Samsung paltaryuyan maşınında DE, DE1, DE2, DC, DC1, DC2, ED xətaları
Son yeniləmə tarixi : 15-04-2024
Nə baş verib
Paltaryuyan maşının displeyində “DE”, “DE1”, “DE2”, “DC”, “DC1”, “DC2” və ya “ED” xətası haqda mesaj yazılıb.
Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + bütün temperatur indikatorları yanır.
Xəta niyə yaranıb
Lyukun qapısı bağlı deyil:
- lyukun qapısı ilə kipləşdiricinin arasına və ya qıfılın içərisinə kənar əşyalar düşüb;
- bloklama kilidi və ya lyukun bağlanması mexanizmi nasazdır.
Əgər xəta işə salınmadan əvvəl görünübsə nə etmək olar:
1
Lyukun qapısının bağlı olmasından əmin olun.
- Əgər qapı açıqdırsa, onu şıqqıltı səsi gələnə qədər bağlayın.
- Əgər qapı bağlıdırsa, lakin xəta itmirsə, o zaman onu açın və aşağıdakılardan əmin olun:
- paltar qapının bağlanılmasına mane olmur;
- qıfılda və ya qarmaqda tük və sap yoxdur;
- qırılmış və ya əyilmiş detallar yoxdur.
2
Eyni yuma dövrəsini təkrar işə salın.
- Əgər xəta görünmürsə — maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
- Əgər xəta yenə görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Əgər xəta yuma zamanı göründüsə nə etmək lazımdır:
1
Suyun qəza boşaldılmasını yerinə yetirin.
2
Qəza boşaltmasını etdikdən sonra 20 dəqiqə gözləyin.
3
İstənilən yuma rejimini qoşun.
- Əgər xəta görünürsə — maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
- Əgər xəta yenə görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.