Samsung health monitor

Samsung Health Monitor

Yuxarı sol tərəfdə, sağ qoluna qan təzyiqi ölçən aparat taxan və digər qolunda Samsung Galaxy Watch taxmış bir qadın. Üst sağ küncdə, üç ekran qan təzyiqi ölçmə prosesini göstərir – Samsung Galaxy Watch-da ürək simvolu, bir ağıllı saat ekranında 120/80 göstəricisi və bir smartfon ekranında qan təzyiqi ölçmə ilə bağlı məlumatlar göstərilir. Aşağı sol küncdə, üç ekran EKG testinin ölçülmə prosesini göstərir – Samsung Galaxy Watch-da müntəzəm ürək döyüntülərinin yuxarı-aşağı ritmləri, bir ağıllı saat ekranında atrial fibrilyasiya əlamətləri olmadan müntəzəm Sinus ritmi və bir smartfon ekranında EKG testinin nəticələri göstərilir. Aşağı sağ küncdə, bir şəxsin qolunda olan Samsung Galaxy Watch, EKG testini həyata keçiri. Yuxarı sol tərəfdə, sağ qoluna qan təzyiqi ölçən aparat taxan və digər qolunda Samsung Galaxy Watch taxmış bir qadın. Üst sağ küncdə, üç ekran qan təzyiqi ölçmə prosesini göstərir – Samsung Galaxy Watch-da ürək simvolu, bir ağıllı saat ekranında 120/80 göstəricisi və bir smartfon ekranında qan təzyiqi ölçmə ilə bağlı məlumatlar göstərilir. Aşağı sol küncdə, üç ekran EKG testinin ölçülmə prosesini göstərir – Samsung Galaxy Watch-da müntəzəm ürək döyüntülərinin yuxarı-aşağı ritmləri, bir ağıllı saat ekranında atrial fibrilyasiya əlamətləri olmadan müntəzəm Sinus ritmi və bir smartfon ekranında EKG testinin nəticələri göstərilir. Aşağı sağ küncdə, bir şəxsin qolunda olan Samsung Galaxy Watch, EKG testini həyata keçiri.

İstənilən yerdə rahat yoxlayın

Galaxy Watch ilə istənilən vaxt,
istənilən yerdə qan təzyiqinizi və EKQ-ni yoxlayın.

Yuxarı sol tərəfdə, sağ qoluna qan təzyiqi ölçən aparat taxan və digər qolunda Samsung Galaxy Watch taxmış bir qadın. Üst sağ küncdə, üç ekran qan təzyiqi ölçmə prosesini göstərir – Samsung Galaxy Watch-da ürək simvolu, bir ağıllı saat ekranında 120/80 göstəricisi və bir smartfon ekranında qan təzyiqi ölçmə ilə bağlı məlumatlar göstərilir. Aşağı sol küncdə, üç ekran EKG testinin ölçülmə prosesini göstərir – Samsung Galaxy Watch-da müntəzəm ürək döyüntülərinin yuxarı-aşağı ritmləri, bir ağıllı saat ekranında atrial fibrilyasiya əlamətləri olmadan müntəzəm Sinus ritmi və bir smartfon ekranında EKG testinin nəticələri göstərilir. Aşağı sağ küncdə, bir şəxsin qolunda olan Samsung Galaxy Watch, EKG testini həyata keçirir. Yuxarı sol tərəfdə, sağ qoluna qan təzyiqi ölçən aparat taxan və digər qolunda Samsung Galaxy Watch taxmış bir qadın. Üst sağ küncdə, üç ekran qan təzyiqi ölçmə prosesini göstərir – Samsung Galaxy Watch-da ürək simvolu, bir ağıllı saat ekranında 120/80 göstəricisi və bir smartfon ekranında qan təzyiqi ölçmə ilə bağlı məlumatlar göstərilir. Aşağı sol küncdə, üç ekran EKG testinin ölçülmə prosesini göstərir – Samsung Galaxy Watch-da müntəzəm ürək döyüntülərinin yuxarı-aşağı ritmləri, bir ağıllı saat ekranında atrial fibrilyasiya əlamətləri olmadan müntəzəm Sinus ritmi və bir smartfon ekranında EKG testinin nəticələri göstərilir. Aşağı sağ küncdə, bir şəxsin qolunda olan Samsung Galaxy Watch, EKG testini həyata keçirir.

Ürək sağlamlığınızın 24 saat monitorinqi

Tətbiqin mövcud tələb olunan Elektrokardioqram (EKQ) funksiyası ilə birlikdə,
IHRN xüsusiyyəti birbaşa biləkdən atrial fibrilasiyanı (AFib) göstərən ürək ritmlərini proaktiv şəkildə izləyir.

Yuxarı sol küncdə, üç ekran yuxu apnesi xüsusiyyətini təsvir edir. Samsung Galaxy Watch, Yuxu Apnesi xüsusiyyəti simvolunu göstərir, bir ağıllı saat ekranı Samsung Health Monitor tətbiqini göstərir və bir smartfon ekranı, Yuxu Apnesi xüsusiyyəti aktivləşdirilmiş Samsung Health Monitor tətbiqini göstərir. Aşağı sol küncdə, bir Samsung Galaxy Watch, Yuxu Apnesi simvolunu və "Sleep apnea" yazısını göstərir. Mərkəzdə, qolunda bir Samsung Galaxy Watch olan bir qadın yatıb. Yuxarı sağ küncdə, bir Samsung Galaxy Watch, Yuxu Apnesi xüsusiyyətinin açıq olduğunu göstərən keçid düyməsini göstərir. Aşağı sağ küncdə, bir ağıllı saat ekranı 2 gecəlik monitorinqdən birinin tamamlandığını göstərir, ardından bir xəbərdarlıq mesajı və OK düyməsi görünür. Yuxarı sol küncdə, üç ekran yuxu apnesi xüsusiyyətini təsvir edir. Samsung Galaxy Watch, Yuxu Apnesi xüsusiyyəti simvolunu göstərir, bir ağıllı saat ekranı Samsung Health Monitor tətbiqini göstərir və bir smartfon ekranı, Yuxu Apnesi xüsusiyyəti aktivləşdirilmiş Samsung Health Monitor tətbiqini göstərir. Aşağı sol küncdə, bir Samsung Galaxy Watch, Yuxu Apnesi simvolunu və "Sleep apnea" yazısını göstərir. Mərkəzdə, qolunda bir Samsung Galaxy Watch olan bir qadın yatıb. Yuxarı sağ küncdə, bir Samsung Galaxy Watch, Yuxu Apnesi xüsusiyyətinin açıq olduğunu göstərən keçid düyməsini göstərir. Aşağı sağ küncdə, bir ağıllı saat ekranı 2 gecəlik monitorinqdən birinin tamamlandığını göstərir, ardından bir xəbərdarlıq mesajı və OK düyməsi görünür.

