Yeni nəsil Galaxy cihazları
üçün istifadə edilən
texnologiyanı kəşf edin
Ən müasir AI ProVisual Engine1,2
Object Aware Engine ilə
ən yaxşı portretinizi çəkin
Obyekti tanıyan sistemin təmin etdiyi təkmilləşmələr dəri tonunu və teksturanı daha aydın əks etdirir. Artıq Galaxy S25 Ultra nəinki obyektləri, həm də işığı aşkar etməyə qadirdir və dəri rəngini daha yüksək dəqiqliklə əks etdirir.1,3
Rəqib tanımayan Gecə çəkilişi videosu
Galaxy S25 seriyasına aid cihazlarda təqdim edilən yeni Gecə çəkilişi funksiyası videodakı obyektin hərəkətini daha dəqiq aşkarlaya bilir - hərəkət edən və hərəkət etməyən obyektlər arasındakı fərq daha aydındır. Bu məlumatlardan istifadə etməklə, biz gecə vaxtı çəkilən videodakı səs-küyü azalda bilirik. Gecə zamanı çəkilən video artıq əvvəlki kimi olmayacaq..1,4
Hər bir bucaqdan aydın görüntü
Yeni nəsil ProVisual Enginevə Galaxy S25 Ultra-nın daha güclü kamera silsiləsi ilə bütün bucaqlardan dinamik, yüksək həllə malik fotolar çəkin. İnanılmaz 200MP geniş bucaqlı obyektiv – indiyə qədər Samsung Galaxy cihazlarındakı maksimal sayda meqapiksel – mükəmməl 50MP telefoto obyektiv və ultra geniş 50 MP obyektiv hər çəkilişdə yeni səviyyəli aydınlıq və dəqiqlik təmin edir.1,2,3
Optik zoom funksiyası ilə yüksək dəqiqlikli görüntü
Galaxy S25 Ultra-nın təkmil böyütmə funksiyası ilə heç bir detal gözdən qaçmır. Siz uzaqda olsanız belə obyektlər dəqiqlik, aydınlıq və canlılığı ilə seçiləcək. Galaxy S25 Ultra-nın 3x, 5x optik zoom və 2x, 10x optik keyfiyyətli zoom funksiyaları süni intellekt vasitəsilə daha da təkmilləşmişdir ki, bir düym də tərpətmədən obyektinizə yaxınlaşmaq üçün misilsiz imkan yaradır. Ümumilikdə, Space Zoom ilə 100x-dək böyütmə təmin edə bilərsiniz.3,5,6,7
Çəkilişdən redaktəyədək peşəkar səviyyə
İnnovativ kamera tətbiqi, Expert RAW ilə peşəkar fotoqrafa çevrilin və HDR-da yüksək keyfiyyətli kadrlar çəkin. Çəkiliş başa çatdıqdan sonra RAW faylları avtomatik olaraq qalereyanızda saxlanılır və ağ balans və ekspozisiya kimi geniş redaktə üçün hazır olur.3,8
Galaxy-nin ən güclü prosessoru2
Xüsusilə Galaxy üçün fərdiləşdirilmiş sənayenin aparıcı prosessoru
S seriyasına aid mobil cihazlar üçün ilk 3 nm prosessoru təqdim edirik. ProScaler və mDNIe-ni daxil edən Galaxy-nin unikal IP-si fərdiləşdirilmiş AP-yə tətbiq edilmişdir. Bu müasir çipsetlər qeyminqdən tutmuş və baxış təcrübənizədək ümumi təkmilləşdirmələr təqdim edərək, bütün funksiyaların işini sürətləndirir.
