Həyatı tam yaşayın

Galaxy AI ilə hər andan zövq alacaqsınız. Ehtiyaclarınız haqqında əvvəlcədən məlumatlı olun, bu sizə sərbəstlik verəcək və diqqəti ən vacib məsələlərə yönəldə biləcəkdiniz. Galaxy AI həyatınızda yeni qapılar açır.

Beş dost açıq havada basketbol meydançasında oturaraq şəhər mənzərəsinə baxırlar. Galaxy AI həyatınızda yeni qapılar açır Beş dost açıq havada basketbol meydançasında oturaraq şəhər mənzərəsinə baxırlar. Galaxy AI həyatınızda yeni qapılar açır

İşləri görmənin yeni yolu

Hər ehtiyacınız üçün sizə cavab verən istifadəsi rahat AI köməkçisi ilə tanış olun Sadə söhbətlər vasitəsilə Galaxy AI həyat tərzinizə uyğun olan fərdi xidmətlər təklif etmək üçün kompleks ekosistem vasitəsilə məhsuldarlığı artırır.

Gününüz üçün fərdi icmallar

Səhər oyanıb daha çox iş görməyə hazırsınızmı? Hər səhər Galaxy AI sizə hava şəraiti, Enerji göstəricisi və digər ehtiyaclarıınızla bağlı gündəlik icmallar təqdim edir. Axşam icmalı isə günün ən yadda qalan məqamlarını yenidən izləməyə imkan verir.1,2,3,4,5,6

Dairəyə al, tap eşit, tap

Axtarış hələ bu qədər asan olmamışdır. Sadəcə dairəyə alın, sonrasını isə Google edəcək. Şəkillər, ekrandakı musiqi, onlayn mühitdə mütləq mövcud olmalı kontent və tapmaq istədiyiniz hər şey Google ilə Dairəyə alaraq axtarın funksiyasını istifadə etməklə əlçatandır.7

Dairəyə al, tap eşit, tap

Axtarış hələ bu qədər asan olmamışdır. Sadəcə dairəyə alın, sonrasını isə Google edəcək. Şəkillər, ekrandakı musiqi, onlayn mühitdə mütləq mövcud olmalı kontent və tapmaq istədiyiniz hər şey Google ilə Dairəyə alaraq axtarın funksiyasını istifadə etməklə əlçatandır.7

Yaradıcılıq üçün yeni yollar

Galaxy AI ideyanızdan istifadə etməklə onu reallığa çevirir. Cihazlar arasında inteqrasiya olunmuş alətlər toplusu ilə dərhal ilhamlanırsınız. Yaradıcılıq nəticələrinin redaktəsi və yeni ideyaların reallaşması bu qədər asan olmamışdır.

Səs studiyası yanınızda

Səs-küylü səs yazılarının emalı keçmişdə qaldı. Audio Eraser ilə diqqəti yayındıran səslərdən sadəcə qurtulun Altı kateqoriya - səs, musiqi, səs-küy, izdiham, təbiət və külək - vasitəsilə audionu istədiyiniz kimi tənzimləyin və diqqəti əsas məsələlərə yönəldin.8

Əsas məqamları əks etdirən rilslərin yaradılması daha asandır

Auto Trim ilə əsas məqamları əks etdirən rilsləri asanlıqla yaradın. Keçən həftəsonu səfər zamanı nə qədər video çəkməyinizdən asılı olmayaraq, Galaxy AI onları asanlıqla təsnifləşdirəcək və ən yadda qalan anları ehtiva edən klip yaradacaq.9

Retuş. Restayl. Təkrar yaradılma

Şəkillərinizdəki elementlərin yerini istədiyiniz kimi dəyişə, silə və ya böyüdə bilərsiniz, təsəvvürünüzü inkişaf etdirin. Generative Edit ilə şəkil sanki rəsm lövhəsinə çevriləcək. Bundan əlavə, cihazlar arasında işləyə bilərsiniz, bu isə işinizə çeviklik qatacaq.10

Ünsiyyət üçün yeni yollar

Sadə və sərhədsiz ünsiyyət dünyasını kəşf edin. Dil maneələrini aradan qaldırmaq üçün real vaxt rejimində tərcümə funksiyasından istifadə edin, söhbətləri canlı saxlamaq üçün alətləri kəşf edin.