Rahat və cədvəlinizə uyğun

Galaxy Watch cihazı vasitəsilə yuxu apnesi əlamələtlərini yoxlayın.

Ehtiyaclarınıza uyğun Galaxy Watch tapın

Galaxy Watch ilə qan təzyiqinizi ölçün

Qan Təzyiq tətbiqi ilə qan təzyiqinizi nəzarətdə saxlayın. Qan Təzyiq tətbiqi, Galaxy Saatınızın içindıki daxili Fotopletismoqramma (PPG) sensoru ilə sistolik və diastolik təzyiqinizi, həmçinin nəbz sürətinizi ölçür. Qan təzyiqi tətbiqi Galaxy Watch 3, Galaxy Watch Active 2-də mövcuddur və sonrakı modellərdə də əlçatan olacaq.

Qan təzyiqimi
necə ölçmək olar?

İstifadə qaydası

1. Samsung Health Monitor tənzimlənmsəi



Samsung Health Monitor istifadə etməzdən əvvəl

Samsung Health Monitor vasitsəilə qan təzyiqinizi ölçməyə başlamazdan əvvəl profilinizi yaratmalı və Galaxy Watch kalibrləməlisiniz.

1) Galaxy Watch-unuzun Samsung Health Monitor dəstəklədiyinə əmin olun.

* Dəstəklənən saatlar: Galaxy Watch3, Galaxy Watch Active2 və daha sonra buraxılmış Galaxy Watch və Active modelləri. (Galaxy Fit istisna olmaqla)

2) Galaxy Watch-unuzun Bluetooth vasitəsilə Galaxy smartfonu ilə qoşalaşdığından əmin olun.

3) Ən son proqram təminatını əldə etmək üçün Galaxy Watch-unuzu smartfonunuzdakı Galaxy Wearable tətbiqinə qoşun.

4) Samsung Health Monitor Galaxy Watch-da quraşdırılıbsa, tətbiqi açın və ekrandakı quraşdırma təlimatlarına əməl edin.

Profilinizi qurmaq üçün

1) Saatınızda Samsung Health Monitor tətbiqini açın və Samsung Health Monitor tətbiqini telefonunuza yükləmək üçün təlimatlara əməl edin.

2) Telefonunuzda Samsung Health Monitor aktivləşdirin. Şərtlər və şərtləri, Məxfilik Siyasətini oxuyun və razılaşın və profilinizi təyin edin.

3) Tətbiqdəki göstərişlərə uyğun olaraq saatınızı kalibrləyin.

  • Galaxy Store
  • Samsung
    Health Monitor

2. Galaxy Watch-un kalibrlənməsi



İstifadədən əvvəl görüləcək ehtiyat tədbirləri

Daha dəqiq kalibrləməni təmin etmək üçün aşağıdakılara əməl edin:

1) Kalibrləmədən 30 dəqiqə əvvəl spirt və ya kofein qəbul etməyin, siqaret çəkməyin, idman etməyin və çimməyin.

2) Qol və biləklərinizin quru olduğundan və həddindən artıq tərləmə və ya üzərində dəri losyonu olmadığından əmin olun.

3) Kalibrləməni qapalı yerdə sakit şəkildə aparın.

4) Masanın yanına rahat stul qoyun.

5) Kresloda oturaraq belinizi dik saxlayın, ayaqlarınız çarpazlaşdmayın və dabanlarınızı yerə düz qoyun.

6) Əllərinizi və qollarınızı masanın üzərində saxlayın.

7) Kalibrləmə başlamazdan əvvəl ən azı 5 dəqiqə bu vəziyyətdə istirahət edin.

8) Kalibrləməni başlatdığınız zaman hərəkətsiz qalın və manjet qan təzyiqi monitoru ölçmə apararkən qolunuzu tərpətməyin və danışmayın.

9) Ölçmə zamanı normal nəfəs alın. Nəfəsinizi dərinləşdirməyə və ya yavaşlatmağa çalışmayın.

Galaxy Watch saatı ilə kalibrasiya etmək üçün

1) Qan təzyiqi manjetini qolunuzun yuxarı hissəsinə yerləşdirin.

2) Samsung Galaxy Watch-nuzu digər qolun biləyinə taxın. Galaxy Watch qayışının biləyinizə möhkəm oturduğundan, lakin çox sıx olmadığından əmin olun.

3) Galaxy smartfonunuzu əlçatan yerdə masanın üzərinə qoyun.

4) Galaxy smartfonunuzda Samsung Health Monitor tətbiqini açın və aşağıdakıları etmək üçün ekrandakı təlimatlara əməl edin.

*Qeyd: Tənzimləməni tamamlamaq üçün 30 dəqiqə ərzində cəmi 3 dəfə ölçün. Qan təzyiqi göstəricilərin dəqiq olması üçün tənzimləmə hər 28 gündən bir aparılmalıdır. Ekran menyusunda Təkrar tənzimləmə seçməklə, dövrdən asılı olmayaraq istənilən vaxt tənzimləməni edə bilərsiniz.

