
Əsas məqamları qaçırmayın
Sadə. Təsirli
Tünd göy rəngdə Galaxy S25 plus görüntüyə daxil olur və arxadan görünür. Sonra isə, ölçüsü daha kiçik olan buz mavisi rəngində Galaxy S25 ön görüntüdə onun yanında peyda olur.
Galaxy S25 və S25+ ilə tanış olun. Qərqedici ekran, mürəkkəb kamera və daha rahat tutma üçün daha da nazik dəbdəbəli, premium dizaynda güclu alüminium çərçivəyə salınmış cihaz.,
Galaxy AI
Now Bar sağdan sola peyda olur və Now Brief bildirişi daxil olur. Sonra Now Bar fokusa gətirilən Galaxy S25 plus cihazının əsas ekranın aşağı hissəsinə keçir. Now Bar-dan daxil olan üç digər bildiriş birinci bildiriş, taymer, musiqi və məşqin üzərində toplanmış kimi görünür.
Hər bir ehtiyacınıza sizi bir addım qabaqlayan AI yoldaşı ilə mobil AI-ın növbəti erasına zəng edin. Sadəcə təbii söhbətə gündəlik tapşırıqlara asanlıqla yerinə yeitrməsinə imkan verin.
Basın, danışın, bu qədər
Galaxy S25 plus-un yan düyməsi görünür. Videoda qeyd olunan yerləri sıralamaq və Note kimi saxlamaq üçün təbii dildən istifadə edərək Google Gemini-dən soruşmaq məqsədilə yan düyməyə basıb saxlayın. Onlayn axtarış etmək və sonra Note yaratmaq və saxlamaq üçün müxtəlif proqramlardan keçəcək.
Müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac olmadan, tapşırıqlarınızı fasiləsiz şəkildə tamamlayın. Sadəcə kömək əldə etmək məqsədilə Google Gemini-nə keçid əldə etmək üçün yan düyməni basıb saxlayın.
Canlı açın, cavablarınızı əldə edin
Google Gemini Live aktivdir və Talk Live seçilib. Sonra Gemini Live-a qoşma şəklində təsvir göndərilir. Gemini Live təsviri təhlil edir və siz təbii səslənən dildən istifadə edərək məzmun barədə onunla danışa bilərsiniz.
İdeyaları beyin həmləsindən keçirmək və ya şəkillər əlavə etməklə təqdimatlara hazırlaşmaq və söhbət tərzinizə uyğnlaşan real vaxt rejimində cavablar əldə etmək üçün Gemini Live ilə sərbəst axıcı danışıq aparın.
Gününüz üçün fərdiləşdirilmiş təlimatlar
Now Brief gün ərzində fərdi qısa bildirişlər göndərir. Səhər üçün qısa bildirişlərə hava proqnozu və Energy Score yeniləmələri, Günorta qısa bildirişlərinə avtomobil idarəetmə tövsiyələri və müddəti bitən kuponların yenilənməsi haqqında məlumatlar, Axşam qısa bildirişlərinə isə, qalereyanızdan seçilən şəkillərlə günü fotosunun göstərilməsi və gündəlik fəaliyyətin əsas məqamları daxildir.
Tam yeni Now Brief funskiyasından gün ərzindən fərdiləşdirilmiş təlimatlar əldə edin. Ən son Energy Score göstəricinizin və məşğul cədvəlin xatırlatmalarını yoxlanılması kimi səhərinizi növbəti günün planlaması ilə başlayın. Sonra isə axşam çağı gündəlik fəaliyyət təhlili ilə günün hadisələri üzərindən təkrar keçin.
Dairəyə alın, tapın. Eşidin, tapın
Google ilə Dairəyə alaraq axtarın funksiyası ekranınızda istənilən şeyin axtarışını həyata keçirməyə və AI İcmallarla məlumatları daha tez əldə etməyə imkan verir. Sadəcə obyekti, o cümlədən, şəkilləri, videoları və ya mətni barmağınızla dairəyə alın və nəticələr dərhal sizə təqdim olunacaq. Siz hətta, tətbiqlərə keçmədən, müvafiq anda eşitdiyiniz mahnını belə axtara bilərsiniz.

Barmağınızın ucunda səs studiyası
Subyektlərin videosu ortadan səs dalğaları keçərək nümayiş olunur. Audio Eraser ilə seçilmiş arzu olunmayan səs 0-da ən minus 100 qədər azaldıla bilər. Minus 100-də, Səssiz seçilir.
"Reels" -lərin hazırlanması daha asandır
Auto Trim funksiyasından istifadə edərək bir neçə müxtəlif videoların əsas məqamlarının redaktə edildiyi görünür.