Call Transcript.
Xatırlamalı olduğunuz hər məqam qeydə alınıb.

Call Transcript funksiyası ilə zəngləriniz qeydə alınır, yazılır və ümumiləşdirilir. Bir baxışla zənglər haqqında məlumatları xatırlayırsınız. Gün ərzində etdiyiniz hər zəng zamanı qeydlər aparılacaq, daha sonra həmin məqamları yada sala biləcəksiniz.11

Writing Assist.
Mesajlarınızı aydın şəkildə bildirin

Zəng üçün vaxt yoxdur? Writing Assist sadə cavablar yaradır, beləliklə siz yolda olduğunuz zaman belə dostlarınıza və ailə üzvlərinizə tez cavab verə bilərsiniz.12

Tərcüməçi.
Kommunikasiyalar üzrə ekspertlə tanış olun

Tərcüməçi funksiyası ilə real vaxt rejimində ünsiyyət çox asandır. Səyahət edəndə və ya beynəlxalq müştərilərlə işlədikdə Galaxy AI sizə ünsiyyətə nəzarət etməyə imkan verir. 13

Qalereyada axtarış. Təbii

Samsung voice ilə təbii ünsiyyət vasitəsilə axtarışınızı sadələşdirin və foto və ya videolarınızı qalereyada tapın. Şəklin çəkildiyi yer və ya məzmun kimi açar sözləri söyləyərək sevimli şəkillərinizi tapın. İtini üçün təşkil edilmiş ad günü şənliyinin fotoşəkillərinə baxmaq üçün bir axtarış kifayətdir.14

Sağlamlığın gələcəyi indi şəxsi məsələdir

Health Assist Energy Score ilə həyat tərzinizə enerji qatın. Galaxy Watch7-yə qoşulmaqla, yuxu, qidalanma, fiziki enerji və fəaliyyətinizi təhlil edin və orqanizminiz haqqında daha çox məlumat əldə edin. Bu yaxşı vərdişlərə doğru ilk addımınızdır.

Daha yaxşı yuxu. İstirahət

Daha sağlam yuxu şəxsi məşqçinizlə daha əlçatandır. Yuxu modellərinizi izləmək və uyğun yuxu rejimini tapmaq üçün Galaxy Watch-dan istifadə edin. Sağlam yuxu vərdişləri fərdi 4-5 həftəlik proqramla başlayır.15

Şəxsi məlumatlar qorunur

Təhlükəsizlik təmin edilməklə geniş imkanlar Məlumatlarınız şifrələnir və təhlükəsiz şəkildə saxlanılır. Məxfilik təmin olunur.

Galaxy AI ilə bu cihazlar vasitəsilə tanış olun

Tez-tez Verilən Suallar

Galaxy AI mobil köməkçinizdir, ehtiyaclarınız üçün real və fərdi həllər təmin edir. Təbii söhbətlər vasitəsilə onunla ünsiyyət qurun və həyatınızı asanlaşdırın. Gözləntilərinizi yüksəldin, çünki Galaxy AI daim təkmilləşir və daha rahat gələcəyi hədəfləyir.

Now Brief bütün gün ərzində sizə fərdiləşdirilmiş xəbərləri göndərməklə gündəlik həyatınıza daha çox rahatlıq gətirən yeni və təkmilləşdirilmiş bir funksiyadır. Səhərinizi ən son hava və enerji məlumatları ilə başlayın və gələcək cədvəlinizi əvvəlcədən nəzərdən keçirin. O, hətta istifadə vərdişlərinizə əsaslanaraq rutinlər təklif edəcək və istifadə müddəti bitməkdə olan kuponlarınız barədə sizi xəbərdar edəcək. Sonra, gününüzü fəaliyyətlərinizin xülasəsi ilə bitirin. 1,2,3,4,5,6