*Qeyd: Tənzimləməni tamamlamaq üçün 30 dəqiqə ərzində cəmi 3 dəfə ölçün. Qan təzyiqi göstəricilərin dəqiq olması üçün tənzimləmə hər 28 gündən bir aparılmalıdır. Ekran menyusunda Təkrar tənzimləmə seçməklə, dövrdən asılı olmayaraq istənilən vaxt tənzimləməni edə bilərsiniz.

3. Galaxy Watch ilə qan təzyiqinizi ölçmək

Hazırlıqlardan sonra ölçülərin alınması

Qol, qolbaq tipli qan təzyiqi monitoru ilə Galaxy Watch saatınızı kalibrasiya etdikdən sonra qan təzyiqinizi ölçmək üçün Galaxy Watch saatınızda Samsung Health Monitor-dan istifadə etməyə hazırsınız. 28 gündən sonra növbəti kalibrasiyaya qədər qolbaq tipli monitordan bir daha istifadə etməyə ehtiyac olmayacaq.


Daha dəqiq qan təzyiqi ölçülməsinin təmin edilməsi üçün aşağıdakıları edin:

1) Galaxy Watch saatınızı kalibrasiya zamanı eyni biləyinizə taxın və Galaxy Watch kəmərinin biləyinizdə tam, lakin çox sıx olmayaraq bağlandığından əmin olun.

2) Ölçü aparmazdan 30 dəqiqə öncə heç bir spirtli içki və ya kafein qəbul etməyin, siqaret çəkməyin, məşq etməyin və ya çimməyin.

3) Əliniz və biləyinizin quru olmasından və üzərində perspirant və losyon qalıqlarının olmamasından əmin olun.

4) Ölçülməni qapalı və sakit yerdə aparın.

5) Masanın yanına rahat stul qoyun.

6) Stulda beliniz yaxşı dəstəklənəcək şəkildə, ayaqlarınız bir-birinin üzərinə aşırılmamış və dabanlarınızı tam yerə basaraq oturun.

7) Əlləriniz və dirsəklərinizin masada olmasına diqqət edin.

8) Ölçü aparmağa başlamazdan öncə ən az 5 dəqiqə bu vəziyyətdə oturun.

9) Ölçməyə başladıqda Galaxy Watch ölçü götürənədək sabit durun və əlinizi tərpətməyin və ya danışmayın.

10) Ölçülmə zamanı normal nəfəs alın. Nəfəsinizi dərinləşdirmək və ya yavaşlatmağa çalışmayın.





* Hərəkət etdiyinizdə və ya ölçü zamanı siqnal zəif olduqda saatın ekranında xəta mesajı yaranacaq.

  • 1

    Saat ekranınızda
    'Ölçmə' seçin.

  • 2

    Ölçmə tamamlandıqdan
    sonra nəticələrinizi saat
    ekranında yoxlayın.

*Ölçmə vaxtı hərəkət etsəz və ya siqnallar zəif olarsa, o zaman saatınızın ekranında xəta mesajı görsənəcək.

4. Qan təzyiqi ölçmələrinizin nəzərdən keçirilməsi

Galaxy Watch-da

Galaxy Watch saatında Samsung Health Monitor qan təzyiqinizi uğurla ölçdükdən sonra Galaxy Watch və Galaxy smarfonu aşağıdakı nəticələri göstərir:

· Sistolik qan təzyiqi (QT)
· Diastolik qan təzyiqi (QT)
· Nəbz (ürək ritmi)

Bu rəqəmlərə əsasən dərman və ya dozalarınızı dəyişməyin. Hər zaman öncə həkiminizlə məsləhətləşin.

Ölçü aralığı:
Sistolik 70-180mmHq, Diastolik 40-120mmHq
Kalibrasiya aralığı:
Sistolik 80-170mmHq, Diastolik 50-110mmHq


Galaxy smartfonunuzda

Galaxy Watch və Galaxy Watch saatını kalibrasiya etmək üçün istifadə etmək üçün istifadə etdiyiniz Galaxy smartfonu arasında Bluetooth bağlantısı qurulduqda, ölçü nəticələriniz Galaxy smartfonunda Samsung Health Monitor tətbiqinə sinxronlaşdırılır. Siz bu məlumatı müayinə və ya məsləhət üçün həkiminizlə paylaşa bilərsiniz.



*2 kateqoriyada sistolik qan təzyiqi və diastolik təzyiqi olan şəxslər daha yüksək qan təzyiqi (BP) kateqoriyasına aid edilməlidir.

*2 kateqoriyada sistolik qan təzyiqi və diastolik təzyiqi olan şəxslər daha yüksək qan təzyiqi (BP) kateqoriyasına aid edilməlidir.

Qan təzyiqi tətbiqindən istifadə etməzdən əvvəl bilməli olduğunuz şeylər:

1. Qan Təzyiqi tətbiqi yüksək təzyiq və ya digər ürək xəstəlikləri ilə bağlı müayinə məqsədləri üçün istifadə edilməməlidir. Qan Təzyiqi tətbiqi səlahiyyətli və peşəkar həkimlərin ənənəvi müayinə və ya müalicə metodlarını əvəz etmir.

2. Aşağıdakı problemlərin hər hansı bizi sizdə olarsa, Qan Təzyiqi tətbiqindən istifadə etməyin.
- Aritmiya
- Əvvəllər baş vermiş ürək xəstəlikləri və ya infarkt
- Periferik damar xəstəlikləri və ya qan dövranının pozulması
- Ürək klapanı xəstəliyi (aorta klapanı ilə bağlı xəstəlik)
- Kardiomiopatiya
- Başqa məlum ürək-damar xəstəlikləri
- Son mərhələdə olan böyrək xəstəliyi (SMBX)
- Şəkərli diabet
- Nevroloji xəstəlikləri (məsələn, tremor)
- Laxtanlanma pozğunluğu və ya həkimin təyinatı ilə qan durulaşdırıcı dərman qəbul edildikdə
- Galaxy Watch saatınızı taxacağınız biləyinizdə tatu/döymələr

3. Qan Təzyiqi tətbiqi Galaxy Watch saatında yerləşən sensorlardan toplanmış optik siqnallardan istifadə edir və qan təzyiqini ölçmək üçün yaxşı keyfiyyətli siqnal tələb olunur. Saat sensorunun təmizliyi və ya ölçülən hissənin optik xassələri kimi müxtəlif amillər siqnalın keyfiyyətinə təsir edə bilər.

