baş verə bilər. Aşağıda ləkələrin növləri, onların mümkün yaranma səbəbləri və onlar daha yaranmasın deyə tövsiyələr verilib. 

Əşyaların rəngi solub Əşyaların rəngi solub

Əşyaların rəngi solub


Ləkələrin növü: ağ rənglə bir yerdə yuduğunuz əlvan əşyaların çalarında ağ/açıq rəngli paltarda rəngli ləkələr.

Səbəb: əgər siz müxtəlif rəngli paltarları bir yerdə yusanız, açıq rəngli əşyalarda parlaq parçalardan ləkələr qala bilər.

Nə etməli: eyni rəngli və ya yaxın çalarlı əşyaları bir yerdə yuyun və paltarın birkasında göstərilən temperatur üzrə tövsiyələrə əməl edin.

Borularda paslı su Borularda paslı su

Borularda paslı su


Ləkələrin növü: paslı, qəhvəyi, qırmızı, narıncı, sarı ləkələr.

Səbəb: əgər borularınız köhnədirsə və ya təzəlikcə ana xəttin təmir olunubsa, krandan paslı su gələ bilər. Belə suda yuduqdan sonra əşyalarda qırmızı ləkələr əmələ gələ bilər.

Nə etməli: paltaryuyan maşına qoşulmuş soyuq su borusuna filtr quraşdırın.

Yuyucu tozda rəng korrektoru Yuyucu tozda rəng korrektoru

Yuyucu tozda rəng korrektoru


Ləkələrin növü: ağ paltarda göy, bənövşəyi, mavi ləkələr və ya yasəmən rənginin çaları.

Səbəb: bəzi yuyucu tozlara rəngli, məsələn göy və ya bənövşəyi qranullar əlavə edirlər, - onlar ağ əşyalarda saralmaları ört-basdır etmək üçün lazımdır. Əgər həddindən artıq yuyucu toz qoysanız və ya səhv temperatur təyin etsəniz, qranulların bir hissəsi həll olunmaya və paltarda rəngli ləkələr buraxa bilər.

Nə etməli: rəngli qranul olmayan yuyucu tozdan istifadə edin.

Çoxlu yuyucu toz və ya maşın çox yüklənib Çoxlu yuyucu toz və ya maşın çox yüklənib

Çoxlu yuyucu toz və ya maşın çox yüklənib


Ləkələrin növü: xüsusən tünd paltarda nəzərə çarpan ağ ləkələr.

Səbəb:əgər paltaryuyan maşına həddindən artıq toz tökürsünüzsə, ya da lap çox paltar doldururdunuzsa, yuyucu toz əşyalardan yuyulmaya bilər.

Nə etməli: müəyyən miqdarda əşyaya istehsalçının tövsiyə etdiyi qədər yuyucu vasitədən istifadə edin və paltaryuyan maşını çox yükləməyin.

Yağ ləkələri əmələ gəlib Yağ ləkələri əmələ gəlib

Yağ ləkələri əmələ gəlib


Ləkələrin növü: ağ əşyalarda yağ ləkələri.

Səbəb: mətbəx və ya kosmetik yağlar paltara düşərək bəzən zəif ləkələr qoyurlar, amma isti suda yuyulduqdan sonra onlar daha aydın və seçilən olur.

Nə etməli: əsas yumadan öncə yağ ləkələri olan əşyaları islağa qoyun.

Kanalizasiyadan çirkli su Kanalizasiyadan çirkli su

Kanalizasiyadan çirkli su


Ləkələrin növü: yağ ləkələri.

Səbəb: əgər paltaryuyan maşın mətbəxdə quraşdırılıbsa və çanaqla ümumi sifona qoşulubsa, tıxanma zamanı mətbəx çanağından çirkli su paltaryuyan maşına düşə bilər.

Nə etməli: sifonu təmizləyin.

Şərhiniz üçün təşəkkür edirik!