Smart alətlər toplusu ilə ünsiyyət maneələrinin öhdəsindən qətiyyətlə gəlin. Fərqli dildə danışan insana zəng etdiyiniz zaman Live Translate funksiyası real vaxt rejimində tərcümə etməyə kömək edəcək. Zənglərinizin icmalını nəzərdən keçirmək istəyirsinizsə, Call Transcript zənglərinizi qeydə almaq, transkripsiya etmək və ümumiləşdirməkdə sizə köməkçi olacaq. Real vaxt rejimində bir neçə dildə söhbətlər üçün Interpreter funksiyasından tərcüməçi kimi istifadə edə bilərsiniz. Və nəhayət Writing Assist vasitəsilə, siz müxtəlif dillərdə mesajları göndərə və qəbul edə bilərsiniz.11,13,17

Qalereya Axtarışı funksiyası sadəcə açar sözlər söyləmək və ya daxil etməklə sevimli şəkillərinizi tez bir zamanda tapmağa imkan verir.14

Yaradıcılıq Galaxy AI ilə başlayır. Auto Trim ilə rilslərin yaradılması daha asandır, bu alətlə oxşar görüntülər toplanır və əsas məqamlar haqqında rilslər hazırlanır. Audio üçün isə Audio Eraser audionu tənzimləməyə kömək edir, diqqəti yayındıran səsləri isə azaldır. Generativ redaktə aparıcı redaktə texnologiyası ilə mövcud fotoşəkilləriniz üçün yeni imkanlar yarada bilər.8,9

Energy Score daha sağlam həyat tərzini təşviq edən vərdişləri dəstəkləyən alətdir. Energy Score yuxu, hərəkətlər və ürək döyüntüsünü nəzərə alır, nəticədə fiziki və zehni enerjiniz və hazırlığınızı qiymətləndirir. Energy Score daha sağlam yuxu təmin etməklə həyat səviyyənizi yüksəltməyə kömək edir.15

Məlumatlarınız etibarlı şəkildə şifrələnir və saxlanılır, bu şəkildə yüksək səviyyədə məxfilik təmin edə bilərsiniz. Knox Matrix Trust Chain ilə bütün Samsung Galaxy cihazlarını izləyə və qoruya bilərsiniz və məlumatların cihazınızda, buludda saxlanılacağına və ya silinəcəyinə dair qərar verirsiniz. Bütün məlumatlarınız digər tətbiqlərdən keçid edərək təsadüfi girişi bloklayan Şəxsi Məlumatlar Mühərrikində saxlanılır.16

* Bəzi Samsung AI funksiyalarından istifadə etmək üçün Samsung Hesabına giriş tələb oluna bilər.

* Samsung AI funksiyaları ilə təmin edilən nəticələrin dəqiqliyi, tamlığı və ya etibarlılığı ilə bağlı heç bir vəd, təminat və ya zəmanət vermir.

* Galaxy AI xüsusiyyətlərinin mövcudluğu bölgəyə/ölkəyə, OS/One UI versiyasına, cihaz modelinə və mobil operatora görə dəyişə bilər.

* Galaxy AI funksiyaları müvafiq Samsung Galaxy cihazlarında 2025-ci ilin sonunadək pulsuz təmin ediləcək. Üçüncü tərəflərin təqdim etdiyi AI funksiyaları üçün fərqli şərtlər tətbiq oluna bilər.

* Galaxy AI xidməti süni intellektdən istifadə ilə bağlı yaş məhdudiyyətləri tətbiq edən bölgələrdə yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırıla bilər.

* Şəkil yalnız illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. Saat üzü yalnız şarj zamanı fırlanır. Rənglər, ölçülər, modellər və saat kəmərləri ölkəyə və ya operatora görə fərqlənir. Trail Band kəməri ayrıca satılır. Məhsullar ayrıca satılır. Enerji göstəriciləri (Energy score) Androidlə (Android 10 və ya daha yeni versiya) işləyən telefonlarda mövcuddur və bu funksiyadan istifadə etmək üçün Samsung Health tətbiqi (v6.27 və ya daha yeni versiyada) tələb olunur. Samsung hesabına daxil olmaq tələb olunur.

* Galaxy Watch4 və ya daha sonrakı  Galaxy Watch seriyaları və ya Galaxy Ring - ən azı bir dəfə. Xidmətin mövcudluğu, ölkədən və ya regiondan asılı olaraq, dəyişə bilər. Hər hansı bir xəstəliyi müəyyən etmək, diaqnoz qoymaq və ya müalicə etmək üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız şəxsi məlumatlılıq məqsədləri ilə istifadə oluna bilər. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur. 