CPU, GPU və NPU özündə birləşdirən bu yeni nəsil prosessor yaratmaq, işləmək və oynamaq tərzinizi dəyişdirərək heyrətamiz qeyminq və AI təkmilləşdirmələri təqdim edir.9,10
Şüa izləmə və Vulkan ilə daha realistik qeyminq təcrübəsi
Ən güclü GPU və CPU şüa izləmə imkanı verir - bu dinamik kölgələr və əks etdirmələrlə oyunlarınızın daha real olmasını təmin edən qabaqcıl əks olunma texnologiyası. Qrafika şüa izləmə funksiyasını daha da sürətləndirmək, problemsiz yükləməni artırmaq və stabil oyunu təşviq etmək üçün AP Vulkan tərəfindən optimallaşdırılıb.9,10
Oyun təcrübənizi uzadın
Temperatur artıqda, Vapor Chamber texnologiyası cihazınızı daha rahat və daha uzun müddət istifadə etməyə imkan verir. Tamamilə yeni Galaxy S25 Ultra-da olduğu kimi, xüsusi TIM və dizayn istiliyi daha effektiv şəkildə bölüşdürməyə kömək edir. Galaxy S25 Ultra daha nazik olub və Galaxy S25 seriyasına aid cihazlardakı genişlənmiş Buxar kamerası və Galaxy S25 seriyasına aid cihazlardakı uyğunlaşdırılmış TIM sayəsində istilik yayma arxitekturası da təkmilləşib.2,11
Davamlı enerji
Optimallaşdırılmış batareya ömrü, daha çox əyləncə
Güclü batareya ilə yanaşı, Galaxy proqram təminatı və aparat təminatı daha uzun müddət işləmək üçün optimallaşdırılıb. Unikal Galaxy IP cihazına daxil olan mDNIe texnologiyası, batareyadan istifadə vaxtını artıran ekran üçün cari istehlakı azaltmaq üçün fərdiləşdirilmiş prosessorumuza quraşdırılmışdır. 5000 mA/s yüksək performanslı batareya 31 saatdan çox video izləmək imkanı verir.12,13
İnqilabi 45Vt super sürətli enerji doldurma
Super sürətli enerji doldurma qabiliyyətinə malik Galaxy cihazları ilə fasilələri azaldın. 45Vt super-sürətli enerji doldurma telefonunuzu cəmi 30 dəqiqə ərzində sıfırdan 65%-dək enerji ilə doldurmağa kömək edir, yəni enerjinin doldurulmasına daha az vaxt sərf edirsiniz və diqqətinizi prioritetlərinizə cəmləyirsiniz. Qi ilə işləyən cihazlarla hətta simsiz enerji doldurma mümkündür.14,15
Yeni nəsil
davamlı ekran
ProScaler vasitəsilə daha aydın, daha canlı görüntü
Qabaqcıl təsvir işlənməsi alqoritmi ilə təchiz edilmiş ProScaler ilə əvvəllər qarşılaşmadığınız təcrübə yaşayacaqsınız. Süni intellekt texnologiyası əsasında alqoritm təkmilləşdirilmiş həll üçün PSNR-a (maksimum mümkün siqnal dəyəri ilə səs-küy gücü arasındakı nisbət) əsaslanan yüksək realistik ekran yaradır və xoş görüntü təmin edir.2,16,17
Samsung Galaxy-nin ən möhkəm şüşəsi
Galaxy S25 Ultra Galaxy cihazınızı qoruyacaq Corning® Gorilla® Armor 2 ekran şüşəsi ilə gücləndirilib. Corning-in xüsusi materialı olan Corning® Gorilla® Armor 2 ilə səthdə əks olunma azalır, eyni zamanda touch funksiyası qorunur və bütün bunlar dəqiq təbəqələmə prosesi vasitəsilə mümkün olur.2,18
Çoxşaxəli ekran texnologiyasında bir ilk
Vision Booster ilə ekran təcrübənizi təkmilləşdirin. Bu inqilabi funksiya ətraf mühitin işığını aşkarlayır və ən yaxşı vizual təcrübə üçün ekran rəngini və kontrastı uyğunlaşdırır. 2600 nit parlaqlıq səviyyəsinədək belə çatır və daha yaxşı görüntü təmin edir. Qabaqcıl ton kompressiyası ilə siz daha aydın və daha rahat baxış təcrübəsi əldə edirsiniz.19
Fizika qanunlarını və ənənəvi ekran texnologiyasından kənarlaşın
Galaxy Z Flip ekranları mümkünsüzü mümkün edir — sınmadan bükülür. İnqilabi ultra nazik, ultra elastik şüşə ilə bunlar mümkündür. Ultra güclü FlexHinge şarniri ilə birlikdə bu cihazlar əyilərək formanı saxlamaq qabiliyyətinə malikdir.20
* Şəkil(lər) yalnız illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. Müəyyən AI funksiyalarından istifadə edə bilmək üçün Samsung Hesabına giriş tələb edilə bilər. Faktiki UX/UI fərqli ola bilər.
1. Nəticələr birdən çox obyektin mövcudluğu, fokusdan kənarlaşma və ya obyektlərin hərəkəti daxil olmaqla çəkiliş şərtlərinə görə dəyişə bilər.
2. Əvvəlki modellərlə müqayisədə.