Şəxsi məlumatlar şəxsi qalır
Şəxsi Məlumatlar Mühərriki sizin əsas məlumatları birləşdirir və emal edir və xüsusi təklifləri təmin edir. O, bu məlumatları şifrələyir və onu Knox Vault-da yaddaşa verməklə onlara başqalarının çıxışının qarşısını alır.
Ən müasir AI ProVisual Engine
Galaxy S25 plus cihazının obyektivləri görüntüyə gəlir və bütöv cihaz öz arxa görünüşünü göstərmək üçün fırlanır. Digər cihaz ön kameranı göstərmək üçün əsas ekranın arxasından görünür.
Bizim yeni nəslə aid Provisual Engine mühərriki güclü prosessorla dəstəklənir. İnanmağınız üçün görməyiniz lazım olan çəkmək, izləmək və montaj etmək məqsədilə qabaqcıl yaradıcı sistemimizi təcrübədən keçirin.
- 12 MP Selfi kamerası
- 12 MP Ultra geniş
- 50 MP Geniş bucaq 2x optik keyfiyyətli zoom
- 10 MP Telefoto 3x optik zoom
Rəqabətsiz Gecə çəkilişi videosu. Daha az səs, daha çox aydınlıq
Axşam çağı iki adam basketbol oynayır. Galaxy S25 plus kamerası sayəsində kadr şəffafdır.
İndi siz daha da möhtəşəm videoqrafiya təcrübəsi üçün təkmilləşdirilmiş 10-bit HDR ilə çəkiliş edə bilərsiniz. Bizim qabaqcıl AP prosessorumuz küyün daha dəqiq aradan qaldırılmasını təmin etdiyinə görə siz artıq küylü gecə kadrları haqqında narahat olmayacaqsınız.,
Filterlər sadəcə sizin üçün

Galaxy üçün xüsusi hazırlanmış ən güclü prosessor
Xüsusi olaraq Galaxy üçün hazırlanmış AP, taxta-yonqar plitəsi üzərində üzür, daha sonra isə, üst tərəf qoyulur. AP-dən müxtəlif işıq şüaları çıxır, daha sonra isə, Galaxy S25 plus cihazına çevrilir. Fırlanmazdan öncə, əsas ekrandakı Wuthering Waves oyununun nümayiş etdirilməsi üçün cihaz yam profildən üfüqü vəziyyətdə göstərilir. Galaxy üçün Snapdragon 8 Elite əsasında.
Xüsusilə Galaxy üçün hazırlanmış ən güclü prosessorumuzu sizə təqdim edirik. Təkmilləşdirilmiş real vaxt rejimində şüa izləmə (Ray Tracing) və Vulkan optimallaşdırması ilə, siz, Galaxy üçün Snapdragon® 8 Elite Mobil Platfroma sayəsində, ultra səlis oyun prosesindən zövq alaraq, tamamilə hadisələrin içinə dala biləcəksiniz.,,,
-
CPU
45 % daha sürətli emal
-
GPU
48 % təkmilləşdirilmiş qrafika performansı
-
NPU
68 % daha sürətli AI performansı

Dəqiq miqyaslama. Fərqi hiss edin
Galaxy cihazını displeyində əvvəl və sonra müqayisəsi ProScaler effektləri təsvir edir. Prosscale daha təffərrüatlı qrafikanı təqdim edir.
Displey təsvirinin keyifyyəti daxilə inteqrasiya edilmiş ProScaler ilə daha da möhtəşəmdir. Displey parametrlərini tənzimləmək məcburiyyəti olmadan AI alqoritminin emalı yüksək həssasiyyətdə izləmə təcrübəsini təmin etmək üçün istifadə olunur.,
Tayı bərabəri olmayan batareya ömrü
Galaxy S25 plus cihazının uzun sürən batareyası sayəsində 29 saat 30 dəqiqə ərzində şəhər landşaftının vaxt müddəti gündən gecəyə keçir.
Xüsusi hazırlanmış AP prosessorumuza inteqrasiya olunmuş pioner mDNIe texnologiyamız və proqram təminatının optimizasiyası sayəsində Galaxy S25 və S25+ batareyasının istifadə batareyanın istifadə vaxtı artır ki, siz saatlarla videoları izləyərək zövq ala biləsiniz.,
-
Galaxy S25+ ilə
30 saata qədər videolar izləyin
-
Galaxy S25 ilə
29 saata qədər videolar izləyin
Galaxy-yə keçin
Daha ətraflıGalaxy ilə birlikdə daha yaxşıdır
Ağllı və bağlantılı həyat üçün Galaxy S25 və S25+ Galaxy-də digər Samsung cihazları ilə sinxronlaşdırın.