4. Əvvəlcə həkimlə məsləhətləşmədən dərmanlarınız və ya dozalarınızı DƏYİŞMƏYİN.

İstifadəyə dair göstərişlər (Qan təzyiqi): IFU

Əvvəlki versiya üçün buraya klikləyin

  • Samsung Health Monitor tətbiqindən istifadə etmək üçün Samsung Galaxy Watch* və smartfon (Android 12 OS versiyası və ya daha yüksək) tələb olunur. Tibbi cihaz kimi təsdiqin/qeydiyyatın əldə edilməsində ölkə/region məhdudiyyətlərinə görə, Samsung Health Monitor proqramı yalnız xidmətin mövcud olduğu ölkədə/regionda alınmış saatlar və smartfonlarda işləyir. Bununla belə, istifadəçilər xidmət olunmayan ölkədə/regionda səyahət edərkən telefonu zavod parametrlərinə sıfırladıqda və ya Samsung Health Monitor proqramını silib yenidən quraşdırdıqda xidmət məhdudlaşdırıla/əlçatan olmaya bilər.

    *Qan Təzyiqi Tətbiqi aşağıdakı ölkədə/regionda mövcuddur** (son yenilənmə:15 Yanvar 2025)

    • (1) Galaxy Active 2, Galaxy Watch3, Galaxy Watch4 və sonraki illərdə buraxılmış modellərdə mövcuddur. (Galaxy Fit istisna olmaqla):
      Argentina, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Milad adası, Kokos (Kilinq) adaları, Kosta Rika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Dominikan Respublikası, Ekvador, El Salvador, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Qvatemala, Honq-Konq, Honduras, Macarıstan, İslandiya, İndoneziya, İsrail, İrlandiya, İtaliya, Koreya, Latviya, Litva, Mayotte, Hollandiya, Nikaraqua, Norfolk adası, Norveç, Panama, Paraqvay, Peru, Polşa, Portuqaliya, Reunion, Rumıniya, Rusiya, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Tayvan, Türkiyə, Böyük Britaniya, Ukrayna, BƏƏ, Venesuela və Vyetnam.

    • (2) Yalnız Galaxy Watch4 və daha sonra buraxılmış modellərdə mövcuddur (Galaxy Fit istisna olmaqla):
      Çin Xalq Respublikası, Hindistan, Makao, Lüksemburq, Malayziya, Malta, Mauritiya, Meksika, Yeni Zelandiya, Filippinlər, Tayland, Bəhreyn, Oman, Küveyt, Yəmən və Qətər.
    **Bu xidmət, ölkə/region siyahısında göstərilmədiyi təqdirdə digər/ xarici ərazilərdə və ya bölgələrdə mövcud deyil.

  • Nəzərə alın ki, Qan Təzyiqi tətbiqinin mövcudluğu ölkə/regiondan asılı olaraq dəyişə bilər. Zəhmət olmasa, "İstifadə etməzdən əvvəl ehtiyat tədbirləri" və "İstifadə qaydası" 1-4 addımlarını oxuduqdan sonra istifadə edin.

  • Samsung Health Monitor Qan Təzyiqi tətbiqi atrial fibrilasiyadan başqa məlum aritmiyaları olan istifadəçilər və ya 22 yaşdan kiçik istifadəçilər üçün nəzərdə tutulmayıb. İstifadəçilər ixtisaslı tibb işçisi ilə məsləhətləşmədən nəticələri şərh etməməli və ya cihazın nəticələrinə əsaslanan klinik tədbirlər görməməlidirlər. Qan Təzyiq tətbiqi ənənəvi diaqnoz və ya müalicə üsullarını əvəz etmək üçün nəzərdə tutulmayıb.

  • Cihazın və ekranın təsvirləri illüstrativ məqsədlər üçün modelləşdirilmişdir.

    ※ Sağlamlıq məlumatlarını toplayan Galaxy Watch xüsusiyyətləri və tətbiqləri (Tətbiqlər) yalnız ümumi sağlamlıq haqqında məlumat üçündür və hər hansı xəstəlik və ya tibbi vəziyyətin diaqnozu və ya müalicəsi, yaxud tibbi diaqnoz və ya müalicəni əvəz etmək üçün nəzərdə tutulmamışdır. İstifadəçilər ixtisaslı tibb işçisi ilə məsləhətləşmədən cihazın sağlamlıq məlumatlarına əsaslanaraq şərh etməməli və ya klinik tədbirlər görməməlidirlər. Galaxy Watch tətbiqləri və onların xüsusiyyətləri yurisdiksiyadan asılı olaraq dəyişə bilər.

Elektrokardioqramma
(EKQ) ilə
nizamsız ürək ritmi
bildiriş funksiyası

Elektrokardioqram (EKQ) ürəyin elektrik fəaliyyətini ölçən və məlumatın qrafikdə qeyd edildiyi bir testdir. EKQ hazırda nizamsız ritmləri aşkar etməyin ən yaxşı üsuludur. Mövcud tələb üzrə EKQ funksiyasına əlavə olaraq, proqram qulaqcıqların fibrilasiyasına (AFib) işarə edən qeyri-müntəzəm ürək ritmləri epizodlarını müəyyən etmək üçün fonda nəbz dərəcəsi məlumatlarını təhlil edən Qeyri-müntəzəm Ürək Ritmi Bildirişi (IHRN) funksiyasını da təmin edir. istifadəçiyə ürək ritmini təhlil etmək üçün EKQ qeyd etməyi təklif edən bildiriş.

Qeyri-müntəzəm ürək dərəcəsi bildirişini (IHRN)
aktivləşdirmək və Samsung Health Monitor tətbiqindən istifadə
edərək elektrokardioqramı (EKQ) necə ölçmək olar?

