Samsung paltaryuyan maşında kalibrləməni necə işə salmalı?
Son yeniləmə tarixi : 06-09-2024
"Pambıq" rejimindən istifadə edərkən Samsung paltaryuyan maşını paltarın çəkisini avtomatik müəyyən edir.
Paltarın çəkisini daha dəqiq müəyyən etmək üçün paltaryuyan maşını quraşdırdıqdan dərhal sonra kalibrləməni işə salmağı tövsiyə edirik.
Kalibrləmə rejimi Samsung-un bütün paltaryuyan maşınlarında yoxdur. Maşının istifadəçi bələdçisində "Kalibrləmə" funksiyasıının olub-olmamasını yoxlayın.
- İnvertor motorlu modellərdə "Kalibrləmə" zamanı baraban hər iki tərəfə fırlanır.
- Universal motorlu modellərdə "Kalibrləmə" zamanı baraban ancaq bir tərəfə fırlanır.
Aşağıda paltaryuyan maşınların bir neçə seriyası üçün kalibrləmənin işə salınması nümunələri verilib.
Paltaryuyan maşınların WF1602XQR və WF1702XQR modellərində kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın:
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını "Yan./Sönd." düyməsi ilə söndürün (elektrikdən ayırmaq lazım deyil).
- "Temp." və "Yumanı təxirə sal" düymələrini eyni anda basıb saxlayın, sonra isə (bu düymələri buraxmadan) "Yan./Sönd."düyməsini basın. Paltaryuyan maşın işə düşəcək və ekranda "CLB" və ya "_ _ _" bildirişi görünəcək.
- "Kalibrləmə" rejimini aktivləşdirmək üçün "Başla" düyməsini basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejiminin bitməsi ilə ekranda "END" ("EN") qeydi əks olunacaq, ondan sonra maşın avtomatik sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
Baykal, Baykal 2, Kristal (işarələmə: WF60F / WF600 / WF602 / WF700 / WF702) model paltaryuyan maşınlarda kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın:
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını "Yan./Sönd." düyməsi ilə söndürün (elektrikdən ayırmaq lazım deyil).
- "Temp." və "Yumanı təxirə sal" düymələrini eyni anda basıb saxlayın, sonra isə (bu düymələri buraxmadan) "Yan./Sönd." düyməsini basın.
- Paltaryuyan maşın işə düşəcək və ekranda "CLB" və ya "_ _ _" bildirişi görünəcək.
- "Kalibrləmə" rejimini aktivləşdirmək üçün "Başla" düyməsini basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejiminin bitməsi ilə ekranda "END" ("EN") qeydi əks olunacaq, ondan sonra maşın avtomatik sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
2014-cü il model (işarələmə WW**H2, 5, 7) paltaryuyan maşında kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın:
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını "Yan./Sönd." düyməsi ilə söndürün (elektrikdən ayırmaq lazım deyil).
- "Temp." və "Yumanı təxirə sal" düymələrini eyni anda basıb saxlayın, sonra isə (bu düymələri buraxmadan) "Yan./Sönd." düyməsini basın.
- Paltaryuyan maşın işə düşəcək və ekranda "CLB" və ya "_ _ _" bildirişi görünəcək.
- "Kalibrləmə" rejimini aktivləşdirmək üçün "Başla" düyməsini basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejiminin bitməsi ilə ekranda "END" ("EN") qeydi əks olunacaq, ondan sonra maşın avtomatik sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
2014-cü il model (işarələmə WW10H9600EW) paltaryuyan maşında kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın.
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını "Yan./Sönd." düyməsi ilə söndürün (elektrikdən ayırmaq lazım deyil).
- Sensor ekranda "Tənzimləmə" > "Kalibrləmə" > "Başla" (qapı bloklanacaq və baraban bir neçə dəqiqə saat əqrəbi üzrə və saat əqrəbinin əksinə fırlanacaq) seçin.
- "Kalibrləmə" rejiminin bitməsindən sonra maşın öz-özünə sönəcək (bütün göstəricilər sönəcək).
- Paltaryuyan maşın istifadəyə hazırdır.
2015-ci il model (işarələmə: WW**J3 (4,5,6) paltaryuyan maşında kalibrləmə rejimini neçə işə salacağınızı öyrənmək üçün bura basın):
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını "Yan./Sönd." düyməsi ilə söndürün (elektrikdən ayırmaq lazım deyil).
- "Temperatur" və "Təxirə salma" düymələrini ekranda "Cb" göstəricisi çıxana qədər eyni anda basıb saxlayın (5 saniyəyə yaxın).
- "Kalibrləmə" rejimini aktivləşdirmək üçün "Başla" düyməsini basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejimi başa çatdıqda sonra ekranda "0" qeydi əks olunacaq və maşın öz-özünə sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
2015-ci il model paltaryuyan maşında (işarələmə: WW**J7) kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın:
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını "Yan./Sönd." düyməsi ilə söndürün (elektrikdən ayırmaq lazım deyil).
- "Temperatur" və "Təxirə salma" düymələrini ekranda "Cb" göstəricisi çıxana qədər eyni anda basıb saxlayın (5 saniyəyə yaxın).
- "Kalibrləmə" rejimini aktivləşdirmək üçün "Başla" düyməsini basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejimi başa çatdıqdan sonra ekranda "End" ("En") qeydi əks olunacaq və maşın öz-özünə sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
2016-cı il model paltaryuyan maşında (işarələmə: WW90K6 / WW80K6) kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın:
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını "Yan./Sönd." düyməsi ilə söndürün (elektrikdən ayırmaq lazım deyil).
- "Temperatur" və "Təxirə salma/Təxirə salma+" düymələrini ekranda "Cb" göstəricisi çıxana qədər eyni anda basıb saxlayın (5 saniyəyə yaxın).
- "Kalibrləmə" rejimini aktivləşdirmək üçün "Başla" düyməsini basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejimi başa çatdıqda sonra ekranda "0" qeydi əks olunacaq və maşın öz-özünə sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
2016-cı il model paltaryuyan maşında (işarələmə WW12K8) kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın:
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını elektrik yuvasına qoşun və "Enerji" düyməsini basın.
- Ekranda tənzimləmələr görünənə qədər 3 saniyə müddətində "Smart Control" düyməsini basıb saxlayın. "Yuxarı/Aşağı" düymələri ilə "Kalibrləmə" bəndini seçin və "OK" basın.
- "Kalibrləmə" rejimini aktivləşdirmək üçün "Başla" düyməsini basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejimi başa çatdıqda sonra maşın öz-özünə sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
WW**T işarələməli model paltaryuyan maşında kalibrləmə rejimini necə işə salacağınızı öyrənmək üçün bura basın:
- Paltaryuyan maşının barabanında heç bir predmetin olmadığından əmin olun.
- Paltaryuyan maşını elektrik yuvasına qoşun və "Enerji" düyməsini basın.
- Ekranda tənzimləmələr görünənə qədər 3 saniyə müddətində "Smart Control" düyməsini basıb saxlayın. Seçim düyməsini çevirin, "Kalibrləmə" seçin və "OK" basın.
- Baraban təxminən 3 dəqiqə müddətinə saat əqrəbi istiqamətində və saat əqrəbinin əksinə fırlanacaq.
- "Kalibrləmə" rejimi başa çatdıqda sonra maşın öz-özünə sönəcək. Paltaryuyan maşın istifadəyə hazırdır.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.