-
Galaxy S25 Ultra
Daha ətraflı -
Galaxy Tab S10 Ultra
Daha ətraflı -
Galaxy Watch7
Daha ətraflı -
Galaxy Buds3 Pro
Daha ətraflı
Gələcəyə yönəlmiş yanaşmamız
Nə tökərsən aşına, o da çıxar qarşına. Biz bütün məhsulların ömür dövründə məhsul enerji səmərəliliyinə fokuslanırıq. Hər bir xırda detal kömək edir və biz daha çox işlər görməyə maraqlıyıq.
Telefonunuzu telefon qabında saxlayın, onu özünüzkü edin
Nə olursan olsun, tərzinizə uyğunlaşmaq üçün nəzərdə tutulub. Böyük şəxsiyyət ilə funksional aksesuarları əldə edin.

Tez-tez verilən suallar

- Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. İnternetə qoşulma və Google Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. Uyğun tətbiqlərlə işləyir. Abunəlikdən asılı olaraq, xüsusiyyətlər dəyişə, nəticələr isə, fərqli ola bilər. Müəyyən funksiyalar və ya tətbiqlərin tənzimlənməsi tələb oluna bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- Nəticələr çəkiliş şəraitindən, o cümlədən çoxsaylı subyektlər, fokusdan kənarlılıq və ya hərəkət edən obyektlərdən asılı olaraq dəyişə bilər.
- Əvvəlki modellərlə müqayisədə.
- LTE üzərindən standart parametrlər üzrə Bluetooth vasitəsilə qulaqlığa qoşulan verilmiş modelin buraxılışdan əvvəlki versiyası ilə Samsung daxili laboratoriya sınaq şərtlərinə əsaslanır. Videonun oxudulması (video faylın ayırdetmə qabiliyyəti 720p cihazda saxlanmışdır) zamanı batareyanın tutumu və batareyanın enerji istehlakı üzərində ölçülmüş cərəyanla müvafiq olaraq hesablanmışdı. Faktiki video oxutma müddətləri şəbəkə bağlantısı, parametrlər, fayl formatı, ekran parlaqlığı, batareya vəziyyəti və bir çox digər amillərə görə dəyişə bilər.
- Armor Aluminum-a səs səviyyəsi və yan düymələr və ya SIM kart yeri daxil deyil.
- Diaqonal şəkildə tam düzbucaq altında ölçülüb. Faktiki görünən sahə dairəvi yuvarlanmış künclər və/və ya kamera dəliyi sayəsində daha kiçikdir. Diaqonal şəkildə ölçüldükdə Galaxy S25 modelinin ekran ölçüsü tam düzbucaq olaraq 6.2", yumru küncləri hesaba alınmaqla isə 6.0", Galaxy S25+ modelinin ekran ölçüsü tam düzbucaq olaraq 6.7", yumru küncləri hesaba alınmaqla isə 6.5" və Galaxy S25 Ultra modelinin ekran ölçüsü tam düzbucaq olaraq 6.9", yumru küncləri hesaba alınmaqla isə 6.8" təşkil edir.
- Tipik dəyər üçüncü tərəfin laboratoriya şəraitində sınaqdan keçirilmişdir. Tipik dəyər IEC 61960 standartı üzrə sınaqdan keçirilmiş batareya nümunələri arasında batareya tutumunda sapma nəzərə alınmaqla təxmin edilən orta dəyərdir. Nominal tutum Galaxy S25 üçün 3885 mA/s, Galaxy S25+ üçün 4755 mA/s və Galaxy S25 Ultra üçün 4855 mA/s təşkil edir.
- Rəng mövcudluğu ölkə və ya operatordan asılı olaraq fərqlənə bilər.
- Corning® Gorilla® Glass Victus® 2 cihazın ön və arxa hissəsinə tətbiq olunur.
- Dərinliyi 1.5 metrə qədər olan suya 30 dəqiqəyə qədər batırılması laboratoriya testinə əsaslanır. Tozun daxil olması istisna edilib. Cihazın su ilə təmasdan tam müdafiə olunması (tozkeçirməz olması), su- və tozkeçirməz olması həmişəlik deyil və, zamanla, təbii köhnəlmə səbəbi ilə, bu xüsusiyyətlər zəifləyə bilər.
- Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. Gemini Live funksiyası üçün İnternetə qoşulma və Google Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. Abunəlikdən asılı olaraq, xüsusiyyətlər dəyişə, nəticələr isə, fərqli ola bilər. Müəyyən funksiyalar və müəyyən hesablar üçün uyğundur. Yalnız 18 yaşına çatmış və ya daha böyük şəxslər üçün. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- Now Brief funksiyasından istifadə etmək üçün Samsung Hesabına daxil olmaq tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə, tətbiqlərə görə dəyişə bilər. Bəzi funksiyalar şəbəkəyə qoşulma tələb edə bilər. Kontekstə əsasən Qaydaların təklif edilməsi məqsədilə Personal Data Engine-dan istifadə etmək üçün Rejimlər və Müəyyən edilmiş qaydalar aktivləşdirilməlidir. İstifadəçilərdən fotoşəkillərə, audio fayllara və təqvim tədbirlərinə keçidə icazənin və digər icazələrin verilməsi tələb oluna bilər. Nümayiş siyasətindən asılı olaraq, məqamları göstərməyə bilər. Məqamlar funksiyasının fotoşəkillər üçün verdiyi təsvir istifadəçinin niyyəti ilə üst-üstə düşməyə bilər. Tədbir qrafiki bildirişləri Android təqvimləri verilənlər bazasından istifadə edən təqvim tətbiqləri tərəfindən dəstəklənir və Samsung Calendar quraşdırılmış olduğu halda istifadə oluna bilər. Kuponlarla bağlı bildirişlər yalnız Samsung Pulqabına əlavə edilmiş etibarlılıq müddəti bitmiş kuponlarla əlaqədar göndərilir. Enerji göstəricilərinin yoxlanması üçün, Samsung Galaxy Watch-dan sağlamlıqla bağlı əldə olunan verilənlər Samsung Health tətbiqi ilə sinxronlaşdırılmalıdır. Əldə olunan nəticə yalnız şəxsi olaraq vəziyyətlə tanış olmağınız üçün nəzərdə tutulub və tibbi məqsədlərlə istifadə oluna bilməz.
- Dairəyə alaraq axtarın Google MMC-nin ticarət nişanıdır. Qısaldılmış və simulyasiya edilmiş ardıcıllıqlar. Yalnız illustrativ məqsədlər üçün nəticələr Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. İnternetə qoşulma tələb olunur. İstifadəçilər Android və Google tətbiqini ən son versiyaya uyğun olaraq yeniləməli ola bilər. Vizual oxşarlıqlardan asılı olaraq nəticələr fərqlənə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Uyğun tətbiqlər və səthlərlə, habelə, yalnız ambient musiqi ilə işləyir. Qulaqlıqlardan gələn musiqini və ya telefonun səsi batırıldığı halda musiqini müəyyən etmir.
- Hər bir videoda, videodakı səsdən asılı olaraq, nəticələr fərqli ola bilər. Samsung Hesabına giriş tələb olunur. Müəyyən səs növləri, məsələn, səslər, musiqi, külək, təbiət, kütlə və səs-küy müəyyən edilə bilər. Faktiki olaraq, səs, audio mənbədən və videonun vəziyyətindən asılı olaraq, fərqli şəkildə müəyyən edilə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- Photo Assist üçün Auto Trim-dən istifadə edərək montaj olunmalı klipin maksimal uzunluğu 90 dəqiqədir. Photo Assist üçün Auto Trim-dən istifadə edərək montaj olunmalı birgə klipkərin maksimal uzunluğu 180 dəqiqədir. Bir video layihə başına montaj olunacaq kliplərin maksimu sayı 60 klipdir. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- Enerji göstəriciləri (Energy score) Androidlə (Android 11 və ya daha yeni versiya) işləyən telefonlarda mövcuddur və bu funksiyadan istifadə etmək üçün Samsung Health tətbiqi (v6.27 və ya daha yeni versiyada) tələb olunur. Samsung Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, bölgəyə və ya dilə görə dəyişə bilər. Enerji göstəricisinin yoxlanması üçün Samsung Galaxy Watch-dan (Galaxy Watch 4 series və OS 5.0 və ya daha yeni versiya ilə işləyən daha yeni modellər) izlənilən sağlamlıq haqqında verilənlər Samsung Health tətbiqi ilə sinxronizə edilməlidir. Ən azı əvvəlki günə aid fəaliyyət və yuxu barədə verilənlər, habelə, yuxu saatlarında nəbzlə bağlı verilənlər tələb olunur. *Hər hansısa bir tibbi xəstəliyin aşkarlanması, diaqnostikası, müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız şəxsi məlumatlılıq məqsədləri ilə istifadə oluna bilər. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.
- Galaxy Watch cihazları ayrı satılır.
- Knox Matrix One UI 7.0 və ya sonrakı versiya ilə işləyən Galaxy smartfon və tabletlərində dəstəklənir. Mövcudluq ölkə və ya regiondan asılı olaraq dəyişə bilər.