İstifadə qaydası

1. Cihazlarınızı cütləşdirin

EKQ tətbiqindən (IHRN funksiyası ilə) istifadə etmək üçün siz aşağıdakı addımları yerinə yetirərək Galaxy Watch Galaxy smartfonu ilə cütləşdirməlisiniz.

1) Galaxy Watch Samsung Health Monitor-nu dəstəklədiyinə əmin olun.

*EKQ Tətbiqi (v1.1) Galaxy Watch3, Galaxy Watch Active2 və daha sonra buraxılmış Galaxy Watch və Active modelləri ilə uyğun gəlir.
(Galaxy Fit istisna olmaqla)

*Qeyri-müntəzəm ürək ritmi bildiriş funksiyasına malik EKQ Tətbiqi (v1.2) Wear OS 4.0 və ya daha yuxarı versiyası ilə işləyən Galaxy Watch4 ilə uyğun gəlir.

2) Galaxy Watch Bluetooth vasitəsilə Galaxy smartfonu ilə qoşalandığından əmin olun.

3) Ən son proqram təminatına yeniləmək üçün Galaxy Watch smartfonunuzdakı Galaxy Wearable proqramına qoşun.

4) Samsung Health Monitor Galaxy Watch-da quraşdırılıbsa, proqramı açın və ekrandakı quraşdırma təlimatlarına əməl edin.

  • Galaxy Store
  • Samsung
    Health Monitor

2. İHRN-nin aktivləşdirilməsi və EKQ çəkməyə hazırlanması

EKQ Tətbiqini qurmaq üçün:

1) Galaxy Watch proqram təminatının ən son versiyasına yeniləyin.

2) Samsung Health Monitor proqramını telefonunuza quraşdırın. Proqram Galaxy Store-dan əldə edilə bilər.

3) Telefonunuzda Samsung Health Monitor proqramını açın və ekrandakı təlimatlara əməl edin.

4) EKQ Tətbiqini quraşdırdıqdan sonra siz Galaxy Watch-da Samsung Health Monitor-dan istifadə edərək EKQ çəkə bilərsiniz.


Düzensiz ürək ritmi bildiriş funksiyasını yandırmaq üçün:

1) EKQ Tətbiqini qurun və keyfiyyətsiz olmayan EKQ yazın.

2) EKQ proqramını işə salan ekranda işə başlayın.

3) Ekrandakı təlimatlara əməl edin.

*Ürək ritmi ilə bağlı qeyri-müntəzəm bildiriş alırsınızsa, ritminizi daha dəqiq qeyd etmək üçün mümkün qədər tez bir EKQ çəkin.

*Ürək ritmi ilə bağlı qeyri-müntəzəm bildiriş alırsınızsa, ritminizi daha dəqiq qeyd etmək üçün mümkün qədər tez bir EKQ çəkin.

3. Galaxy Watch saatı ilə EKQ çıxarılması

1) Samsung Health Monitor tətbiqini Galaxy Watch saatında açın.

2) Galaxy Watch saatının qolunuzda kip oturduğundan əmin olun.

3) Dirsəklərinizi masada rahat yerləşdirin və digər əlinizin barmaq uclarını ehmalca Galaxy Watch saatının yuxarı düyməsinə yerləşdirib 30 saniyə gözləyin. Galaxy Watch ölçü aparan müddətdə sabit durun və danışmayın. Qeyd prosesi bitdikdə, EKQ nəticələri saatda peyda olacaq. Qeyd: Qeyd zamanı yuxarı düyməyə basmayın; qeyd zamanı yuxarı düymənin basılması qeydi dayandıracaq.

4) EKQ nəticələrinə baxmaq üçün yuxarı və aşağı sürüşdürün. Simptomlarınız varsa, Əlavə et vurub Simptomlar ekranında siyahıya baxın və yaşadığınız hər bir simptom üzərində vurun. Sonra Yaddaşda saxla üzərində vuraraq simptomları EKQ hesabatınıza əlavə edin və Nəticələr ekranına qayıdın.

5) Start ekranına qayıtmaq üçün Tamam üzərində vurun. Telefonun ECG Monitor tətbiqindən EKQ hesabatınıza baxa bilərsiniz. (Nəzərə alın ki, sinxronlaşdırılma üçün saat və telefon Bluetooth vasitəsilə cütləşdirilmiş olmalıdır.)

  • Qeydiyyatdan
    əvvəl təlimatlar
  • EKQ nəticəsi

4. EKQ hesabatının Galaxy cihazında yoxlanılması

EKQ-nızı çıxardıqdan sonra EKQ məlumatı cütləşdirilmiş Galaxy smartfonu ilə cütləşdiriləcək PDF hesabatı yaradılır.

1) EKG analizinin nəticəsi ölçmə prosesi bitdikdən dərhal sonra Galaxy Watch-dan Galaxy smartfona göndərilir.

2) Telefon tətbiqində, Galaxy Watch-dan göndərilən ətraflı nəticələri əldə edə bilərsiniz və nəticələri aşağıdakı kimi təsnif edilmiş formada görə bilərsiniz.

∙ Sinus ritmi — Bu nəticə, qeydə alındığı zaman ürəyin 50-99 döyüntü/dəqiqə (BPM) ilə müntəzəm ritmdə döyündüyünü göstərir. Diqqət: A Sinus ritminin nəticəsi, ürək aritmiyası  və ya digər sağlamlıq problemlərinizin olmadığına zəmanət vermir. Əgər özünüzü pis hiss edirsinizsə, həkiminizlə əlaqə saxlayın.

∙ Atrial fibrilasiya (AFib) — Bu nəticə, qeydə alındığı zaman ürəyin 50-99 BPM ilə qeyri-müntəzəm ritmdə döyündüyünü göstərir. Əgər bu nəticəni alırsınızsa, həkiminizlə əlaqə saxlayın.

∙ Yüksək ürək döyüntüsü — Yüksək ürək döyüntüsü, ürək ritminizin normal olduğunu, lakin ürək döyüntüsünün dəqiqədə 100 ilə 150 arasındakı bir aralıqda olduğunu göstərir. Bu nəticəni almağa davam edirsinizsə və istirahət edərkən ürək döyüntünüz normalda bu qədər yüksək deyilsə, həkiminizlə əlaqə saxlayın.