1. Now Brief funksiyasından istifadə etmək üçün Samsung hesabına daxil olmalısınız. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə və tətbiqlərə görə dəyişə bilər. Bəzi funksiyaların işləməsi üçün şəbəkəyə qoşulma tələb oluna bilər.

2. Kontekstə əsasən Rutinlərin təklif edilməsi məqsədilə Personal Data Engine-dan istifadə etmək üçün Modes and Routines aktivləşdirilməlidir.

3. İstifadəçinin fotoşəillər, videolar, audio fayllar və təqvimlə nəzərdə tutulmuş tədbirlərə giriş icazəsinə ehtiyacı yarana bilər. Risk siyasətindən asılı olaraq, müəyyən məqamları göstərməyə bilər. Fotoşəkillərin təsviri istifadəçinin niyyəti ilə üst-üstə düşməyə bilər.

4. Kuponlarla bağlı bildirişlər yalnız Samsung Wallet-ə əlavə edilmiş etibarlılıq müddəti ilə kuponlarla əlaqədar göndərilir.

5. Enerji göstəricilərinin yoxlanması üçün, Samsung Galaxy Watch-dan sağlamlıqla bağlı əldə olunan verilənlər Samsung Health tətbiqi ilə sinxronlaşdırılmalıdır. Nəticə yalnız tövsiyə xarakteri daşıyır və tibbi məqsədlərlə istifadə oluna bilməz.

6. Tədbir qrafiki bildirişləri Android təqvimləri verilənlər bazasından istifadə edən təqvim tətbiqləri tərəfindən dəstəklənir və Samsung Calendar quraşdırılmış olduğu halda istifadə oluna bilər.

7. Dairəyə alaraq axtarın Google MMC-nin ticarət nişanıdır. Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. Xidmətin mövcudluğu ölkəyə, dilə və cihaz modelinə görə dəyişə bilər. İnternetə qoşulma tələb olunur. İstifadəçilər Android və Google tətbiqini ən son versiyaya uyğun olaraq yeniləməli ola bilər. Vizual və ya audio oxşarlıqlardan asılı olaraq nəticələr fərqlənə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Uyğun tətbiqlər və platformalar, habelə, yalnız ambient musiqi ilə işləyir. Qulaqlıqlardan gələn və ya telefonun səsi deaktiv olduğu halda səslənən musiqini müəyyən etmir. 

8. Nəticələr videodakı səslərin necə olmasından asılı olaraq dəyişə bilər. Samsung Hesabına giriş tələb olunur. Altı növ səslər aşkar edilə bilər; səslər, musiqi, külək, təbiət, izdiham və səs-küy. Faktiki olaraq, səsin aşkarlanması audio mənbədən və videonun vəziyyətindən asılı olaraq fərqlənə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Müəyyən audio növləri, məsələn, səslər, musiqi, külək, təbiət, kütlə və səs-küy müəyyən edilə bilər.

9. Photo Assist üçün Auto Trim-dən istifadə etməklə redaktə ediləcək hər klip üçün maksimum uzunluq 90 dəqiqədir. Photo Assist üçün Auto Trim-dən istifadə etməklə redaktə ediləcək bütün kliplər üçün maksimum uzunluq 90 dəqiqədir. Video layihə üzrə redaktə ediləcək kliplərin maksimum sayı 60-dır. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.

10. Photo Assist üzrə Generativ redaktə funksiyası şəbəkə bağlantısı və Samsung Hesabına giriş tələb edir. Generative redaktə ilə redaktə şəklin ölçüsünü 12 MP-dək dəyişməsi ilə nəticələnə bilər. Görünən nişan (watermark), şəklin süni intellektin köməyi ilə yaradıldığının işarəsi kimi yadda saxlama zamanı nəticədə yaranan şəklin üzərinə qoyulur. Şəkil fayllarının üzərində görünməz su nişanı var, bu Coalition for Content Provenance and Authenticity (C2PA) standartları ilə uyğunluğu təmin edir. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir.

