Samsung qabyuyan maşını qabları tam yumursa nə etmək lazımdır
Nə baş verir
Qabyuyan maşında yuyulduqdan sonra qablar çirkli qalıb.
Səbəb
- Qablar səhv yüklənib.
- Çiləyicilərin pərləri fırlanmır.
- Uyğun olmayan rejim təyin edilib.
- Yuyucu vasitə keyfiyyətsizdir.
Nə etməli
- Qablar onlar üçün uyğun olan bölmələrə yerləşdirilib.
- Süfrə ləvazimatları onlar üçün ayrılmış yerdə bərabər şəkildə yerləşdirilib.
- İri qablar digər qabların üstünü örtmür, dozatora keçidi bağlamır və pərlərin fırlanmasına maneçilik törətmir.
- Çiləyicilərin pərləri sərbəst şəkildə fırlanır.
- Yuyucu vasitənin olduğu dozatora keçid sərbəst qalır.
Bu bəndlərdən hər hansınasa riayət edilmirsə, su qabyuyan maşının kamerasında düzgün paylanmayacaq.
Qeyd: yuyucu vasitənin olduğu dozator qabyuyan maşının qapısının daxili hissəsində yerləşir.
Qabların qabyuyan maşına yüklənməsinin nümunəsi
• Kiçik ölçülü qablar şaquli vəziyyətdə yuxarı rəfdə yerləşdirilib
• İri qablar (qazanlar) aşağı bölmədə yerləşdirilib.
• Pərlərin fırlanması üçün kifayət qədər yer var
• Qapı bağlandıqda, dozatorun qabağını heç nə bağlamayacaq
Çiləyici pər ilişibsə və ya fırlanma zamanı ilişmə səsi eşidilirsə, qabyuyan maşının fəaliyyətinin diaqnostikası üçün rəsmi servis mərkəzinə müraciət etmək tövsiyə olunur.
Qabların sayı çoxdursa və ya qablar çox çirklidirsə, daha intensiv proqram təyin etməyi sınaqdan keçirin.
- Həb həll olunmayıbsa, qabyuyan maşını adi yuyucu vasitə ilə işə salmağa cəhd göstərin.
- Təyin edilmiş tənzimləmələri yoxlayın – Hər şey birində proqramı təyin edilmədiyi halda, həb həll olunmur.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.