∙ Yüksək ürək döyüntüsü ilə atrial fibrilasiya — Yüksək ürək döyüntüsü ilə atrial fibrilasiya, ürək ritminin dəqiqədə 100 ilə 150 arasında döyündüyünü göstərərək atrial fibrilasiya olduğunu bildirir. Əgər yüksək ürək döyüntüsü ilə atrial fibrilasiya nəticəsini əldə edirsinizsə, dərhal həkiminizlə əlaqə saxlayın. Yüksək ürək döyüntüsü ürək əzələsini zəiflədə və onun düzgün döyünmə qabiliyyətini azalda bilər.

∙ Təsirsiz— Saatınız yaxşı keyfiyyətli bir EKG qeyd etdi, lakin qeyd bir və ya hər iki səbəbdən təsnif edilə bilmir:
- Ürək döyüntünüz 50-dən aşağı və ya 150-dən yuxarı idi.
- Atrial fibrilasiyadan fərqli olaraq nizamsız bir ürək ritminiz var idi.

∙ Zəif qeyd — Bu nəticə, EKG tətbiqinin məlumatları təhlil edə bilmədiyini göstərir. Zəif qeyd adətən, qeyd zamanı bədənin hərəkət etməsi və ya Galaxy Watch-un biləyiniz və ya barmağınızla kifayət qədər təmasda olmaması səbəbindən baş verir. Əgər bu nəticəni əldə edirsinizsə, yenidən cəhd edin.

Əgər bu nəticəni əldə edirsinizsə, yenidən cəhd edin. Əgər bu nəticəni təkrarlayırsınızsa, daha yaxşı bir göstərici əldə etmək üçün sınaya biləcəyiniz üsullar haqqında məlumat əldə edin. Telefon tətbiqində, Daha çox seçim > Yardım > Problemlərin aradan qaldırılması bölməsinə keçid edin.

  • 1

    EKQ hesabatı

  • 2

    ECG report
    specifics

EKQ tətbiqindən istifadə etməzdən öncə bilməli olduğunuz şeylər:

1. EKQ tətbiqi diaqnostika məqsədlərilə istifadə edilməməlidir.
EKQ tətbiqi ürək xəstəliklərini müəyyən edə və ya infarkt əlamətlərini tanıya bilməz.

2. EKQ tətbiqi səlahiyyətli və peşəkar həkim tərəfindən ənənəvi müayinə və ya müalicə metodlarını əvəz etmək üçün nəzərdə tutulmamışdır.
Tibbi təcili yardıma ehtiyacınız olduğunu düşünürsünüzsə, dərhal yerli təcili yardım mərkəzinizlə əlaqə saxlayın.

3. Əvvəlcə həkimlə məsləhətləşmədən dərmanlarınız və ya dozalarınızı DƏYİŞMƏYİN.

4. Əvvəlcə səlahiyyətli və peşəkar həkimlə məsləhətləşmədən EKQ tətbiqinin ölçüləri təfsir etməyin və ya onlara əsasən klinik tədbirlər GÖRMƏYİN.

5. Kardiostimulyator, ürək defibrillyatoru və ya başqa elekton cihaz implantlarınız olduqda EKQ tətbiqindən İSTİFADƏ ETMƏYİN.

6. Sayrışan aritmiyadan başqa məlum aritmiya problemləriniz varsa, EKQ tətbiqindən İSTİFADƏ ETMƏYİN.


İstifadəyə dair göstərişlər (qan təzyiqi): IFU

Əvvəlki versiya üçün buraya klikləyin

  • Samsung Health Monitor tətbiqindən istifadə etmək üçün Samsung Galaxy Watch* və smartfon (Android 12 OS versiyası və ya daha yüksək) tələb olunur. Tibbi cihaz kimi təsdiqin/qeydiyyatın əldə edilməsində ölkə/region məhdudiyyətlərinə görə, Samsung Health Monitor proqramı yalnız xidmətin mövcud olduğu ölkədə/regionda alınmış saatlar və smartfonlarda işləyir. Bununla belə, istifadəçilər xidmət olunmayan ölkədə/regionda səyahət edərkən telefonu zavod parametrlərinə sıfırladıqda və ya Samsung Health Monitor proqramını silib yenidən quraşdırdıqda xidmət məhdudlaşdırıla/əlçatan olmaya bilər.

    *ECG Tətbiqi aşağıdakı ölkədə/regionda mövcuddur** (son yenilənmə:15 Yanvar 2025)

    • (1) Galaxy Active 2, Galaxy Watch3, Galaxy Watch4 və sonraki illərdə buraxılmış modellərdə mövcuddur. (Galaxy Fit istisna olmaqla):
      Argentina, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Milad adası, Kokos (Kilinq) adaları, Kosta Rika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Dominikan Respublikası, Ekvador, El Salvador, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Qvatemala, Honq-Konq, Honduras, Macarıstan, İslandiya, İndoneziya, İsrail, İrlandiya, İtaliya, Koreya, Latviya, Litva, Mayotte, Hollandiya, Nikaraqua, Norfolk adası, Norveç, Panama, Paraqvay, Peru, Polşa, Portuqaliya, Reunion, Rumıniya, Rusiya, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Tayvan, Türkiyə, Böyük Britaniya, Ukrayna, BƏƏ, ABŞ, Venesuela və Vyetnam.

    • (2) Yalnız Galaxy Watch4 və daha sonra buraxılmış modellərdə mövcuddur (Galaxy Fit istisna olmaqla):
      Çin Xalq Respublikası, Hindistan, Makao, Lüksemburq, Malayziya, Malta, Mauritius, Meksika, Yeni Zelandiya, Filippinlər, Tayland, Bəhreyn, Oman, Küveyt, Yəmən və Qətər.

  • *Qeyri-müntəzəm Ürək Ritminə dair Bildiriş (IHRN) funksiyası aşağıda adları qeyd edilən ölkələrdə/regionlarda mövcuddur*** (son yenilənmə:15 Yanvar 2025).

