Samsung paltaryuyan maşınında qəza rejimində suyu necə boşaltmaq və drenaj filtrini necə təmizləmək olar

Son yeniləmə tarixi : 26-06-2024

Filtr nə üçün lazımdır və onu nə vaxt təmizləmək lazımdır


Drenaj filtri paltaryuyan maşının nasosunu xırda əşyaların: cib dəsmallarının, qəpiklərin, saçların, iplərin və s. oraya düşməsindən qoruyur.

Filtr tıxandıqda, paltar yuduğunuz zaman displeydə «5Е», «5C» və ya «E2» xətası çıxacaq. Bu zaman suyu paltaryuyan maşından adi qaydada boşaltmaq mümkün olmayacaq, buna görə onu qəza rejimində boşaltmaq lazım olacaq.

Profilaktika üçün filtri hər iki- üç aydan bir təmizləyin.

Qəza rejimində suyu necə boşaltmaq olar

Filtri təmizləməzdən öncə, suyun qalığını maşından boşaldın. Bunun üçün:

1 Paltaryuyan maşını elektrik yuvadan çıxarın.
2 Filtrin qapağını açın. Bu qapaq aşağıda sağ tərəfdə yerləşir.
Filtrin qapağını açın. Bu qapaq aşağıda sağ tərəfdə yerləşir
3 Qəza drenajı borucuğunu dartıb çıxarın.
Qəza drenajı borucuğunu dartıb çıxarın.
4 Suyu boşaltmaq üçün qalınlığı az olan geniş bir qab hazırlayın. Qəza drenajı borucuğunun ağzını açın.
Qəza drenajı borucuğunun ağzını açın

Qeyd:

  • Borucuğun ağzı çətin açıla bilər. Onu sağa-sola fırlayın və özünüzə doğru çəkin.
  • Suyu «5Е», «5С» və ya «E2» xətasına görə boşaldırsınızsa, bir neçə qab hazırlayın, maşında gözlədiyinizdən daha çox su ola bilər.
5 Borucuğu qaba doğru yönəldin və bütün su boşalana qədər gözləyin.
Borucuğu qaba doğru yönəldin və bütün su boşalana qədər gözləyin
6 Borucuğun ağzını bağlayın və geri yerinə qaytarın.
Borucuğun ağzını bağlayın və geri yerinə qaytarın
7 Barabanda paltar varsa, qapını açın və paltarı çıxarın.

Drenaj filtrini necə təmizləmək olar

1 Su boşaldıldıqdan sonra, zibil filtrini fırlayıb açın. Onu saat əqrəbinin əksi istiqamətdə fırlamaq lazımdır. Suyun qalan hissəsi axıb çıxa bilər. Buna görə alt tərəfə parça sərin.
Zibil üçün filtri fırlayıb çıxarın
2 Filtri kənar əşyalardan və liflərdən təmizləyin. Sonra onu su axını altında köhnə diş fırçası ilə yuyun.
Filtri kənar əşyalardan təmizləyin.
3 Fənərlə filtri çıxardığınız dəliyə işıq salın. Drenaj nasosunun pərini tapın (fotoda narıncı rənglə göstərilib) və onun üstündəki zibili çıxarın. Bu, adətən, ya tük, ya da ip olur. Bunun üçün maqqaşdan və ya balaca qayçıdan istifadə etmək daha rahat olur. Drenaj nasosunun düzgün işləməsi üçün pəri hər tərəfə 1-2 dəfə fırlayın.
Drenaj nasosunun pəri
4 Drenaj filtrini, saat əqrəbi istiqamətində fırlayaraq, yerinə möhkəm bağlayın.
Drenaj filtrini yerinə möhkəm bağlayın
5 Filtrin qapağını bağlayın.
Filtrin qapağını bağlayın

Şərhiniz üçün təşəkkür edirik!