11. Zənglərin açıqlanması funksiyası üçün zənglərin qəbul edilə bilməsi üçün şəbəkəyə qoşulma tələb olunur. Simvolların sayı müəyyən həddə çatdıqda və limitdən aşağı olduqda zənglər üçün qısa icmal funksiyası zəngləri avtomatik qaydada qeydə alır. Bəzi ölkələrdə zənglərin qeydə alınması funksiyası dəstəklənməyə bilər. Samsung Hesabına giriş tələb olunur. Hal-hazırda əvvəlcədən quraşdırılmış şəkildə Samsung telefonlarında və Səsin yazılması (Voice Record) tətbiqində mövcuddur. Bu xidmət dilə və bölgəyə görə dəyişə bilər. Bəzi dillər üçün dil paketinin yüklənməsi tələb oluna bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.

12. Təklif edilən Cavablar funksiyası mesajları qəbul etmək üçün şəbəkə bağlantısının olmasını tələb edir. Mesajlar cihaz tərəfindən bir dəfə qəbul edildikdən sonra Təklif edilən Cavablar funksiyası şəbəkə bağlantısı olmadan belə uyğun cavabları təklif edə bilir. Samsung Hesabına giriş tələb olunur. Təklif olunan cavab variantları funksiyası yalnız One UI 6.x və ya daha yeni versiya ilə işləyən Galaxy Z Flip-də FlexWindow rejimində mövcuddur. Xidmətin mümkünlüyü dildən, ölkədən və tətbiqdən asılı olaraq fərqli ola bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.

13. Tərcüməçi funksiyası üçün Samsung hesabına giriş tələb olunur. Bəzi dillər üçün dil paketinin yüklənməsi tələb oluna bilər. Xidmətin əlçatanlığı dilə görə dəyişə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Dəstəklənən funksiyalar ölkə, bölgə və ya operatordan asılı olaraq dəyişə bilər. Dəstəklənən dillərin əlçatanlığı dəyişə bilər.

14. Bütün dillər dəstəklənir LLM-dən istifadə etməklə axtarış funksiyasında yalnız Koreya, İngilis, Alman, Fransız, İtalyan, İspan, Çin, Yapon, Portuqal dilləri dəstəklənir. Nəticələrin düzgünlüyünə zəmanət verilmir.

15. Energy Score (Enerji göstəricisi) Android telefonlarında (Android 11 və ya daha yeni versiyalar) mövcuddur və Samsung Health tətbiqi (v6.27 və ya daha yeni versiyalar) tələb olunur. Samsung Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, bölgəyə, dilə görə dəyişir. Energy Score-un (Enerji göstəricisi) yoxlanması üçün Samsung Galaxy Watch-dan (Galaxy Watch 4 seriyası və OS 5.0 və ya daha yeni versiya ilə işləyən daha yeni modellər) və ya Samsung Galaxy Ring-dən izlənilən sağlamlıq haqqında verilənlər Samsung Health tətbiqi ilə sinxronizə edilməlidir. Ən azı əvvəlki günə aid fəaliyyət və yuxu barədə verilənlər, habelə, yuxu saatlarında nəbzlə bağlı verilənlər tələb olunur. *Hər hansısa bir tibbi xəstəliyin aşkarlanması, diaqnostikası, müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız şəxsi məlumatlılıq məqsədləri ilə istifadə oluna bilər. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.

16. Knox Matrix  Galaxy smartfonları və One UI 7.0 və ya daha yeni planşetlərdə dəstəklənir. Xidmətin mövcudluğu ölkədən və ya regiondan asılıdır.

17. Canlı Tərcümə funksiyası zəng zamanı yazılan mesajları qəbul etmək üçün şəbəkə bağlantısının olmasını tələb edir. Zəng zamanı yazılan mesajlar cihaz tərəfindən qəbul edildikdən sonra Canlı Tərcümə funksiyası şəbəkə bağlantısı olmadan belə tərcümə edə bilər. Samsung Hesabına giriş tələb olunur. Canlı Tərcümə funksiyası yalnız öncədən quraşdırılmış Samsung Telefon proqramlarında və bəzi üçüncü tərəf proqramlarında mövcuddur. Bu xidmət dilə və bölgəyə görə dəyişə bilər. Bəzi dillər üçün dil paketinin yüklənməsi tələb oluna bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.