    • (1) Galaxy Watch4 və daha sonra buraxılmış modellərdə mövcuddur (Galaxy Fit istisna olmaqla):
      Argentina, Azərbaycan, Braziliya, Kanada, Kosta Rika, Dominikan Respublikası, Gürcüstan, Qvatemala, Ekvador, Honq Konq, Hindistan, İndoneziya, İsrail, Koreya, Malayziya, Panama, Filippinlər, Rusiya, Tayvan, BƏƏ, ABŞ, Bəhreyn, Oman, Küveyt, Yəmən və Qətər Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Birləşmiş Krallıq, Réunion adası və Mayotta.
    • *ECG v.1.3 aşağıdakı ölkədə/regionda mövcuddur** (son yenilənmə: 5 Yanvar 2025)

      • (1) Galaxy Active 2, Galaxy Watch3, Galaxy Watch4 və sonraki illərdə buraxılmış modellərdə mövcuddur. (Galaxy Fit istisna olmaqla):
        Argentina, Azərbaycan, Boliviya, Çili, Kosta Rika, Dominikan Respublikası, Ekvador, El Salvador, Gürcüstan, Qvatemala, Honq Konq, Honduras, İndoneziya, Koreya, Mauritiyus, Nikaraqua, Filippinlər, Panama, Paraqvay, Cənubi Afrika, BƏƏ, ABŞ, Venesuela, Bəhreyn, Oman, Küveyt, Yəmən və Qətər.
      • **Bu xidmət, ölkə/region siyahısında göstərilmədiyi təqdirdə digər/ xarici ərazilərdə və ya bölgələrdə mövcud deyil.

      • ***IHRN xüsusiyyəti ölkə/region siyahısında göstərilmədiyi təqdirdə digər/xarici ərazilərdə və ya regionlarda mövcud deyil.

    • Samsung Health Monitor EKQ tətbiqi qeydiyyatın/təsdiqin tələb olunduğu və alındığı ölkədə/regionda "tibbi cihazdır". Nəzərə alın ki, EKQ proqramının mövcudluğu ölkə/regiondan asılı olaraq dəyişə bilər. Zəhmət olmasa, "İstifadə etməzdən əvvəl ehtiyat tədbirləri" və "İstifadə qaydası" 1-4 addımlarını oxuduqdan sonra istifadə edin.

    • Samsung Health Monitor EKQ proqramı atrial fibrilasiyadan başqa məlum aritmiyaları olan istifadəçilər və ya 22 yaşdan kiçik istifadəçilər üçün nəzərdə tutulmayıb. İstifadəçilər ixtisaslı tibb işçisi ilə məsləhətləşmədən nəticələri şərh etməməli və ya cihazın nəticələrinə əsaslanan klinik tədbirlər görməməlidirlər. EKQ tətbiqi ənənəvi diaqnoz və ya müalicə üsullarını əvəz etmək üçün nəzərdə tutulmayıb.

    • Cihazın və ekranın təsvirləri illüstrativ məqsədlər üçün modelləşdirilmişdir. 

 

Galaxy Watch ilə yuxu apnesi əlamətlərinin olub olmadığını yoxlayın.

Galaxy Watch ilə yuxu analizinin aparılması daha da təkmilləşmişdir. Galaxy Watch-da siz yuxu apnesi funksiyasının yardımı ilə yuxu apnesi əlamətlərinin sizdə olub olmadığını aşkar edə bilərsiniz və bu, bu sahədə Qida və Dərman Administrasiyası (FDA) tərəfindən icazə verilən bir ilkdir. Bu funksiya Galaxy Watch 7-də mövcuddur və tezliklə Galaxy Watch 4 və daha sonrakı modellərdə də istifadəyə veriləcəkdir.

Yuxu apnesi haqqında
necə məlumat əldə edə bilərəm?

Necə istifadə etmək olar?

1. Samsung Health Monitor tətbiqinin quraşdırılması



Samsung Sağlamlıq Monitorundan istifadə etməzdən əvvəl

Yuxu apnesi funksiyasından istifadə etmək üçün aşağıdakı addımları icra edərək Galaxy Watch-u uyğun Galaxy Smartphone ilə birləşdirməlisiniz:

1) Sahib olduğunuz Galaxy Watch-un Samsung Health Monitor tətbiqini dəstəklədiyindən əmin olun.

2) Galaxy Watch-un Galaxy smartfonu ilə Bluetooth vasitəsilə əlaqələndirildiyindən əmin olun.

3) Galaxy Watch-u smartfonunuzdaki Galaxy Wearable tətbiqi ilə əlaqələndirərək cihazınızı ən son proqram təminatı ilə yeniləyin.

4) Əgər Samsung Health Monitor Galaxy Watch-da quraşdırılıbsa, o zaman tətbiqi açın və ekrandakı quraşdırma təlimatlarına əməl edin.

2. Yuxu apnesi funksiyasını yandırın

İstifadədən əvvəl ehtiyat tədbirləri

1) Saat və ya telefonunuzda Samsung Health Monitor-u açın

2) Yuxu apnesi seçin və Yuxu apnesi funksiyasını aktivləşdirin

3) Təlimatlar ilə diqqətlə tanış olun və funksiyanı aktivləşdirmək üçün davam et düyməsinə klikləyin

3. Galaxy Watch ilə yatın (10 gün ərzində 2 gecə)

1) Funksiyanı aktivləşdirdikdən sonra 10 gün müddətində 2 gecə ərzində saatınızı rahatlıqla taxın. Dəqiq nəticə almaq üçün Samsung Watch taxdığınız hər gecə təxminən 4 saat yatmalısınız.

2) Orta və ağır obstruktiv yuxu apnesi əlamətlərini aşkar etmək üçün Saatınız, yuxu vaxtı qandaki oksigen miqdarının nəqədər azalmasına əsaslanaraq tənəffüs prosesinizdəki pozuntuları izləyəcəkdir.