3. Şəkillər Galaxy S25 Ultra ilə çəkilmişdir.
4. Videolar Galaxy S25 Ultra ilə çəkilmişdir.
5. AI Zoom (süni intellektlə böyütmə) funksiyası rəqəmsal böyütmə uzunluqları arasındakı məsafələrə tətbiq edilir. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
6. 3x və 5x məsafə optik zoom məsafəsidir. 2x və 10x məsafə yüksək keyfiyyətli optik zoom məsafəsidir.
7. 100X Space Zoom-a 10x optik keyfiyyətli böyütmə və Super Resolution texnologiyası ilə 100x rəqəmsal böyütmə daxildir. 10x-dən çox zoom (böyütmə) məsafələri şəkil keyfiyyətinin müəyyən dərəcədə pisləşməsi ilə nəticələnə bilər.
8. İstifadə etməzdən öncə, Expert RAW Galaxy Store-dan ayrıca endirilməlidir. Aşağıdakı cihazlarda dəstəklənir: S25, S24 və S23 seriyasına aid cihazlar, S22 seriyasına aid cihazlar, S21 Ultra, S20 Ultra, Note20 Ultra, Z Fold6, Z Flip6, Z Fold5, Z Fold4, Z Fold3 and Z Fold2.
9. Snapdragon məhsulları Qualcomm Technologies Inc. şirkətinə və/və ya onun törəmə şirkətlərinə məxsusdur.
10. Galaxy S24 Ultra ilə müqayisədə AP performansının yaxşılaşması göstərilir. Faktiki performans istifadəçi mühitindən, şərtlərdən və əvvəlcədən quraşdırılmış proqram təminatından və tətbiqlərdən asılı olacaqdır.
11. Galaxy S25 Ultra-da quraşdırılmış Vapor Chamber Galaxy S24 Ultra-dan 40% böyükdür.
12. LTE üzərindən susmaya görə parametrlər altında Bluetooth vasitəsilə qulaqcığa qoşulmuş verilən modelin buraxılışından əvvəlki versiyası ilə Samsung-un laboratoriyanın daxili test şərtlərinə əsaslanır. Qiymətləndirmələr batareyanın həcmi və video oynadılarkən batareyanın enerji sərfiyyatı ilə müqayisədə ölçülmüş cərəyanla hesablanmışdır (cihazın yaddaşında saxlanılan video faylın icazəsi 720p). Həqiqi video oynatma müddəti şəbəkə bağlantısından, parametrlərdən, fayl formatından, ekran parlaqlığından, batareyanın vəziyyətindən və bir çox digər amillərdən asılıdır.
13. Üçüncü tərəfin laboratoriya şəraitində test edilmiş tipik dəyər. Minimum dəyəri IEC 61960 standartı altında sınaqdan keçirilmiş batareya nümunələri arasında batareya tutumunda yayınma hallar nəzərə alınmaqla təxmin edilən orta dəyərdir. Nominal tutum Galaxy S25 üçün 3885 mAh, Galaxy S25+ üçün 4755 mAh və Galaxy S25 Ultra üçün 4855 mAh təşkil edir.
14. Enerjinin doldurulması sürəti cihazdan asılı olaraq dəyişə bilər.
15. Enerji doldurma nəticələri cihazın növü, kabel və ya ətraf mühit kimi amillərdən asılı olaraq dəyişə bilər.
16. ProScaler funksiyası Galaxy S25+ və Ultra modellərində dəstəklənir. Şəkillərin keyfiyyət səviyyəsi, cihazın ekran tənzimləmələridən asılı olaraq, "QHD+" səviyyəsinədək artırıla bilər.
17. Galaxy S25 Ultra cihazında tətbiq edilən ProScaler funksiyasının nəticələri yalnız illüstrativ məqsədlər üçün nəzərdə tutulmuşdur. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
18. Corning® *Gorilla® Armor 2 cihazın ön hissəsində tətbiq olunub.
19. Galaxy Z Fold6-nın həm Əsas ekranında, həm də üst ekranında pik parlaqlıq 2600 nit təşkil edir. Displeylər adaptivdir, parlaqlıq dərəcəsi, ətraf mühiutdən asılı olaraq, avtomatik şəkildə tənzimlənir. Müəyyən işıqlandırma şəraitində Yüksək Parlaqlıq Rejimi və Görmə Gücləndiricisi (Vision Booster) aktivləşəcək.
20. Corning® Gorilla® Glass Victus® 2 cihazın ön və arxa hissəsində tətbiq olunub.