Samsung-un innovativ WindFree™ texnologiyası
ASHRAE (Amerika İstilik, Soyuducu və Kondisioner Mühəndisləri Cəmiyyəti) tərifinə uyğun olaraq, durğun hava soyuq hava axını yaratmadan 0,15 m/s və ya soyuq cərəryan yaratmadan daha yavaş sürətlə hərəkət edən hava axınıdır.
Texnologiya
WindFree™ Cooling
Samsung-un innovativ WindFree™ texnologiyası bütün iş zonasında bərabər sərinlik və rahat şərait yaratmaq üçün “sabit havadan” istifadə edən yeganə sistemdir.¹
Üstünlüklər
Əsl komfort
WindFree™ texnologiyası on minlərlə mikrodəliklər vasitəsilə bərabər paylanmış daha xoş və mülayim hava axını yaradır, beləliklə, otaqdakı insanlar demək olar ki, heç bir külək hiss etmir - sadəcə xoş sərin hava yaranır.
Sürətli sərinləmə
Otaqları küncdən küncə tez sərinlədin ki, həmişə rahat olasınız. Digital Inverter Boost texnologiyası havanı 43% daha sürətli soyudur². Onun qabaqcıl dizaynına həmçinin 15% daha böyük sərinkeş, 18% daha geniş giriş və 31% daha geniş jalüz daxildir. Beləliklə, sərin hava daha uzağa və daha geniş sahəyə dağılaraq 15 metrə qədər yayılır ³.
Enerji xərclərinə qənaət
WindFree™ rejimində işləyərkən, xarici blok Normal soyutma rejimi ilə müqayisədə daha az elektrik enerjisi işlədərək yalnız minimal enerji sərf edir⁴ ⁵. Beləliklə, elektrik xərclərinizin qayğısını çəkmədən rahatlıqla sərinliyin dadını çıxara bilərsiniz.
Daha az səs
Aşağı sürətli WindFree™ Soyutma ətraf səs-küyü minimuma endirən sakit iş rejiminə malikdir, beləliklə, Normal soyutma rejimi ilə müqayisədə əhəmiyyətli dərəcədə daha az eşidilən səs yaradır. Aşağı səs-küy səviyyəsi əks-səda verməyən otaqda hər bir model üzrə sərt sınaqlarla sübut edilir.⁶
Qalereya
Sıra
- ASHRAE (Amerika İstilik, Soyuducu və Kondisioner Mühəndisləri Cəmiyyəti) tərifinə uyğun olaraq, durğun hava, soyuq hava axını yaratmadan 0,15 m/s və ya daha aşağı sürətlə hərəkət edən hava axınıdır.
- Samsungun ənənəvi AQ12EASER modeli ilə müqayisədə AR12TXCAAWKEU modelində sınaqdan keçirilib.
- AR24TXFCAWKNEU modelində sınaqdan keçirilib.
- WindFree™ 4Way, WindFree™ 1Way və WindFree™ Divara quraşdırılmış kondisionerlərin daxili sınaqları əsasında, Normal rejimin enerji istehlakını WindFree™ Soyutma rejimi ilə müqayisə edir. Temperatur şərtləri: Xarici 35 C DB / 24 C WB, Daxili 27 C DB / 19 C WB. Nəticələr ətraf mühit və və şəxsi amillərdən asılı olaraq dəyişə bilər.
- Enerjiyə qənaət modeldən, ətraf mühit amillərindən və fərdi istifadədən asılı olaraq dəyişə bilər.
- Səs təzyiqi səviyyəsi modelə görə fərqlənə bilən məsafə və akustik mühit kimi istifadə şəraitindən asılı olaraq dəyişə bilən nisbi dəyərdir.