Yatmağa hazır olduğunuz zaman:

1) Yatdığınız zaman əmin olun ki, saatı biləyinizə sıx və bilək sümüyündən uzaqda taxmısınız.

2) Nəticə almaq üçün bu saatı 10 gün ərzində 2 gecə taxmaq lazımdır.

*Etməyin
. Həddindən artıq spirtli içki qəbulu
. Həddindən artıq Kofein qəbulu
. Yuxu gətirən dərmanlar
. Həddindən artıq siqaret çəkmək

4. Yuxuda apne nəticələrini yoxlayın

Galaxy Watch-da / Telefonunuzda

2 gecə davam edən ölçmə işləri bitdikdən sonra siz nəticəni əldə edəcəksiniz və Yuxu apne funksiyası avtomatik olaraq sönəcəkdir.

*Saatınız yalnız orta və ya ağır dərəcəli obstruktiv yuxu apnesi əlamətlərini ölçür

*Saatınız yalnız orta və ya ağır dərəcəli obstruktiv yuxu apnesi əlamətlərini ölçür


Yuxu apnesi funksiyasından istifadə etməzdən öncə bilməli olduğunuz məlumatlar.

Əgər hamiləsinizsə və yaxud qrip, astma, allergiya və ya buna bənzər başqa bir vəziyyət səbəbindən müvəqqəti tənəssüf pozğunluğunuz varsa, o zaman bu funksiyadan istifadə etməməlisiniz çünki bu zaman nəticələr dəqiq olmaya bilər.

Əgər artıq sizə yuxu apnesi diaqnozu qoyulubsa, o zaman bu Yuxu apnesi funksiyasından istifadə etməyin.

Aşağıda qeyd edilən hallardan hər hansı biri ilə bağlı sizə artıq diaqnoz qoyulubsa, o zaman Yuxu apnesi funksiyasından istifadə etməyin:
• Hərəkət pozğunluqları: Parkinson, Tremor, Yuxu zamanı dövrü ayaq hərəkətləri (PLMS)
• Ürək xəstəlikləri: Konjestif Ürək Çatışmazlığı (CHF), qulaqcıqların fibrilasiyası
• Ağciyər xəstəlikləri: Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH), xroniki bronxit, amfizem, ağciyər fibrozu.

İstifadəyə dair göstərişlər (Yuxu apnesi): IFU

Əvvəlki versiya üçün buraya klikləyin

  • Samsung Galaxy Watch (Galaxy Watch4 və Wear OS 5.0 və ya daha yeni versiya ilə buraxılmış modellər istisna olmaqla). Samsung Health Monitor tətbiqindən istifadə etmək üçün Galaxy Fit) və Samsung Galaxy smartfonu (Android 12 OS versiyası və ya daha yüksək) tələb olunur. Tibbi cihaz kimi təsdiqin/qeydiyyatın əldə edilməsində ölkə/region məhdudiyyətlərinə görə, Samsung Health Monitor proqramı yalnız xidmətin mövcud olduğu ölkədə/regionda alınmış saatlar və smartfonlarda işləyir. Bununla belə, istifadəçilər xidmət olunmayan ölkədə/regionda səyahət edərkən telefonu zavod parametrlərinə sıfırladıqda və ya Samsung Health Monitor proqramını silib yenidən quraşdırdıqda xidmət məhdudlaşdırıla/əlçatan olmaya bilər.

  • Yuxu apnesi xüsusiyyəti aşağıdakı ölkə/regionalarda mövcuddur* (son yenilənmə: 15 yanvar 2025) - Azərbaycan, Boliviya, Çili, Gürcüstan, Honq Konq, Koreya, Mauritius, Peru, Filippinlər, Rusiya, Cənubi Afrika, BƏƏ, ABŞ, Bəhreyn, Oman, Küveyt, Yəmən, Qətər, Kanada, Paraqvay, Dominikan Respublikası, Ekvador, El Salvador, Qvatemala, Nikaraqua, Panama, Venesuela və Meksika.

    *Bu xidmət, ölkə/region siyahısında göstərilmədiyi təqdirdə digər/ xarici ərazilərdə və ya bölgələrdə mövcud deyil.

  • Sleep apnea (Yuxu apnesi) funksiyası qeydiyyatın/təsdiqin tələb olunduğu və alındığı ölkədə/regionda “tibbi cihazdır”. Qeyd edək ki, Yuxu Apnesi Funksiyasının mövcudluğu ölkəyə/regiona görə dəyişə bilər. Zəhmət olmasa, "İstifadə etməzdən əvvəl ehtiyat tədbirləri" və "İstifadə qaydası" 1-4 addımlarını oxuduqdan sonra istifadə edin.

  • Yuxu apnesi funksiyası yuxu apnesi pozuntusunun diaqnostikası və ya 22 yaşdan kiçik istifadəçilər üçün nəzərdə tutulmayıb. İstifadəçilər ixtisaslı tibb işçisi ilə məsləhətləşmədən sadəcə Galaxy Watch-un nəticələrinə əsaslanaraq kliniki tədbirlər görməməlidirlər. Yuxu Apnesi Funksiyası ixtisaslı tibb işçisi tərəfindən ənənəvi diaqnoz qoyulmasını və yaxud onun təyin etdiyi müalicə üsullarını əvəz etmir.

  • Cihaz və ekran şəkilləri illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir.

 

 

Galaxy Smartfonu

Galaxy smartphones Galaxy smartphones
 

Tətbiq və Xidmətlər

Galaxy smartfonu müxtəlif Proqramlar və Xidmətlər nişanlarını göstərir. Smartfonun hər iki tərəfində insanları Galaxy cihazlarından istifadə edən və Galaxy Tətbiqləri və Xidmətləri ilə əlaqəli pozalarda görmək olar. Galaxy smartfonu müxtəlif Proqramlar və Xidmətlər nişanlarını göstərir. Smartfonun hər iki tərəfində insanları Galaxy cihazlarından istifadə edən və Galaxy Tətbiqləri və Xidmətləri ilə əlaqəli pozalarda görmək olar.