- Optik Keyfiyyətli Zoom Adaptive Pixel sensoru tərəfindən aktivləşdirilir. 3x məsafə optik böyütmədir. 2x məsafə optik keyfiyyətdə böyütmədir.
- Galaxy S24 və S24+ ilə müqayisə edildikdə.
- AP prosessorunun performans təkmilləşdirmələri Galaxy S25+ tətbiq və Galaxy S24+ ilə müqayisədə müqayisə olunur. Faktiki performans istifadəçi mühitindən, şərtlərdən və əvvəlcədən quraşdırılmış proqram təminatı və tətbiqlərdən asılı olacaq.
- Wuthering Waves Kuro Games şirkətinin ticarət nişanı və\və ya qeydiyyatdan keçmiş ticarət nişanıdır. Hal-hazırda Galaxy Store-da endiriilə bilər. İncəsənət işinin müəllif hüquqları qorunur və Kura Games şirkəti eksklüziv hüquqlara sahibdir. Xidmət əlçatanlığı ölkə, dil və cihazın modelinə görə fərqlənə bilər.
- Snapdragon markalı məhsullar Qualcomm Technologies, Inc. şirkətinin və/və ya onun törəmə şirkətlərinin məhsullarıdır.
- ProScaler funksiyası Galaxy S25+ və Ultra modellərində dəstəklənir. Şəkillərin keyfiyyəti, cihazın ekran icazəsi tənzimləmələrindən asılı olaraq, "QHD+"-a qədər artırıla bilər.
- Yaddaş yeri üzrə seçimlər və mövcudluq operator, ölkə və ya regiondan asılı olaraq dəyişə bilər. Faktiki yaddaş mövcudluğu əvvəlcədən quraşdırlımış proqram təminatından asılı olaraq fərqlənə bilər.
- Bəzi funksional vidjetlər üçün şəbəkə bağlantısı və/və ya Samsung Account hesabına giriş tələb edilə bilər. Tətbiqlərdə dəstəklənən funksiyaların mövcudluğu ölkədən asılı olaraq fərqlənə bilər.
- Android™ cihazlarından simli köçürmələr qəbul edən cihazdan Android™ 4.3 və ya daha yeni versiyaya malik olmasını tələb edir və göndərən cihaz Android™ 4.3 və ya daha yeni versiyaya sahib olmalıdır. Köçürmələr simsiz əlaqə vasitəsilə kabelsiz tamamlana bilər. Simsiz bağlantılar üçün qəbul edən cihazda Android™ 4.0 və ya daha yeni versiya, göndərən cihazda isə Android™ 4.0 və ya daha yeni versiya olmalıdır. Qəbul edən Galaxy cihazında "Parametrlər" bölməsində Smart Switch Mobile tətbiqini açın və ya Galaxy Store-dan Smart Switch Mobile tətbiqini endirin. Köçürmə üçün mövcud olan məlumat, məzmun və tətbiqlər ötürmə üsuluna görə fərqlənə bilər.
- iOS-dan simli köçürmələr qəbul edən cihazdan Android™ 4.3 və ya daha yeni versiya, göndərən cihazdan isə iOS 5 və ya daha yeni versiyaya malik olmasını tələb edir. Köçürmələr simsiz əlaqə və ya iCloud vasitəsilə kabelsiz tamamlana bilər. Simsiz bağlantılar üçün qəbul edən cihazda Android™ 4.0 və ya daha yeni versiya, göndərən cihazda isə iOS 12 və ya daha yeni versiya olmalıdır. iCloud köçürmələri qəbul edən cihazdan Android™ 4.0 və ya daha yeni versiya, göndərən cihazda isə iOS 5 və ya daha yeni versiyaya malik olmasını tələb edir. Qəbul edən Galaxy cihazında "Parametrlər" bölməsində Smart Switch Mobile tətbiqini açın və ya Galaxy Store-dan Smart Switch Mobile tətbiqini endirin. Simsiz ötürmələr üçün iPhone və ya iPad-də App Store-dan iOS üçün Smart Switch tətbiqini endirin. Köçürmə üçün mövcud olan məlumat, məzmun və tətbiqlər ötürmə üsuluna görə fərqlənə bilər. Kontaktlar, qalereya, videolar, təqvimlər və xatırlatmalar iOS cihazından simsiz ötürülə bilər.
- Müxtəlif verilənləri bir anda köçürərkən naqilli bağlantıdan istifadə etmək tövsiyə olunur.
- Galaxy Buds3 Pro, Galaxy Watch7 və Galaxy Tab S10 ayrıca satılır.