Samsung paltaryuyan maşınında DDC xətası

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “ddC” xətası haqda mesaj yazılıb.

Samsung paltaryuyan maşınında DDC xətası

Xəta niyə yaranıb

  • AddWash qapısı Start/Pause düyməsini basmadan açıq idi.
  • AddWash qapısının kilidində kənar əşyalar ilişib qalıb.
  • AddWash qapının kilidi qırılıb.

Nə etmək olar

AddWash qapısını daha bir dəfə də açıb bağlamağa cəhd edin:

1 Yuma dövrəsini dayandırmaq üçün paltaryuyan maşının idarəetmə panelində Start/Pause düyməsini sıxıb saxlayın.

Qeyd:

  • AddWash qapısı yalnız barabanın daxilində temperatur 50 °C-dən aşağı olduqda açıla bilər.
  • Bəzi modellərdə AddWash lyukunun açılması yalnız AddWash indikator AddWash indikatoru yanılı olan vəziyyətdə mümkündür
2 Onu blokdan açmaq üçün AddWash qapısının yuxarı hissəsini şıqqıltı səsi gələnə qədər sıxın. Qapını açın.
AddWash qapısını necə açmaq olar
3 Qapını bağlayın və onu blokdan açmaq üçün qapının yuxarı hissəsini şıqqıltı səsi gələnə qədər sıxın.
Sonra yumanı işə salmaq üçün Start/Pause düyməsini sıxın.
AddWash qapısını necə bağlamaq olar
  • Xəta görünmür — hər şey qaydasındadır, texnikadan istifadə etməyə davam edə bilərsiniz. AddWash vasitəsilə əşyaları əlavə etməzdən əvvəl yumanı dayandırmağı unutmayın və qapını kip bağlayın.
  • Xəta yenidən görünür — qapını bir dəfə də açın və kilidi yoxlayın.
    – Əgər onun üzərində kənar əşyalar varsa (saplar, liflər və s.) — kilidi təmizləyin, qapını bağlayın və yumanı yenidən işə salın.
    – Əgər onun üzərində mexaniki zədələr görünürsə (çatlar, qopuqlar və s.), texnikanın təmir edilməsi üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!